Təhməzlinin rəhbərliyi altında işləmək istəmirlər... - İDDİA

Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən kollektivin daxilində ciddi narazılıqlar var.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, Mehriban Bağırova quruma rəhbər təyin ediləndən sonra bütün baytar həkimləri psixoloji basqı altında saxlayır: “Biz əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərirdik. Orda olanda normal iş rejimində çalışırdıq. Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bizi keçirdilər bu qurumun tərkibinə. Təsəvvür edin ki, baytar həkimlər saatlarla Mehriban Bağırovanın qəbuluna düşə bilmir. Bu yaxınlarda onun qəbuluna gedən həkimlərdən biri gözləməkdən bezib, mühafizənin başı qarışan kimi gizlin keçib onun otağına . Baxıb görüb ki, Mehriban Bağırova tort qabağında çay içir. Həkim bu qədər gözlədiyinə açıq etiraz edib, o isə bildirib ki, güya yanında qız olub, təzəcə çıxıb. Kimlə münasibəti yaxşıdırsa onu yaxşı yerə təyin edir. Uzun müddət bir yerdə iş prinsipini mənimsəmiş peşəkar işçiləri, təcrübəsi az olan öz kadrları ilə əvəz edir. Bu yaxınlarda heç bir əsas olmadan 8 km bazarının həkimini yerini dəyişib, Binəyə göndərdi. İnternet saytlarında onun milli matəm günlərindən birində bazarda həkimləri necə gizlin şəkildə güddüyü barədə məlumatlar getmişdi. Az keçmədi ki, həmin məlumatların hamısı saytlardan yığışdırıldı. Biz əminik ki, Mehriban Bağırovanın yalnız özünə sərf edən iş metodundan Qoşqar Təhməzlinin məlumatı yoxdur. Ona görə də, maksimum çalışır ki, barəsində heç bir neqativ məlumat getməsin”.
Müsahibimiz bildirir ki, baytarlardan bəziləri bu xanımın neqativ fəaliyyətindən yuxarı instansiyalara rəsmi şikayətlər ediblər: “Deyir ki, arxası möhkəmdi, kim hara istəyir şikayət etsin. Mehriban Bağırovanın Bakıda iş təcrübəsi yoxdu. O, uzun müddət Gəncədə çalışıb. Kadr təyinatları və yerdəyişmələrində Gəncədən gələnlərə daha çox üstünlük verməklə, yerlibazlıq edir. Bizim əmək haqqımız 271 manatdı. Az əmək haqqı olduğu üçün, əvvəl tez-tez maaşdan əlavə mükafatlar alırdıq. Mehriban Bağırova onu da bizə çox görüb. Yalnız özünə yaxın olanlara mükafat almağa şərait yaradır. İnanın ki, bütün baytar həkimlər onun iş fəaliyyətindən narazıdı, qurumda dözülməz atmosfer hökm sürür. Xahiş edirik bu vəziyyəti yuxarı instansiyaların nəzərinə çatdırmaqda bizə kömək edəsiniz”.
Səslənən iddialarla bağlı Mehriban Bağırova ilə əlaqə saxlayıb, məsələyə onun da mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onun da fikirlərinə yer verməyə hazırıq… //Azinforum.az//
Bugün, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
Bugün, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
Bugün, 16:51
Kanaldan meyit tapıldı
Bugün, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Bugün, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Bugün, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Bugün, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Bugün, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
Bugün, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Bugün, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Bugün, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
Bugün, 11:57
Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
Bugün, 11:22
Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
Bugün, 10:30
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək