Nazir Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür - İnanılmaz FƏRQ
Ötən həftə Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, bu ilin oktyabr ayının 1-nə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5% artıb.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlra istinadən bildirir ki, ötən ilin oktyabr ayının 1-də ölkədə muzdla işləyənlərin (əmək müqaviləsilə) sayı 1 milyon 552,7 min nəfər olub. Onlardan 883,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,5 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda işləyib.
Məlumat üçün qeyd edək ki, Statistika Komitəsinin muzdla işləyənlərin sayı ilə bağlı sonuncu məlumatı bu ilin sentyabrın 1-i tarixi üçün açıqlayıb. Həmin məlumatda qeyd olunur ki, sentyabrın 1-i tarixində qeyri-dövlət sektorda muzdla işləyənlərin sayı 711,4 min nəfər olub.
Bu həm də o deməkdir ki, otən ilin oktyabr ayının 1-dən ötən 11 ay ərzində ölkədə muzdla işləyənlərin sayı 41,9 min nəfər və ya 6,2% artıb.
Rəqəmlərdən də göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son 12 ay üçün açıqladığı rəqəmlə (90,96 min), Statistika Komitəsinin 11 ay üçün açıqladığı rəqəm arasında (41,9 min) 2 dəfədən çox fərq var.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin və Statistika Komitəsinin açıqladığı rəqəmlərin üst-üstə düşməsi üçün bu ilin oktyabr ayında əvvəlki 11 ay ərzində bağlanılan əmək müqaviləsindən çox müqavilənin bağlanması lazımdır.
Əvvəlki aylar üzrə orta statistik göstəricilərə baxdığımız zaman belə bir kəskin artımın olması praktiki olaraq mümkün deyil.
Məlumat üçün onu da bildirək ki, bənzər açıqlamanı bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Süleymanov da verib. Şöbə müdiri bildirib ki, bu ilin ilk 3 ayı ərzində əmək müqaviləsi ilə işləyənlərin sayı 65 min 821 nəfər artıb.
Halbuki Dövlət Statistika Komitəsinin eyni dövr - bu ilin ilk 3 ayı üçün açıqladığı məlumatda göstərilir ki, qeyri-dövlət sektorunda muzdla çalışan işçilərin sayı 19,6 min nəfər artıb.
Yuxarıda qeyd olunan rəqəmlərdən açıq şəkildə görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin, həmçinin şöbə müdiri Elnur Süleymanovun açıqladığı rəqəmlə Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər arasında uyğunsuzluq var.
Bugün, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
Bugün, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
Bugün, 16:51
Kanaldan meyit tapıldı
Bugün, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
Bugün, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Bugün, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
Bugün, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
Bugün, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
Bugün, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
Bugün, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
Bugün, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
Bugün, 11:57
Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
Bugün, 11:22
Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
Bugün, 10:30
Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək