Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

Qərblə Rusiya arasında artan gərginlik fonunda Avropada yaşanan xaos və zidiyyətlər daha da dərinləşir. Bu hal özünü bəzi qitə ölkələrinin Rusiyaya münasibətində xüsusilə qabarıq şəkildə göstərməyə başlayıb. Dünənə qədər, Rusiyaya kəskin münasibətilə seçilən bəzi Avropa ölkələr indi bu məsələdə birdən-birə yumşaq mövqe sərgiləməyə başlayırlar. Bu xüsusda əsasən də Rusiya ilə sərhədə malik olan Baltikyanı ölkələr - Latviya və Estoniya daha çox seçilir.
Belə ki, Estoniya Prezidenti Alar Karis və Latviyanın Baş naziri Evika Silina Rusiya ilə əlaqələri yeniləmək üçün xüsusi Avropa elçisinin təyin edilməsini tələb ediblər.
Estoniya Prezidenti seçilmiş xüsusi elçinin həm Rusiya, həm də Ukrayna tərəfindən etibar edilən "böyük Avropa ölkəsi”ndən gəlməli olduğunu vurğulayıb.
Fransa Prezidenti Emmanuel Makron isə həftənin əvvəlində xüsusi elçinin təyin edilməsi ilə bağlı işlərin "artıq texniki səviyyədə başladığını" bildirib.
Görünən odur ki, artıq bir sıra Avropa ölkələri Moskva ilə konfrantasiyada olmaqdansa, onunla danışıqlara getməyə meyl etməyə başlayıblar.
Avropa ölkələrinin Rusiya ilə danışıqlara başlamaq istəyi nədən qaynaqlanır?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında bildirir ki, bəzi Avropa ölkələri, xüsusən də Rusiya ilə sərhəddə yerləşən dövlətlərin Moskva ilə danışıqlara başlamaq üçün hərəkətə gəlmələri onların artıq özlərini düşünməyə başlamaları ilə bağlıdır:
“Görürlər ki, nəhəng dövlətlər ancaq özlərini düşünür, digərlərinə isə özləri üçün yem kimi baxırlar. Avropanın lider ölkələri - Fransa, Almaniya və Böyük Britaniya Avropa İttifaqına daxil olan bir sıra dövlətlərin üzləşə biləcəyi risklərə məhəl qoymadan hamısını Rusiya ilə üz-üzə qoymaq siyasəti yürüdürlər.
Bu yolla çalışırlar ki, Rusiyanın təsir dairəsini kiçiltsinlər. Həmin güclərə vacib olan Rusiya ilə konfrantasiyanın gücləndirilməsidir. Bu səbəbdən də sözügedən 3 Avropa nəhəngi digərlərinin fikirlərinə məhəl qoymur. Yəni Paris, London, Berlin açıq şəkildə yeri gələndə bəzi subyektlərin maraqlarını düşünmədən qurban verməyə hazırdırlar”.
Ekspertin fikrincə, Baltikyanı ölkələr Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda onları da Ukraynanın aqibəti gözləyə biləcəyini anlamağa başlayıblar:
“Baltikyanı ölkələr yaddan çıxarmamalıdır ki, Rusiya onların yaxın qonşusudur. Bölgənin hər üç dövlətində istehsal edilən əksər kənd təsərrüfatı, balıq məhsulları, xüsusi yeyinti məhsullarını Avropa bazarı yaxına belə buraxmır. Həmin məhsulları onlardan Rusiya alır.
Belə olan halda, Baltikyanı ölkələr görür ki, böyük güclərin oyunbazlığı nəticəsində pis vəziyyətə düşür və Rusiyanın qəzəbinə tuş gəlirlər. Baltikyanı elita, siyasi qüvvələr özünəməxsus tərzdə ayılırlar. Nəticədə anlayırlar ki, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik fonunda onları da Ukraynanın aqibəti gözləyə bilər.
Prosesdə yeni mərhələ
Politoloq qeyd edir ki, deyəsən, Estoniya və Latviyanın siyasi qüvvələri artıq oyanış dövrünə qədəm qoyurlar:
“Onlar görürlər ki, Rusiya ilə münasibətləri korlamağın xeyri yoxdur, əksinə ziyanı var. Rusiya onlar üçün bazardır. Digər tərəfdən, onlar arasında elə də ciddi antoqanizm yoxdur. Deməli, burada özünəməxsus yeni mərhələ başlamaq üzrədir”.(Bizim.Media)
Bugün, 16:31
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
Bugün, 14:17
Sabah bəzi rayonlarda leysan olacaq
Bugün, 13:39
Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib
Bugün, 12:22
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
Bugün, 10:22
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır
Bugün, 09:15
UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq
Dün, 16:53
Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik
Dün, 16:24
Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu
Dün, 15:38
Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb
Dün, 15:07
Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb
Dün, 14:26
Sabah dörd şəhər və rayonda qaz olmayacaq
Dün, 13:43
Bakıda istifadəsiz tikilidə yanğın baş verib
Dün, 13:10
Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
Dün, 12:32
İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək
Dün, 11:58
Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
Dün, 11:32
Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb
Dün, 10:34
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
Dün, 09:50
Ədalət Mədətoğlu vəfat etdi – FOTO
Dün, 09:21
BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür
Dün, 08:58
Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
17-08-2026, 18:50
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
17-08-2026, 18:02
Samuxda bir nəfər kanalda batıb
17-08-2026, 17:15
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
17-08-2026, 16:41
Nikah və boşanmaların sayı azalıb
17-08-2026, 16:21
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
17-08-2026, 12:52
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
17-08-2026, 12:21
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb