Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 3 dəfədən çox azalıb

Azərbaycanın aparıcı tikinti şirkəti “AzVirt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 125,007 milyon manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,8% çoxdur.
Hesabat dövründə “AzVirt”in cəmi öhdəlikləri 57,8% artaraq 60,178 milyon manata, cəmi kapitalı isə 0,5% artaraq 64,829 milyon manata çatıb.
2018-ci ildə “AzVirt”in tikinti işlərindən gəlirləri 85,746 milyon manat (2017-ci ilə nisbətən 20,1% az), işlərinin maya dəyəri 69,347 milyon manat (23,5% az), ümumi və inzibati xərcləri 11,114 milyon manat (6% çox), ehtimal olunan kreditlər üzrə zərəri 1,034 milyon manat (2017-ci ildə gəlir olub), maliyyə gəlirləri 6 min manat (təxminən, 14% az), maliyyə xərcləri 392 min manat (47,8% az), xarici valyuta mübadiləsi üzrə gəlirləri 147 min manat (94,4% az), əmlak, tikinti və avadanlıqların silinməsi üzrə zərəri 442 min manat (2017-ci ildə gəlir olub), digər gəlirləri 585 min manat (53,9% az), digər xərcləri 485 min manat (63,7% az), mənfəət vergisi ödəmələri isə 886 min manat (64,1% az) təşkil edib.
Son nəticədə şirkət ötən ili 2,784 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 67,5% və yaxud 3,1 dəfə azdır.
Xatırladaq ki, “AzVirt” 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir.
Bugün, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
Bugün, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
Bugün, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
Bugün, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
Bugün, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
Bugün, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
Bugün, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Bugün, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Bugün, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Bugün, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
Bugün, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
Bugün, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Bugün, 11:42
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Bugün, 10:53
İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Bugün, 10:29
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var
Bugün, 09:44
Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Bugün, 09:05
Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb
29-08-2026, 17:21
Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB
29-08-2026, 15:28
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib
29-08-2026, 14:47
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
29-08-2026, 13:35
Sabah Bakıya və rayonlara yağış yağacaq
29-08-2026, 12:58
İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
29-08-2026, 12:36
Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var
29-08-2026, 12:00
SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır
29-08-2026, 11:17
AAYDA vətəndaşlara müraciət edib
29-08-2026, 10:08
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
29-08-2026, 09:43
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir