Pakistan - Əfqanıstan müharibəsi – terror qruplaşmasının xidməti - ŞƏRH
Gündəm / Cəmiyyət
Oxunub: 32
13 Mrt 2026 | 16:25
Pakistan - Əfqanıstan müharibəsi – terror qruplaşmasının xidməti - ŞƏRH


Pakistan Silahlı Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə hava zərbələri endirib. Əfqanıstandakı "Taliban" hökuməti İslam Respublikasının "dinc sakinlərin evlərinə" zərbələr endirdiyini, nəticədə dörd nəfərin həlak olduğunu, 15 nəfərin isə yaralandığına dair məlumat yayıb.

Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, Pakistan Qəndəhar şəhərinə, habelə bu ölkə ilə həmsərhəd olan Paktiya və Paktika əyalətlərinə, eləcə də bir sıra başqa bölgələrə zərbələr endirib.

Yayılan məlumatlara əsasən, Pakistanın Təhlükəsizlik Xidməti də martın 13-nə keçən gecə Əfqanıstana zərbələrin endirildiyini təsdiqləyib. Bildirilib ki, hücumların hədəfi Əfqanıstan "Taliban"ı ilə sıx əlaqədə olan "Tehrir-i-Taliban Pakistan" (TTP) silahlı qruplaşmasının ("Pakistan talibləri" kimi də tanınır) üzvləri olub.

İki ölkə arasında davam edən müharibənin səbəbi dəyişməz olaraq qalır. Bu, Böyük Britaniyanın cızdığı "Dürand xətti"nin ləğvi uğrunda "Pakistan talibanı" ilə İslam Respublikası arasında müharibədir.
Pakistan - Əfqanıstan müharibəsi – terror qruplaşmasının xidməti - ŞƏRH

Münaqişənin bünövrələrindən birinin 1947-ci ildə qoyulduğu istisna olunmur. İki ölkə arasında qarşıdurma həmin il Pakistan yarandan bəri davam edir. Onda Əfqanıstan rəhbərliyi Britaniyanın Asiyadakı mülklərini genişləndirməyə çalışarkən ingilis-əfqan müharibələri gedişində yaratdığı "Dürand xətti"ni sərhəd olaraq tanımaqdan imtina etmişdi. Əfqanıstan hakimiyyəti onda bildirirdi ki, indi onların ölkəsi başqa bir dövlətlə həmsərhəddir və onunla, yəni Pakistanla ərazi barədə danışıqları yenidən aparmaq lazımdır. Onların başqa bir arqumenti isə bu idi ki, "Dürand xətti"ni çəkərkən britaniyalılar mahiyyətcə tarixi Puştunistan bölgəsinin ərazisini özbaşına bölüb, qonşu kəndlərin sakinlərini geosiyasi rəqiblərə çeviriblər. Ona görə də sərhədi yenidən müəyyən etmək, bəlkə də müstəqil Puştunistan yaratmaq lazımdır.

Tərəflər arasında müharibənin əsasında əslində mübahisəli, həllini gözləyən ərazi məsələsi durur. Bir sıra silahlı qruplaşmaların məsələyə müdaxiləsi tərəflərin mövcud problemi dinc yolla həll etməsinə mane olur, onu mübahisəli ərazi məsələsi olmaqdan, mahiyyətindən uzaqlaşdırır. Rəsmi İslamabadın "Taliban" hökumətini "Pakistan talibanı"nı himayə və müdafiəsinə görə ittiham etməsi də bu baxımdan anlaşılandır.

"Taliban"ın hakimiyyətə qayıdışı ilə tərəflər arasında qarşıdurma davamlı xarakter alıb.

Bu il fevralın 21-i axşam Pakistan Hərbi Hava Qüvvələri sərhədyanı Əfqanıstan əyalətləri olan Nəngərhar, Paktika və Xostanı atəşə tutub. Pakistan hakimiyyəti hücumların məqsədinin regionda fəaliyyət göstərən terror qruplaşmaları - "Pakistan taliban"ı və "Vilayət Xorasan"ın düşərgələri olduğunu bəyan etmişdi. Bu hücumlar Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimal-qərbindəki Bacaur dairəsində və Bannu şəhərində fevralda baş verən terror aktlarına cavab tədbiri sayılır.

"Taliban" hökuməti həmin hücum nəticəsində azı 18 əfqanın, o cümlədən qadın və uşaqların həlak olduğunu bildirmişdi.
Pakistan - Əfqanıstan müharibəsi – terror qruplaşmasının xidməti - ŞƏRH

Fevralın 27-də isə Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif qonşuların hərəkətlərinə dair "X" sosial şəbəkəsindəki səhifəsində belə bildirmişdi: "Səbrimiz tükəndi. İndi biz sizinlə açıq müharibəyə başlayırıq".

Pakistan ordusunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri general-leytenant Əhməd Şərif Çaudri isə demişdi: "Bu, hökumət deyil. Bunlar militarist diktatorlardır. Əfqanıstanı legitim olmayan quldurlar idarə edirlər".

O vaxtdan sərhəd boyunca döyüş əməliyyatları davam edir.

Bu müharibədə hər iki tərəfdə itkilər olur. Ancaq bütün münaqişələrdə olduğu kimi, rəsmi qurumlar həlak olanların sayı və statusunu fərqli şəkildə qiymətləndirirlər. Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi İnayətullah Xorezminin sözlərinə görə, martın 3-nə qədər münaqişə gedişində Əfqanıstanın 28, Pakistanın 150 hərbçisi həlak olub.

Pakistan hakimiyyəti itkilərinin təxminən 150 nəfər olduğunu qəbul edir, eyni zamanda rəqibin 450 nəfərdən çox itki verdiyini iddia edir.

Tərəflər bir-birini ittiham da edirlər. Əfqanıstan qarşı tərəfi sıx məskunlaşmış kəndləri atəşə tutmaqda ittiham və martın 4-nə qədər hücumlar nəticəsində 110 dinc sakinin həlak olduğunu iddia edir. Pakistan isə yalnız hərbi obyektlərə hücum etdiyini bildirir.

BMT-nin Əfqanıstandakı missiyasının nəticələri münaqişənin artıq mülki əhaliyə təsir etdiyini göstərir. Onun məlumatlarına əsasən, martın 6-na qədər döyüş əməliyyatları nəticəsində 24 uşaq və 6 qadın olmaqla 56 dinc əfqan ölüb.

Müharibə davam etdiyi üçün hər gün qurbanlar olur.

Belə ehtimal etmək olar ki, Pakistan "Təhrir-i-Taliban Pakistan"ı tamamilə zərərsizləşdirmək istəyir. Ona görə də Əfqanıstanı davamlı olaraq bombardman edir.

Pakistanın Baş nazirinin nümayəndəsi Müşərrəf Zaidi hələ fevralın sonunda danışıqlar və dialoqun mümkün olmayacağını deyib: "Razılaşdırılacaq bir şey yoxdur. Əfqanıstandan terror sona çatmalıdır".

"Taliban" hökumətinin isə əsas hədəfi Pakistanın hücumlarını dəf etmək, sərhədyanı bölgələrdə vəziyyətin sabitləşməsinə nail olmaqdır. Bununla belə, rəsmi Kabil "Pakistan talibləri" ilə əlaqələri kəsməyi də planlaşdırmır.
Pakistan - Əfqanıstan müharibəsi – terror qruplaşmasının xidməti - ŞƏRH

Hazırda Pakistanla Əfqanıstan müharibəsi Yaxın Şərqdəki hərbi qarşıdurma fonunda kölgədə qalıb. Sanki bu müharibə qəsdən qurulub. Çünki 2025-ci il sentyabrın 17-də Pakistanla Səudiyyə Ərəbistanı arasında tarixi Qarşılıqlı Müdafiə üzrə Strateji Saziş imzalanıb. Həmin sənədə əsasən, bir ölkəyə edilən istənilən hücum hər iki ölkəyə qarşı təcavüz hesab olunur. Saziş hərbi əməkdaşlığın dərinləşdirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini, birgə təlimləri və Pakistanın Səudiyyə Ərəbistanının müdafiəsi üçün "nüvə çətiri" təqdim etmə ehtimalını nəzərdə tutur.

"Taliban" hökuməti isə ABŞ-nin İran ərazisinə zərbə endirəcəyi halda Tehrana yardım göstərməyə hazır olduqlarını bildirmişdi. Bununla belə, Əfqanıstan ABŞ ilə müharibədə iştirak etmək niyyətində olmadığını qeyd edib.

Hökumətin sözçüsü Zəbihullah Mücahid kömək məsələsini belə izah edib: "Əfqanıstan xalqı həmrəylik göstərəcək. Çox böyük ehtimal etmək olar ki, İranın sorğusu əsasında onunla əməkdaşlıq edəcək. Ancaq bu, "Taliban"ın ABŞ-yə qarşı cavab müharibəsinə qoşulması demək deyil".

Belə görünür, hər iki tərəf potensial olaraq hazırda Yaxın Şərqdəki qarşıdurmada əks tərəflərdə iştirak edə bilər. Ancaq aralarındakı müharibə onların başını özlərinə qatıb. Bu işdə isə onlara "Təhrik-i-Taliban Pakistan" "yardım edib". Onda "Pakistan talibanı" kimə xidmət edir?" sualı yaranır.

Hər iki ölkədə isə dinc sakinlər terror qruplaşmasının iddiasının qurbanı olurlar.(Report)
Bugün, 18:30
Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib
Bugün, 18:03
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib
Bugün, 17:23
Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib
Bugün, 16:33
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
Bugün, 15:49
Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi
Bugün, 15:26
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Bugün, 15:06
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
Bugün, 14:44
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Bugün, 11:54
“Teleradio”ya yeni rəhbər təyin edilib
Bugün, 11:07
Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılışında iştirak edib
Bugün, 10:20
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Bugün, 09:54
Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb
Bugün, 09:10
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Bugün, 08:44
"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər
Dün, 18:43
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH
Dün, 18:02
Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib
Dün, 17:16
Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq
Dün, 16:09
Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər
Dün, 15:32
Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib
Dün, 14:52
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib
Dün, 14:20
Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir
Dün, 13:44
Lamiyə Əliqızı: Zərifə xanım Əliyeva – işıqlı həyat yolu
Dün, 13:31
Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Dün, 12:47
"Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb
Dün, 12:13
Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO
Dün, 11:26
Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO
Dün, 11:04
Xaricdə oxumaq istəyənlərin nəzərinə!