Kamran Əliyev Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edir

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi yığıncağında iştirak edir.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.
Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapurın Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes çıxış ediblər.
Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi xüsusi vurğulanıb.
Səfər zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev həmkarına Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində maraqlı olduqlarını bildirib.
Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr hazırlığı məsələləri müzakirə olunub.
Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.
Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çinin Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.




Bugün, 12:47
Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 12:02
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
Bugün, 11:28
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
Bugün, 10:55
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 09:55
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub
Bugün, 09:20
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 16:35
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
22-08-2026, 15:55
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
22-08-2026, 15:11
Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
22-08-2026, 14:20
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
22-08-2026, 13:36
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
22-08-2026, 12:56
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
22-08-2026, 12:07
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:55
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
22-08-2026, 10:59
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
22-08-2026, 10:19
Xəzər dənizində zəlzələ olub
22-08-2026, 09:51
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
21-08-2026, 18:19
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
21-08-2026, 17:45
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
21-08-2026, 17:12
"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
21-08-2026, 14:31
İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
21-08-2026, 14:19
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21-08-2026, 13:39
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
21-08-2026, 12:36
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
21-08-2026, 11:40
Kəlbəcərə dolu düşüb
21-08-2026, 10:59
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
21-08-2026, 10:17
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib