Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"
Gündəm / Sosial
Oxunub: 735
8 Ekm 2019 | 11:45
Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"

“Evimiz iki dəfə qrunt suları altında qalıb. Hər dəfəsində suyu çəkib, otaqları qurudub, yenə içərisinə yığışmışıq. Divarlar rütubətdən ot bağlayıb, nəfəs almaq mümkün deyil. Şəraitsiz evdə azyaşlı və xəstə uşaqlar yaşayır. 4 ildir müharibə əlili kimi ev növbəsindəyəm, hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar”.

DİA.AZ bildirir ki, bunu Zərdabın Əlvənd kənd sakini Gündüz Xasməmmədov deyir. O, sağlamlığını torpaq uğrunda itirib, ikinci qrup əlildir. Qəzalı mənzildə yeddi nəfərdən ibarət ailə yaşayır. Böyük övladı hərbi xidmətdədir, digər övladları isə azyaşlıdır, onlardan biri ruhi xəstədir, üçü isə məktəblidir. Gündüz Xasməmmədov qəzalı evdə yaşayışın çətinliyindən danışır:

“Bu ev 1960-cı ildə tikilib. Dediyim kimi, iki dəfə qrunt suları altında qalıb. Bir neçə dəfə güclü dolu yağması nəticəsində dam örtüyü sıradan çıxıb. Şiferləri özüm bacardığım kimi yamaqlamışam. Xəstə övladımla mənim pensiyam iynə-dərmana gedir, yarıac, yarıtox, birtəhər yaşayırıq, maddi imkanım yoxdur ki, evin üstünü düzəltdirəm, heç olmasa yağış yağanda otaqlar su ilə dolmasın. Ev zorla ayaqda dayanır. Taxtanı divarın bu tərəfindən itələyirsən, o tərəfindən çıxır. Nə edək, necə edək, bilmirik”.

Gündüz Xasməmmədov yaxın günlərdə çadır qurub ailəsini içərisinə yığmaq fikrindədir: “Bir çadır quracağam, içərisinə də bir odun sobası quraşdıracam. Xəstə uşaqları da toplayacam çadıra. Başqa əlacım yoxdur. Körpə uşaqları yağış sularının içərisində necə saxlayım axı? Qarşıdan qış, şaxta gəlir, aidiyyəti qurumlar bizi görsünlər, ruhi xəstə olan uşağımızı görsünlər, səsimizi eşitsinlər, istədiyimiz bir evdir, kömək eləsinlər, tikək, yığışaq içərisinə... Uşaqlarım illərdir ki, əziyyət çəkir. Böyük oğlum hərbi xidmətdədir, evdə daha üç oğlum böyüyür, 18 yaşına çatanda qapını döyüb, bir-bir onları da hərbi xidmətə çağıracaqlar. Mən torpaq üçün vuruşub sağlamlığımı itirmişəm, bu uşaqlarsa şəraitsizlikdən günbəgün sağlamlıqlarını itirirlər”.(DİA.AZ)

Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"
Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"
Bugün, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
Bugün, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
Bugün, 16:51
Kanaldan meyit tapıldı
Bugün, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Bugün, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Bugün, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Bugün, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Bugün, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
Bugün, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Bugün, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Bugün, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
Bugün, 11:57
Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
Bugün, 11:22
Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
Bugün, 10:30
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək