Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Cəbrayıl rayonunda Böyük Qayıdış proqramı çərçivəsində bərpası davam edən Soltanlı kəndində tikinti işləri yekun mərhələyə yaxınlaşır.
Horovlu və Şükürbəyli kəndlərindən sonra Soltanlı kəndi rayon üzrə sakinlərin qayıdışına hazırlanan üçüncü yaşayış məntəqəsidir.
Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı da nəzərə alınmaqla, bu, Cəbrayılda bərpa edilərək əhalinin qayıdışına hazırlanan dördüncü kənddir.
Soltanlı kəndinin təməli 2023-cü il noyabrın 24-də qoyulub. Layihə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində icra olunur. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın "KESZ" Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Araz çayının sahilində, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd magistral yolunun üzərində yerləşən Soltanlı əlverişli coğrafi mövqeyi ilə seçilir. Kəndin yaxınlığından Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu keçir. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yaxınlıq gələcək sakinlərin məşğulluğu üçün əlavə imkanlar yaradacaq.
Layihədə müasir mühəndis və enerji səmərəli həllərlə yanaşı, milli memarlıq üslubu və ənənəvi yaşayış elementləri də qorunur.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov APA-ya bildirib ki, 108 hektar ərazidə ümumilikdə 420 fərdi yaşayış evi tikilir. Bunlardan 80-i ikiotaqlı, 200-ü üçotaqlı, 110-u dördotaqlı, 30-u isə beşotaqlıdır. Bütün evlər birmərtəbəlidir və hər birinin həyətyanı sahəsində köməkçi tikililər nəzərdə tutulub.
Hazırda 420 evdən 336-sında qaba tikinti işləri başa çatdırılıb. 73 evdə dam örtüyü tamamlanıb, daxili mühəndis-kommunikasiya xətləri çəkilir və daxili bəzək işləri aparılır. Ümumilikdə yaşayış evləri üzrə tikintinin təxminən 50 faizi icra olunub.
Kənddə 140 yerlik uşaq bağçası, inzibati bina, həkim-tibb məntəqəsi, klub-icma mərkəzi, çoxfunksiyalı bina, Bayraq Meydanı, ticarət və ictimai iaşə obyektləri inşa edilir. Uşaq bağçası və çoxfunksiyalı binada qaba tikinti işləri yekunlaşıb, dam və fasad işləri görülür. İnzibati binada qaba tikinti başa çatmaq üzrədir, həkim-tibb məntəqəsində isə tikinti davam edir. Sosial obyektlər üzrə işlərin ümumi icra səviyyəsi 30 faizə yaxındır.
Hazırda tikinti sahəsində 400-ə yaxın işçi çalışır. Paralel olaraq yağış və sel sularının təhlükəsiz kənarlaşdırılması üçün drenaj sistemi və digər mühəndis-kommunikasiya infrastrukturu qurulur.
İşlərin bu ilin sonunadək yekunlaşdırılması və Soltanlı kəndinə ilk sakinlərin mərhələli şəkildə köçürülməsi planlaşdırılır.
Dün, 18:31
ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
Dün, 17:40
Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!
Dün, 17:17
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Dün, 16:47
Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər
Dün, 15:45
Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib
Dün, 14:57
15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı
Dün, 14:13
Rusiya onları beynəlxalq axtarışa verdi
Dün, 12:41
Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb
Dün, 12:07
Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpü vurulub
Dün, 11:32
İsraildə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər xəsarət alıb
Dün, 10:53
İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
Dün, 10:14
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
Dün, 09:55
YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış edir
Dün, 09:34
ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək
Dün, 08:59
Bakının iki rayonunda qaz olmayacaq
1-10-2026, 18:09
ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
1-10-2026, 17:50
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
1-10-2026, 16:34
Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
1-10-2026, 15:57
Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib
1-10-2026, 15:05
Zaqatalada zəlzələ olub
1-10-2026, 14:44
Kamran Əliyev rusiyalı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
1-10-2026, 12:47
ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
1-10-2026, 12:21
Ağstafada müəllimlər dərs üstündə dalaşdı - Polis araşdırır
1-10-2026, 11:44
“Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”
1-10-2026, 11:09
“Erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirməlidir”
1-10-2026, 10:30
İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
1-10-2026, 10:04
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - Yenilənib