Ölmüş heyvanlardan 2 manatlıq sosiska hazırlayırlar? – VİDEO

Hazırda mal-qoyun ətinin kiloqramı 10-12 manat, toyuğun kiloqramı 4-5 manatdır. Bazarlarda və bəzi marketlərdə isə 2-3 manata sosiska satılır. Bu səbəbdən də ucuz qiymətə satılan sosiskaların nədən hazırlanması sual yaradır.
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb. Sakin: “İçi nədir bilinmir. Allah bilir mənşəyi nədir o ətin. 2 manata sosiska olar? Yaxşısı budur normal qiymət olsun, amma keyfiyyəti də olsun”.
Sakin: “Görünür, xərc az çəkirlər və az qiymət qoyurlar. Xərc az çəkilirsə, deməli, keyfiyyətli ət deyil”. Əksəriyyət hesab edir ki, rayonlardan ölmüş, xəstə heyvanlar paytaxta gətirilərək kolbasa və sosiska istehsal edən müəssisələrə verilir. Nəticədə bu gün bəzi marketlərdə ucuz qiymətə kolbasa və sosiskalar satılır.
Yusif Abbasov – Texnoloq: “3-2 manata hazırlanan kolbasa və sosiskanın mənbəyi məlum deyil. Yəni, hansı ətdən vurulub, necə vurulub, ət haradan alınıb, harada kəsilib və s. Tərkibindəki ətin qiyməti daha aşağı olmalıdır ki, bu 3 manata satsın”.
Bəzi kolbasa və sosiskalara maya dəyərinin ucuz olması üçün müxtəlif kimyəvi maddələrin vurulması barədə iddialar da var. Həmin kimyəvi maddələr məhsulların ömrünü artırır.
İsa Əliyev – Qida mühəndisi: “Demək olar ki, içində çox az bir miqdar ətdən istifadə edirlər. Hətta o ətin özünün keyfiyyəti belə şübhə altındadır, sual altındadır və çox ucuz qiymətə məhsul ortaya çıxır”.
Əkbər Əliyev – AQTA-nin Bakı Regional bölməsinin rəisi: “Elə olur ki, üzərinə yazırlar ki, qoyun quyruğu, amma faktiki məhsulun içində qoyun quyruğu yoxdur. Ümumiyətlə, qoyun əti yoxdur, mal əti yoxdur. Yalnız toyuq ətindən istifadə olunur”.
Müəsssisənin texnoloqu Samir İsayev deyir ki, ölkə bazarında təklif olunan sosiskaların əksəriyyəti toyuq ətindən hazırlanır. Ucuzluğun əsas faktoru da budur.
Samir İsayev – Texnoloq: “Toyuq ətinin hazırda bazardan sümükdən ayrılmış vəziyyətdə 3 manat civarında tapmaq olur. Hətta çəkilmiş hissələrini 1.80-2 manat civarında marketlərdə də görə bilərsiniz farş halında çəkiliş satılır”.
İstehsalçı şirkət sosiskaların marketlərdə ucuz olmasını həm də endirimlə əlaqələndirir. Əvvəldən müəyyən edilmiş plana uyğun olaraq, məhsulun qiyməti maya dəyərindən də aşağı salınır. Bu da müəssisələrin reklam siyasəti ilə bağldır.
Samir İsayev – Texnoloq: “Marketlərlə işbirliyimiz nəticəsində belə qərara gəlinir ki, ucuz qiymətə satılsın. Müştəriləri toplamaq üçün, müştəriləri cəlb etmək üçün marketlərin də bizdən istəkləri olur və onlar da, öz növbəsində, onu çox baha satmayacaqlarına söz verirlər”.
İstənilən halda, mütəxəssislər istehlakçıları müxtəlif qida məhsulları alarkən, diqqətli olmağa, ucuz qiymətə aldanmamağa çağırır. Əkbər Əliyev – AQTA-nin Bakı Regional bölməsinin rəisi: “Xüsusilə məhsulların markalanmasına diqqət yetirməlidilər. Əgər həmin məhsulların üzərində onun istehsalçısı, tərkibi haqqında dəqiq məlumat yoxdursa, şübhələnirlərsə bu cür məhsullar alınmamalıdılar”.
Əgər vətəndaşların məhsulların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat vermələri tövsiyə olunur.(Milli.az)
Bugün, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
Bugün, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
Bugün, 16:51
Kanaldan meyit tapıldı
Bugün, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Bugün, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Bugün, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Bugün, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Bugün, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
Bugün, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Bugün, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Bugün, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
Bugün, 11:57
Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
Bugün, 11:22
Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
Bugün, 10:30
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək