Bakı polisi ayağa qalxdı – VİDEO

Binəqədi Rayon Polis İdarəsi kompleks əməliyyat-profilaktik maarifləndirmə tədbiri həyata keçirib.
xeber.info "Yeni Müsavat”a istinadən xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlara ətraf mühitin mühafizəsi, həyat və sağlamlıq məsələləri ilə bağlı izahlar verilib, inzibati xətaya yol verməni vərdişə çevirənlərə cərimələr tətbiq edilib.
Binəqədi rayon Polis İdarəsinin rəhbər heyyətinin iştirakı ilə başlanan tədbir çərçivəsində rayonun əsas küçələrində ümumi görünüşə xələl gətirən, binaların fasadlarında asılan qurutma zivələri ilə bağlı tədbirlər görülüb.
Polis əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfəri saxlayıblar.
Həmin şəxslərlə proflaktik söhbətlər aparılıb, yaşayış yerləri müəyyən olunub, qeydiyyat ünvanları yoxlanılaraq həmin rayonlara qaytarılmaları təmin edilib.
Belə aydın olur ki, avaraçılıq və dilənçiliyi peşəyə çevirən bu şəxslər Binəqədi ərazisində mənzil kirayələyirlər. Heç bir şəraiti olmayan belə mənzillərdə 10-12 avara və dilənçi gecələyir.
Əsasən şərəhərin mərkəzi küçələrinə "yürüş” edib dilənirlər. İşləmək, əziyyətə qatlaşıb pul qazanmaq haqda heç düşünmək belə istəmirlər.
Küçələrə düşüb dilənməkdir peşələrinin adı. Polislərin proflaktik söhbətləri də belə görünür ki, bu adamlara xoş deyil. Naəlac dayanıb söhbətə qulaq asır, tezliklə gəldikləri rayona qaytarılacaqları saatı gözləyirlər. Yenidən Bakıya qayıtmayacaqlarını da kimsə söyləyə bilməz.
Küçələrdə ticarətlə məşğul olanlar da tədbir çərçivəsində maarifləndirici söhbətlərə cəlb olundular.
İzah edildi ki, ticarətlə xüsusi ayrılmış bazarlarda, Kənd Təssərrüfatı Nazirliyinin təşkil etdikləri yarmarkalarda rahat şəkildə məşğul ola bilərlər. 57 belə fakt müəyyən edildi.
Binəqədi rayonunda antisanitariya ilə bağlı 15 fakt üzə çıxarıldı.
Tədbirdə iştirak edən hüquq mühafizə orqanı əməkdaşlarının sözlərindən belə atdın oldu ki, bəzi sakinlər küçələrin təmiz saxlanılması kimi tələbləri qulaqardı etməyi vərdişə çeviriblər.
Küçələrin zibillənməsi, ərazidə təmizlik normalarının pozulması, epidomoloji fonun çirklənməsi də reydlərdən kənar qalmayıb.
Kompleks əməliyyat-profilaktik tədbirlər çərçivəsində antisanitariya faktları da müəyyən olundu.15 inzibati xəta haqda protokol tərtib olunub.
İlk dəfə belə xətaya yol vermiş vətəndaşlara xəbərdarlıq elan olundu. Bəzi vətəndaşlara isə yol verdikləri antisanitariya əməlləri dəfələrlə təkrar etdiklərinə görə cərimə olundular.
40 manat cərimə küçələri natəmiz saxlamaq vərdişinin yadırğama üçün keçərli üsul hesab olunur.
Belə cərimə ödəyən vətəndaşlar növbəti dəfə zibili küçəyə atmazdan əvvəl ciblərində artıq 40 manat olub-olmamasını aydınlaşdırmaq zorunda qacaqlar.
Müxtəlif cinayətlər törətdiklərinə görə 16 nəfər axtarışda olan saxlanılıb.
Yol hərəkəti qaydaları əleyhinə olan xətalar ümumi rayon ərazisindəki xətaların cəmindən artıqdır.
Tədbirlər çərçivəsində keçirilən reydlər zamanı sürücülərin yol hərəkəti qaydalarını pozmaları ilə bağlı 94 fakt, sükan arxasına sərxoş halda keçən 3, 1 avtoxuliqan, piyadaların yolun müəyyən edilməyən hissədən keçmələri ilə bağlı 54 fakt müəyyən olunaraq qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq tədbir görüldü.
Piyadaların yolun nəzərdə tutulmayan hissəsindən keçmələri, xüsusilə öz həyatlarını riskə ataraq yola çıxmaları dəfələrlə qəza şəraitinin yaranması ilə müşayət olundu.
Hüquq mühafizə orqanı əməkdaşlarının maarifləndirici söhbətlərinə, piyadaların yolun nəzərdə tutulan hissəsindən – zebradan keçməli olmaları iradlarına "tələsirəm” deməklə haqq qazandıran piyadalar az deyildi.
Həyatlarını riskə atmalarına, sürücülərin həyatını alt-üst edəcək addımlarına haqq qazandırmaq üçün tələsdiklərini dönə-dönə deyir, tələskənliyin həyatları bahasına başa gələcəyinin fərqinə də varmırdılar.
Yolda tələskənliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı proflaktik söhbətlər vətəndaşların taleləri haqda düşünməyə bir vasitə idi.
Ümumilikdə gün ərzində 100-lə Binəqədi sakini ilə həyat və sağlam üçün maarifləndirici söhbətlər aparıldı, inzibati xəta hərəkətlərinə yol verməmələri izah olundu.
Bugün, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Bugün, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Bugün, 17:20
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bugün, 17:02
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Bugün, 16:40
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Bugün, 16:08
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bugün, 15:53
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Bugün, 15:16
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
Bugün, 14:48
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Bugün, 14:06
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Bugün, 12:44
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Bugün, 12:12
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Bugün, 11:10
Azərbaycan XİN Uruqvayı təbrik edib
Bugün, 10:22
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
Bugün, 09:43
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Dün, 18:53
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
Dün, 18:11
Ukrayna Hikmət Hacıyevi təltif etdi
Dün, 17:38
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
Dün, 16:14
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
Dün, 15:23
"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
Dün, 14:47
UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
Dün, 13:43
Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
Dün, 12:47
Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
Dün, 12:02
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
Dün, 11:28
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
Dün, 10:55
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
Dün, 09:55
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub