Qapının yanında telefona bir yer ayırın - EKSPERT XƏBƏRDARLIĞI
Gündəm / Səhiyyə
Oxunub: 868
27 May 2019 | 17:49
Qapının yanında telefona bir yer ayırın - EKSPERT XƏBƏRDARLIĞI

Son dövrdə ailələrdə boşanma hallarının artması cəmiyyətdə bir çox insan kimi psixoloji xidmət göstərən mütəxəssisləri də narahat edir, onları düşündürür. İstər fərdi, istər ailə və cinsi münasibətlərdə yaşadıqları narahatlıqlara görə müraciət edən insanlarda görülən odur ki, yaşanılan problem çox ciddi bir səviyyəyə çatır, sonra çıxış yolu axtarılır. Təəssüf ki, ailələrdə də boşanmanın bir addımlığında bir şans və ya çıxış yolu olaraq konsultasiya seçilir. Ailə münasibətlərində ən sıx qarşılaşılan problem cütlük arasında düzgün ünsiyyətin qurula bilməməsidir. Ünsiyyətə təsir edən şəxsi və ictimai keyfiyyətlər olduğu kimi, günümüz şərtlərində ən əhəmiyyətli faktor - texnoloji vasitələrin (mobil telefon, tablet, kompüter) istifadəsidir.

Yeniavaz.az bildirir ki, sağlam ailənin xüsusiyyətlərindən biri səmərəli ünsiyyətin olmasıdır. Səmərəli ünsiyyət olmadığı zaman iki yad insan sanki bir yerdə məcburi yaşamış kimi olur. Ünsiyyətin məqsədi başa düşülməkdir. Əgər tərəflər bir birlərinin duyğu, düşüncə, və davranışlarını başa düşmürlərsə aralarında soyuqluq, qopma, uzaqlaşma yaşanması qaçınılmazdır.

Günlük yaşantımıza baxsaq, xüsusilə mobil telefon və tabletlərin insanlarda ciddi şəkildə asılılıq yaratdığını görə bilirik. İstər ictimai yerlərdə istər xüsusi yerlərdə telefonsuz olarkən sanki bir şeyin əksik olduğu hissi yaşadır bizə. Təbii ki, iş və ya ehtiyac daxilində telefon və tablet kimi vasitələr istifadə olunur. Amma ehtiyac olmadığı halda belə əldən düşməyən mobil telefonlar ünsiyyətə ciddi maneədir. Mobil telefon və tabletlərin pəncərəsindən cazib görsənən yaşantılar partnyorların bir birlərindən gözləntilərinin dəyişməsinə səbəb olur. Bəzi hallarda isə telefon ve tabletlər partnyorlar üçün "sığınma yeri" olur sanki. Bir birindən küsən partnyorlar əlinə telefonu alıb evin bir küncündə oturmağı və tabletin pəncərəsindən həyata baxmağı seçirlər ki, bu da partnyorlar arasında münasibəti ciddi şəkildə təhdid edir. Danılmaz bir gerçək var: Ünsiyyət münasibəti bəsləyir. Ünsiyyət pozulduğunda partnyorlar ehtiyac duyduqları sevgi və yaxınlığı bir birlərindən ala bilmirlər. Sosial mediya vasitəsilə emosional aldatma, yeni partnyor axtarışı, söhbət, sanal aldatma kimi hallar da yaşanıla bilir. Yəni evdə ola ola bir birlərini aldatma halı yaşanıla bilir. Bəzi insanlar virtual aldatmanı qəbul etməyib sadəcə fantaziya və ya "elə belə vaxt keçirmək" adlandırması da ipin ən incəldiyi yerdir.

Evin girəcəyində, qapının yanında telefona bir yer ayırın: telefonu evə girərkən ora qoyun. Necə ki, ayaqqabını evə girərkən çıxardırıq, eyni zamanda telefonu da ona ayırdığınız yerə qoyun sonra evə girin. Partnyorunuzla keçirdiyiniz xüsusi zamanlarda (bir birinizlə söhbət edərkən, partnyorunuz sizinlə hər hansısa önəmli bir məsələni paylaşarkən, cinsi münasibətdə olarkən) telefonu söndürün.

Nə qədər kompüter və mobil telefon, tablet kimi vasitələr artsa da televizor da yenə ailədə önəmli yerə sahibdir. Bəzən ailələrdə heç söndürülməyən, səhərdən axşam yatana qədər açıq olan televizorlara rast gəlinir. Salon, masa dizaynı evdə "ən əhəmiyyətli" bir vasitə olan televizora görə dizayn olunaraq sanki olmazsa olmaza bağlanılır məsələ halına gətirilir. Televizor da partnyorların ünsiyyətinə əngəl ola bilir. Cütlüklər televizoru hər zaman açıq saxlamamalıdırlar. İzləyəcəkləri bir proqram varsa onu izlədikdən sonra televizor söndürülməlidir. Yəni hər ailəni ntelevizor seyretmə politikası olmalıdır, hər şeyə yox müəyyən seçilən proqramlara baxılmalıdır.

Fiziki olaraq bir yerdə olub, emosional olaraq bir yerdə olmayan bir çox ailə yaşantısı qarşımıza çıxmaqdadır. Birlikdə olmasına baxmayaraq partnyor yalnızlıq, dəyərsizlik, çatışmamazlıq duyğuları yaşayır və müəyyən zaman sonra aralarında soyumalar artır və uzaqlaşırlar. Cütlüklər bir birlərinə vaxt ayırıb səmərəli ünsiyyət qurarlarsa kəşf edəcəkləri bir çox yönlərini tapacaqlar.
Bugün, 18:12
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bugün, 17:40
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb
Bugün, 17:11
Avtomobil TIR-la toqquşdu - Ölən və yaralananlar var
Bugün, 16:28
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
Bugün, 15:54
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Bugün, 15:12
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Bugün, 13:34
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Bugün, 13:20
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
Bugün, 13:03
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
Bugün, 12:53
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Bugün, 12:14
Ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib
Bugün, 11:48
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
Bugün, 11:02
Mətbuat Şurası mediada süni intellektdən istifadə qaydalarını tənzimləyən prinsip hazırlayır
Bugün, 10:20
Azərbaycan XİN Pakistana başsağlığı verib
Bugün, 09:43
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Bugün, 09:14
Mətbuat Şurasının IX qurultayı keçirilir
Dün, 18:38
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Dün, 18:09
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Dün, 17:48
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib
Dün, 16:52
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Dün, 15:56
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Dün, 15:24
Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək
Dün, 14:54
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib
Dün, 13:26
Sabah Bakıda hava çiskinli olacaq
Dün, 12:54
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik
Dün, 12:49
"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
Dün, 12:09
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib