“30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək- buna hazırlaşmaq lazımdır...”
Gündəm / İqtisadiyyat
Oxunub: 653
27 Haz 2019 | 10:52
“30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək- buna hazırlaşmaq lazımdır...”

“Artıq Qarabağda Azərbaycanın patronajlığı altında yaşamamış nəsillər böyüyür...”
“Dağlıq Qarabağ artıq heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq...”


“Mən Qarabağdakı hərbi əməliyyatlar meydanına yaxşı bələdəm. Çünki Kirovabadda (Gəncə-S.L.) xidmət etmişəm...”

Moderator.az xəbər verir ki, “Rusiya-Artsax” nəşrinə müsahibəsində bu sözləri söyləyən adi bir erməni deyil. O, Rusiyadakı erməni diasporunun fəallarından biri, Moskva telekanallarındakı siyasi tok-şoularda, o cümlədən “Vladimir Solovyovun “Rossiya” telekanalındakı məlum verilişindəki diskussiyaların aktiv iştirakçısı, politoloq Semyon Baqdasarovdur. Rusiya siyasi xadimi sayılan bu şəxs Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin Öyrənilməsi mərkəzinin direktoru, bu sahə üzrə tanınmış ekspertdir. O, Dumanın keçmiş üzvü(2007-2011) , ehtiyatda olan polkovnikdir. Onun rəyləri ilə Rusiya XİN-də hesablaşır, Rusiya Müdafiə Nazirliyində ondan müəyyən məsələlər üzrə analitik arayışlar hazırlamağı xahiş edirlər. Baqdasarov bir çox mötəbər tədbirlərdəki çıxışlarında həyasızcasına bəyan edir ki, “hazırkı Ermənistan “qədim erməni ərazi”lərinin cəmi 7 faizini təşkil edir. O, “Kilikiya”nı, Ərzurumu, Vanı, Qarsı, Qarabağı və Naxçıvanı “Ermənistan” hesab edir. Odur ki, indiki Ermənistanı “Şərqi Ermənistan” adlandırmaq lazım gəldiyini deyir...

Sovet dövründə Azərbaycanda xidmət etmiş bu erməni polkovnik Rusiya generaliteti ilə, o cümlədən Müdafiə naziri Sergey Şoyqu ilə yaxın münasibətlərdədir.

Müxbirin Qarabağ məsələsi barədəki sualına S.Baqdasarov belə cavab verir:

“Dağlıq Qarabağ artıq heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq. Mən dəfələrlə demişəm ki, müharibə istəyirlərsə, bu, onlar üçün hərbi baxımdan strateji bir səhv olacaq. Hücuma keçən həmişə müdafiə olunandan daha böyük itkilərə məruz qalır. Bəli, Azərbaycanın daha çox insan ehtiyatı, daha çox texnikası, daha çox pulu var. Ancaq problemi həll edə bilmirlər; "Artsax"ı Azərbaycanın tərkibinə daxil olmağa razı sala bilmirlər. Ermənistan və Qarabağ öz hərbi doktrinasında hərbi əməliyyatların Azərbaycan ərazilərinə keçirilməsini nəzərdə tutur. Ermənistan və "Artsax" belə imkanlara malikdir. Bu da qarşılıqlı itkilərə gətirə bilər...”

Baqdasarov Azərbaycanın işğal altındakı torpaqlarında artıq rəsmi Bakının tabeliyi altında yaşamamış erməni nəsilləri formalaşdığını vurğulayaraq davam edir:

“Mən Qarabağdakı hərbi əməliyyatlar meydanını yaxşı tanıyıram. Çünki Kirovabadda(Gəncə-S.L.) xidmət etmişəm... Digər tərəfdən, artıq Dağlıq Qarabağda Azərbaycanın patronajlığı altında yaşamamış nəsillər böyüyür. Və çətin ki, bundan sonra yaşamaq istəsinlər. Buna görə də bu gün üçün dondurulmuş münaqişə qaynar savaşdan daha yaxşıdır. Təəssüf ki, Azərbaycan problemi hərbi yolla ilə həll etməklə hədələyir. Və hərbi əməliyyatların bərpası təhlükəsi azalmır...”

Erməni mənşəli Rusiya politoloqu bu gün müharibə təhdidinin qalmasında Ermənistanın keçmiş rəhbərliyini günahlandırır və erməni ordusuna döyüş başlayan kimi hücuma keçməyi məsləhət görür:

“Buna görə Ermənistanın özü daha çox günahkardır. Ermənistanın keçmiş rəhbərliyi lokal əməliyyatlar zamanı(Aprel savaşı da nəzərdə tutulur-S.L.) tərəddüd etdi. Döyüş əməliyyatarı başlayan kimi hücuma keçmək lazımdır...”

“Gəncəyə gedən yoldakı aşırımda(Ömər aşırımı-S.L.) möhkəmlənmək kifayətdir. Yeri gəlmişkən, bir zaman erməni tankları həmin aşırımda dayanmışdı və ordu Azərbaycanın ikinci böyük şəhəri olan Kirovabad, Gəncə şəhərini tutmağa hazır idi. Amma Ermənistanın rəhbərliyi beynəlxalq ictimaiyyətin dediyi ilə getdi... Fürsət düşən kimi bu səhv düzəldilməlidir...”- deyə S. Baqdasarov Azərbaycanı yeni ərazi itkiləri ilə təhdid edir.

“Hərbi əməliyyatların bərpa olunması təhlükəsinin davamlı təhdidi şəraitində iqtisadiyyatın daim inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi, zəngin xarici ermənilərin “Artsax” iqtisadiyyatına sərmayə qoymalarını və onların sərfəli layihələrdə iştirak etmələrini təmin etmək lazımdır. Məskunlaşdırma siyasətini aktivləşdirmək gərəkdir. Arzu edən hər kəs Qarabağda məskunlaşma imkanı əldə etməlidir. Ermənistan və Qarabağ güclü olmalı və iqtisadi cəhətdən inkişaf etməlidir. Sonra bir çox məsələlər özləri həllini tapacaq... 30 ildən sonra Azərbaycanda neft və qaz tükənəcək. Və sonra Ermənistan və "Artsax"ın dövranı gələcək. Buna hazırlaşmaq lazımdır..."-deyə erməni diaspor fəalı gələcək üçün strateji xətt cızır...

P.S. S.Baqdasarov “30 ildən sonra Azərbaycanda neft-qaz tükənəcək. Buna hazır olmaq lazımdır..” fikrini ermənilərə ünvanlayır. Yəni Ermənistanı Azərbaycanın bu dəfə Bakıyadək olan ərazilərini işğal etməyə hazır olmağa çağırır. Odur ki, bu cümlələr daha çox bizləri düşündürməlidir. “Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. İqtisadiyyatımız güclüdür...” deməklə iş bitmir. Nə qədər ki, neftimiz, qazımız tükənməyib, torpaqlarımızı işğaldan azad etməliyik. Və eyni zamanda 30 il bundan sonranı, yəni neftsiz-qazsız iqtisadi dayanıqlığımızı düşünməliyik... Bunun üçün də ilk növbədə ölkədəki korrupsiya şəbəkəsi çökdürülməlidir. Bu günədək sərvətlərimizdən əldə olunan milyardların keçmiş korrupsioner yüksək vəzifə sahiblərinin əli ilə kütləvi şəkildə talanması, ölkədən xaricə çıxarılması barədə kifayət qədər rəsmi və qeyri-rəsmi faktlar var. Nə yazıqlar ki, bu gün də dövlət büdcəsindən yol tikintisinə, şəhər və kəndlərimizin abadlaşdırılmasına, kənd təsərrüfatının, sənayenin, elmin, təhsilin, səhiyyənin inkişafına və s. ayrılan vəsaitlərin şəxsi ciblərə axmasına şərait yaratmağa çalışanlar xeylidir. Belə yırtıcı şəbəkələrin mövcudluğu şəraitində isə iqtisadi tənəzzül riski daim böyük olur... Bütün bunların qarşısını almaq üçün də öncə qanunun aliliyi və işləkliyi təmin edilməlidir. Əks halda 30 il sonra da ermənilərin dediyi olacaq... 30 il öncə olduğu kimi...
Dün, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
Dün, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
Dün, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
Dün, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
Dün, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Dün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Dün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Dün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Dün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Dün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Dün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Dün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Dün, 11:42
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Dün, 10:53
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Dün, 10:29
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Dün, 09:44
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Dün, 09:05
Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir