BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr
Gündəm / Cəmiyyət
Oxunub: 83
11 Şub 2026 | 09:24
BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

Bu gün vergi işçilərinin peşə bayramıdır. 11 fevral 2000-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb. Həmin tarix ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bəs, fevralın 11-də dünyada daha hansı hadisələr baş verib?

1. 11 fevral 1794-cü ildə ABŞ Senatının ilk sessiyası keçirilib.

2. 11 fevral 1873-cü ildə Kral I Amadeo İspaniyadan imtina edib.

3. 11 fevral 1919-cu ildə Fridrix Ebert Almaniya prezidenti seçilib.

4. 1945-ci ilin bu günündə İngiltərə baş naziri Ser Vinston Çörçil, ABŞ prezidenti Franklin Ruzvelt və SSRİ-nin birinci katibi İosif Stalinin iştirak etdiyi, 4 fevralda başlamış Yalta Konfransı bitdi.

5. 11 fevral1968-ci ildə İsrail-İordaniya sərhəddində qarşıdurma baş verib.

6. 11 fevral 1987-ci ildə Filippin Konstitusiyası qüvvəyə minib.

7. 11 fevral1992-ci ildə Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurub.

8. 11 fevral 1992-ci ildə Azərbaycan Mərkəzi Bankı yaradılıb.

9. 1979-cu ilin 11 fevralında İran İslam İnqilabı nəticəsində Ayətullah Xomeyninin rəhbərliyi altında İslam teokratiyasını yaradıb.

10. 11 fevral 2000-ci ildə Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurub.

11. 11 fevral 2004-cü ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşıb, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranıb, minlərlə yeni iş yerləri açılıb.

12. 11 fevral 2011-ci ildə “Ərəb baharı” Misir prezidenti Hüsnü Mübarəkin istefası və 17 günlük etirazlardan sonra hakimiyyətin Ali Hərbi Şuraya verilməsi ilə yekunlaşıb.

13. 1993-cü ildən hər il fevralın 11-i Ümumdünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Roma Papası II İohann Pavel tərəfindən 1992-ci il mayın 13-də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin hər il fevralın 11-də sağlamlıqları üçün dua etmələri ilə əlaqədardır. 1991-ci ildə II İohann Pavelə Parkinson xəstəliyi diaqnozu qoyulub. Katoliklərin dini rəhbəri həmin diaqnoz qoyulandan sonra Xəstələr Gününün qeyd edilməsi təşəbbüsünü irəli sürüb. O, özünün bu barədəki xüsusi müraciətində bildirib ki, Ümumdünya Xəstələr Gününün hər il qeyd edilməsinin başlıca məqsədi xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək və ictimaiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmağa yönəltməkdir.

Fevralın 11-də bu şəxsiyyətlər xatırlanır:

1. 11 fevral 1740-cı ildə Səfəvi hökümdarı II Təhmasib vəfat edib.

2. 11 fevral 1829-cu ildə “Ağıldan bəla” pyesinin müəllifi, rusiyalı diplomat Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib (1795-1829). O, 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra Rusiyanın İranda rəsmi səfiri təyin olunub. Tehranda səfirlik binasında sui-qəsd nəticəsində qətlə yetirilib.

3. 11 fevral 2012-ci ildə tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimova vəfat edib (1938-2012). Onun ilk mahnısı “Yalan ha deyil” 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir. O, Azərbaycan şairlərinin əsərlərinə yüzdən çox mahnı, həmçinin romans və sonatalar da bəstələyib. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” və digər sevilən mahların müəllifidir.

4. 11 fevral 1981-ci ildə Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib (1900-1981). Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib. “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Bizim.Media
Bugün, 11:58
Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir
Bugün, 11:32
Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb
Bugün, 10:34
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür
Bugün, 09:50
Ədalət Mədətoğlu vəfat etdi – FOTO
Bugün, 09:21
BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür
Bugün, 08:58
Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
Dün, 18:50
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
Dün, 18:02
Samuxda bir nəfər kanalda batıb
Dün, 17:15
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
Dün, 16:41
Nikah və boşanmaların sayı azalıb
Dün, 16:21
Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL
Dün, 12:52
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Dün, 12:21
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
Dün, 11:46
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Dün, 10:47
Qaradağda yük maşını aşıb
Dün, 10:16
Premyer Liqada I tura bu gün yekun vurulacaq
15-08-2026, 16:33
Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş
15-08-2026, 15:43
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb
15-08-2026, 14:42
İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB
15-08-2026, 13:22
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ
15-08-2026, 12:54
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
15-08-2026, 12:00
Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib
15-08-2026, 11:07
FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib
15-08-2026, 10:15
Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb
15-08-2026, 09:44
“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı
15-08-2026, 09:19
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir
14-08-2026, 18:43
“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır