ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 59
23 Tem 2026 | 16:23
ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH


Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqda davam edir. Bu təşkilat bildirib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi "erməni hərbi əsirləri və siyasi məhbusları dərhal, heç bir ilkin şərt olmadan azad etməyə çağıran düzəlişi" dəstəkləyib. İnformasiyaya əsasən, "düzəlişi" komitə sədri Brian Mast və konqresmen Bred Şerman təqdim edib.

Şerman erməni cinayətkarları müdafiə edərək Azərbaycanın ünvanına şər-böhtan dolu açıqlama verib. O, həmin canilərin azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyini də vurğulayıb.

Brian və Bred - hər ikisi erməni lobbisinin sifarişlərinin icraçılarıdır. Bu baxımdan, onların hazırladıqları "sənəd" Ermənistandakı rusiyayönlü müxalifətin, Avropa Parlamentindəki anti-Türkiyə və anti-Azərbaycan qüvvələrin məlum məsələ ilə bağlı təhriflərini təkrarlayır. Sanki üzü çıxarılan eyniməzmunlu mətn Avropa Parlamentində, Nümayəndələr Palatasının komitəsində, Ermənistanda müxalifətin tədbirlərində oxunur.

Brian və Bredin erməni lobbisinin xidmətində durmaqlarının əsas səbəbi islamofob xüsusiyyətlərindən irəli gəlir. Brian Mastin 2006-cı ildə ABŞ Ordusunda fəal xidmətə başlayıb. O, partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssis olub. "Sarsılmaz Azadlıq" əməliyyatı çərçivəsində Əfqanıstanda xidmət edib. Mast 2010-cu il sentyabrın 19-da Qəndəharda ABŞ Ordusu reyncerləri üçün yol açarkən partlayıcı qurğunun üstünə ayaq basıb baş və partlayış nəticəsində hər iki ayağını və sol əlinin şəhadət barmağını itirib. Ona görə də ehtimal olunur ki, Əfqanıstandakı xəsarət onda islamofob xarakteri formalaşdırıb. Belə xarakterli Mast erməni təşkilatları ilə fəal əməkdaşlıq etməklə yanaşı, Konqresdə İrəvanın maraqlarına lobbiçilik edir.

B.Mast ikitərəfli əməkdaşlığın müzakirəsi üçün Ermənistanın ABŞ-dəkı səfirləri və Ermənistan parlamentinin nümayəndə heyətləri ilə mütəmadi rəsmi görüşlər keçirir. O, respublikanın iqtisadi sabitliyinə və təhlükəsizliyinə yönəlmiş sazişlərin imzalanmasını da dəstəkləyir.

Bred Şerman isə Demokratlar Partiyasındandır. Onun Konqresdə erməni lobbisi ilə yaxın əlaqələri var. Konqresdə Erməni Komitəsinin həmsədrliyi və sədr müavini kimi vəzifələri icra edib. O, əslən Rusiyadan gəlmə yəhudi ailəsində anadan olub. Bu baxımdan, onun Ermənistan və erməni məsələsinə baxışının Rusiyadan olan erməni milyaderlərlə üst-üstə düşməsində də bu amilin rol oynadığı istisna edilmir.

Bred 2019-cu ildə Prezident Donald Trampın impiçmenti barədə qətnamə irəli sürmüşdü. O, "erməni soyqırımı"nın beynəlxalq tanınmasına əhəmiyyətli töhfəyə görə Ermənistanın "Mxitar Qoş" medalı, "Şərəf" ordeni ilə təltif edilib.

Brian və Bredin canfəşanlıqla müdafiə etdikləri ermənilər təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və təşkilatlara hücum etmə, soyqırım, əhalini məhvetmə, köləlik, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, hərbi soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma və başqa maddələrlə təqsirli biliniblər.

İndi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brian Mast və konqresmen Bred Şerman bu "düzəliş"lə terrorçuluğu da himayə edir, ona haqq qazandırırlar.

Bu kimi "sənədlər" ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Ştatların Cənubi Qafqaz siyasətinə də zərbə vura bilər.

Komitənin belə "çağırışı"nın rəsmi İrəvanı nə dərəcədə qane etdiyi məlum deyil. Çünki indiyədək Ermənistan hakimiyyəti bu tip çağırışlara birmənalı şəkildə rədd cavabı verməyib. Bu isə məsələyə onun şübhəli mövqeyini göstərir.

Başqa məsələyə də diqqət yetirməyə ehtiyac var. Belə aydın olur ki, erməni lobbisi, ANCA heç vaxt Ermənistanın güclənməsi, Cənubi Qafqaz ölkələri ilə dinc yanaşı yaşamasını, onun Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasını istəmir. Çünki ANCA-nın fəaliyyəti Ermənistandakı revanşistlərin davranışı ilə çox yaxın, hətta eynidir. Ona görə də rəsmi İrəvanın münasibətlərin normallaşması üçün bu ünsürlərdən Azərbaycana qarşı mümkün təzyiq elementi kimi istifadə etməməsini daha məqsədəuyğun saymaq olar.

Sözügedən "düzəliş" nədənsə "907-ci düzəlişi" yada saldı. Onda erməni lobbisinin maraqlarına uyğun olaraq ABŞ-nin prezidenti olmuş Cozef Bayden və dövlət katibi Con Kerri bu "sənəd"in qəbuluna nail olmuşdular. Ancaq indiki şərait bu kimi siyasətçilərin yanlış yolda olduğunu təsdiqlədi. Belələrinin əsas maraqları erməni lobbisinin pul-parasıdır. Məlumatlara əsasən, erməni lobbisindən ən çox yararlanan siyasətçi məhz Cozef Baydendir.

İndi isə ANCA və başqalarının şirnikləndirici vədləri ilə Brian və Bred yalana ayaq tutdurmağa səy göstərirlər. "907-ci düzəliş"in siyasi ömrü uzun sürmədi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə bu kimi iddiaların boş, mənasız, əsassız olduğunu isbatladı. Çünki yalan, oğurluq heç vaxt ayaq açmayıb.

Brian və Bredin hay-küylü "çağırışı" Azərbaycanın daxili işlərinə müdaxilədir.

Azərbaycan Prezidenti İlham Əliyev belələrinə hələ 11 il öncə - Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə cavab verib: "Heç kim bizim işimizə qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin".(Report)
Dün, 16:49
Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
Dün, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Dün, 15:35
Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
Dün, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Dün, 14:01
Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ
Dün, 13:20
Sabah da Bakıya yağış yağacaq
Dün, 12:31
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Dün, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
Dün, 10:49
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Dün, 10:32
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
Dün, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
2-10-2026, 18:31
ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
2-10-2026, 17:40
Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!
2-10-2026, 17:17
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
2-10-2026, 16:47
Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər
2-10-2026, 15:45
Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib
2-10-2026, 14:57
15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı
2-10-2026, 14:13
Rusiya onları beynəlxalq axtarışa verdi
2-10-2026, 12:41
Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb
2-10-2026, 12:07
Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpü vurulub
2-10-2026, 11:32
İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb
2-10-2026, 10:53
İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
2-10-2026, 10:14
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
2-10-2026, 09:55
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
2-10-2026, 09:34
ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək
2-10-2026, 08:59
Bakının iki rayonunda qaz olmayacaq
1-10-2026, 18:09
ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH