Daxili qoşunların vəzifə və hüquqları müəyyənləşir

Daxili qoşunların vəzifələri və hüquqları müəyyənləşdiriləcək.
Məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunlar aşağıdakı vəzifələri həyata keçirəcəklər:
- fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak;
- mühafizə etdikləri obyektə basqının dəf edilməsi, habelə həmin obyektin ərazisinə qanunsuz daxil olmuş şəxslərin axtarılması və tutulması;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki, eləcə də hərbi təchizat anbarlarının və bazalarının mühafizəsi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi əsasında, habelə xidməti vəzifələrin icrası zamanı aşkarlanmış partlayıcı qurğu və maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi.
Daxili qoşunlar aşağıdakı hallarda vəzifələrinin icrasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə həyata keçirəcəklər:
- ictimai qaydanın qorunması, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunması zamanı;
- kütləvi iğtişaşların və ictimai qaydanın qrup halında pozulması hallarının qarşısının alınması zamanı;
- qanunsuz silahlı birləşmələrin, terror təşkilatlarının və terror qruplarının, habelə silahlı müqavimət göstərən və silahlı basqın edən şəxslərin zərərsizləşdirilməsi zamanı;
- dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejiminin təmin edilməsi zamanı;
- cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınması zamanı;
- girovların, zəbt edilmiş binaların və digər tikililərin, qurğuların, ərazilərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı;
- mülki hava və ya su nəqliyyatı vasitəsinin, yaxud dəmiryol qatarının zəbt olunması və qaçırılması hallarının qarşısının alınması zamanı;
- fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılması zamanı;
- cəlb edildiyi təqdirdə Azərbaycan ərazisinin müdafiəsi zamanı.
Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq.
Daxili qoşunların hərbi qulluqçularına həvalə edilmiş vəzifələrin icrası ilə bağlı onların qanuni tələblərinin icrası məcburi olacaq.
Bununla yanaşı, daxili qoşunlar vəzifələrinin icrası zamanı aşağıdakı hüquqlara malik olacaqlar:
- hər bir şəxsdən ictimai qaydaya riayət etməyi tələb etmək, hüquqazidd əməllərin və xidməti vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;
- daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı hüquq pozuntusu törətmiş, cinayət törətməyə cəhd edən və ya cinayət törətməkdə şübhəli bilinən şəxsləri tutmaq, onların şəxsiyyətini müəyyənləşdirmək, qanunla müəyyən edilmiş qaydada onları polis orqanlarına təhvil vermək, cinayət törətmiş şəxsləri saxlayarkən qanunla müəyyən edilmiş qaydada onların üzərində axtarış aparmaq və əşyalarını yoxlamaq;
- mühafizə etdikləri obyektlərə qanunsuz daxil olan və ya daxil olmağa cəhd edən şəxslərin üzərində qanunla müəyyən edilmiş qaydada axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq, qanunla müəyyən edilmiş qaydada polis orqanlarına təhvil vermək;
- mühafizə etdikləri obyektlərə daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamaq;
- mühafizə etdikləri obyektlərin buraxılış məntəqələrində qanunla müəyyən edilmiş qaydada şəxslərin üzərində axtarış aparmaq, əşyalarını və sənədlərini yoxlamaq;
- bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada nəqliyyat vasitələrinə daxil olmaq;
- bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərinə, ərazilərə, binalara və digər tikililərə (diplomatik immunitetə malik olanlardan başqa) daxil olmaq;
- bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerlərini, əraziləri, binaları və digər tikililəri dövrəyə almaq, əsaslı şübhələr olduqda nəqliyyat vasitələrini yoxlamaq və digər əməliyyat tədbirlərini yerinə yetirmək;
- qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən, silahdan, döyüş texnikası və xüsusi texnikadan istifadə etmək.
Daxili qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı daxili qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının hüquqları şamil olunacaq.
Bugün, 12:47
Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
Bugün, 12:02
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
Bugün, 11:28
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
Bugün, 10:55
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 09:55
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub
Bugün, 09:20
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 16:35
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
22-08-2026, 15:55
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
22-08-2026, 15:11
Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
22-08-2026, 14:20
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
22-08-2026, 13:36
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
22-08-2026, 12:56
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
22-08-2026, 12:07
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:55
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
22-08-2026, 10:59
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
22-08-2026, 10:19
Xəzər dənizində zəlzələ olub
22-08-2026, 09:51
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
21-08-2026, 18:19
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
21-08-2026, 17:45
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
21-08-2026, 17:12
"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
21-08-2026, 14:31
İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
21-08-2026, 14:19
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21-08-2026, 13:39
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
21-08-2026, 12:36
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
21-08-2026, 11:40
Kəlbəcərə dolu düşüb
21-08-2026, 10:59
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
21-08-2026, 10:17
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib