BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr
Gündəm / Cəmiyyət
Oxunub: 5
10 Şub 2026 | 09:11
BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr


25 il əvvəl 1998-ci ilin bu günündə Azərbaycanda ölüm hökmü ləğv olunub.

Milli Məclis Ümummilli lider Heydər Əliyevin ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və bununla bağlı tarixi qərar qəbul edib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Ulu Öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirib.

Bəs, 10 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1074-cü ilin 10 fevralında Mahmud Kaşqari ümumtürk mədəniyyətinin türk dilində yazılan ilk lüğəti sayılan “Divani-Lüğəti-Türk”ü sona çatıb.

2. 1763-cü ilin 10 fevralında İngiltərə, Fransa və İspaniya arasında Yeddi İl Müharibələrini sona çatdıran Paris Müqaviləsi imzalandı. Bu müqavilə ilə İngiltərənin dünya üzrə dəniz üstünlüyü və müstəmləkə gücü, Fransanın isə müstəmləkəçilik uğrunda İngiltərədən geri qaldığı göründü.

3. 1828-ci il fevralın 10-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Qacarlar və Romanovlar (İranla Rusiya) arasında müqavilə bağlanıldı. 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyan bu müqaviləyə görə, Naxçıvan və İrəvan xanlıqları, o cümlədən, Ordubad bölgəsi Rusiyaya birləşdirildi. Beləliklə, Azərbaycan həmin sənədə görə, ikiyə parçalanaraq Rusiya və İran arasında bölüşdürüldü.

4. 10 fevral 1828–ci ildə Çar Rusiyası ilə İran arasında Türkmənçay müqaviləsi imzalanıb. Sənədə əsasən, Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olub. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürülüb. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürülüb.

5. 1969-cu ilin 10 fevralında ABŞ-ın VI Donanmasına aid gəmilər İstanbula gəldi. Türkiyənin universitet tələbələri buna etiraz bildirərək mitinqlər təşkil etdi.

10 fevralda bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1869-cu ilin 10 fevralında Naxçıvanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadə anadan olub. Qori seminariyasını bitirdikdən sonra (1887) bir müddət İrəvan quberniyasında müəllimlik edib.

1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında çalışıb. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realist ədəbiyyatının parlaq nümunələridir. Yazıçı öz yaradıcılığında intibah və maarifçilik məsələrinə də geniş yer verib. Cəlil Məmmədquluzadə baş redaktoru olduğu məhşur “Molla Nəsrəddin” jurnalı ilə Yaxın və Orta Şərqdə, xüsusilə, İran və Türkiyədə ədəbi-ictimai fikrin inkişafına mühüm təsir göstərə bilib. (1869-1932)

2. 1918-ci ilin 10 fevralında 34-cü Osmanlı sultanı II Əbdülhəmid 76 yaşında dünyadan köçüb. Əbdülhəmid taxta çıxdığı zaman Osmanlı dövləti tam bir böhran içində idi. Çernoqoriya və Serbiyada aparılan müharibələr osmanlıların əleyhinə dönmüş, Bosniya-Hersoqovina və Griddə qiyamlar başlamış, maliyyə böhranı son həddə çatmışdı.

Sultan Əbdülhəmid yəhudilərin Fələstində bir dövlət qurma təşəbbüslərinin qarşısına çıxdı. Onların Osmanlı borclarını tamamilə silmək təkliflərini belə rədd etdi. Fələstin torpaqlarının yəhudilərə satılmaması üçün lazımlı tədbirlər gördü. Şərqi Anadoluda erməni işğallarının qarşısını aldı, bölgədə asayişi təmin etdi, Osmanlı hakimiyyətini gücləndirdi.

Sultan II Əbdülhəmidi taxtdan endirmədən Osmanlı dövlətini parçalaya bilməyəcəklərini görən bütün daxili və xarici düşmənlər bu türk sultanına sui-qəsd təşkil etdilər. Beləcə, 30 il boyu dayanmış faciələr təkrar başladı. 31 mart 1908-ci ildə taxtdan endirilən II Əbdülhəmid Solonikiyə göndərildi və 10 fevral 1918-ci ildə vəfat etdi.

3. 1918-ci ilin bu günündə Azərbaycan ədəbiyyatında detektiv janrının banisi, yazıçı, nasir Cəmşid Əmirov anadan olub (1918-1982). Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayan C.Əmirov “Brilyant məsələsi”, “Qara “Volqa”, “Şəhər yatarkən” və digər məşhur detektiv əsərlərin müəllifidir.

4. 10 fevral 1903–cü ildə SSRİ Xalq Artisti, bəstəkar, Matvey Blanterin doğum günüdür (1903-1990). M.Blanter məşhur “Katyuşa” mahnısının, “Futbol marşı”nın müəllifidir.

5. 2013–cü ilin bu günündə Azərbaycanın tanınmış elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov vəfat edib (1948-2013). Radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayan M.Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. Akademik 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi çalışıb.

6. 10 fevral 1837–ci il. Dahi rus şairi, yazıçı, dramaturq Aleksandr Puşkin vəfat edib (1799-1837). A.Puşkinin adı Azərbaycan tarixi və mədəniyyəti ilə qırılmaz tellərlə bağlıdır. Sadə, xalq dilinə yaxın, başadüşülən tərzdə yazan A.Puşkin “Yevgeni Onegin”, “Ruslan və Lyüdmila”, “Qaratoxmaq qadın”, “Kapitan qızı” və digər əsərlərin müəllifidir. (Bizim.Media)
Bugün, 18:22
Rusiya Dövlət Dumasının deputatı Teleqramı məhdudlaşdıranları əclaf adlandırıb
Bugün, 17:57
Azərbaycan Prezidenti: Bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır
Bugün, 17:33
Prezident İlham Əliyev: Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq
Bugün, 17:05
Qeydiyyata alınmamış qrantlara görə cərimə tətbiq edəcək orqanlar müəyyənləşib
Bugün, 16:45
Niderland Senatının sabiq sədri Prezident İlham Əliyevi təbrik edib
Bugün, 16:12
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb
Bugün, 15:32
Rusiyada texnikum yaxınlığında atışmada 2 nəfər yaralanıb
Bugün, 15:13
ABŞ klubuna keçən Nəriman Axundzadə "Qarabağ"a təşəkkür edib
Bugün, 14:13
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verilib
Bugün, 13:50
Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı 58 % artıb
Bugün, 13:15
İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
Bugün, 12:33
Sabah hava yağmursuz olacaq
Bugün, 11:55
Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO
Bugün, 11:41
Sifarişli yazılar Kəmaləddin Qafarovu nüfuzunu sarsıda bilməz
Bugün, 11:19
Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir
Bugün, 10:42
Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb
Bugün, 10:05
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub
Bugün, 09:24
BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr
Bugün, 09:09
KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək
Dün, 18:38
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
Dün, 18:22
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
Dün, 18:03
“Tahir Gözəllə bu barədə danışmamışam” - Qurban Qurbanov
Dün, 17:32
Yağıntılar nə vaxt kəsiləcək?
Dün, 16:35
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
Dün, 16:01
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
Dün, 15:44
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
Dün, 14:52
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur