Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA

Yarıtmaz idarəetmə sisteminin başında mövcud hakimiyyət dayanır.
Hakimiyyətin yalnız tamah və dövlət büdcəsindən oğurlamaq üçün vəzifələrə gətirdiyi talançı məmur sürüsünün xalqa etdikləri zülm əndazəyə sığmır və onlardan hər hansı bir hesabat sorulmur. Məhz bunun nəticəsidir ki, ölkədə məmur özbaşınalıqları tüğyan edir. Hüquqları tapdanan, imdad səsləri bölgələrdən uzağa getməyən sadə, zəhmətkeş insanların ömürləri ağır qayğılar və ehtiyaclar içində yaşanır. Xüsusilə, icra hakimiyyətləri başçıları və onların himayəsində olan məmurlar, bələdiyyə sədrləri ağılasığmaz əməl və hərəkətlərə qurşanıblar. Hüquq mühafizə orqanları isə vətəndaşların ərizə və şikayətlərinə düzgün baxmamaqla yanaşı, onlara hüquqi qiymət vermir. Rüşvət və korrupsiya maraqları səviyyəsində idarə olunan dövlət orqanları, idarə, müsəssisə və təşkilatlar əhaliyə qarşı sanki elan olunmamış müharibə aparırlar. Qeyd edək ki, yarıtmaz idarəetmə sisteminin başında mövcud hakimiyyət dayanır. Belə olmasaydı Prezident Administrasiyasına və digər dövlət orqanlarına vətəndaşlar tərəfindən göndərilən minlərlə ərizə və şikayətlərə saymazyana münasibət göstərilməzdi. Masallı rayonu da əhalinin hüquq və azadlıqlarının pozulmasına görə ön sıralarda dayanır.
2012-ci ildə Masallı rayon icra Hakimiyyəti Başçısı vəzifəsinə təyin olunan Rafil Hüseynovun fəaliyyəti əhalinin sosial və iqtisadi problemlərinin ağırlaşmasında, həmçinin insanların hüquq və azadlıqlarının kobudcasına pozulmasında xüsusi rol oynamışdır. 7GUN.az Rafil Hüseynovun idarəçiliyinin törətdiyi ağır fəsadlar barədə dəfələrlə məlumatlar vermişdir. Təssüflər olsun ki, Prezident Adminstrasiyası 200.000 (iki yüz) mindən çox əhalisi olan bir rayonun taleyini Rafil Hüseynova tapşırmış və o da cəzasızlıq mühitində zərərli fəaliyyətini davam etdirir. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə Rafil Hüseynovun himayəsi altında olan ərazi icra nümayəndələri və 2015-ci ildə onun göstərişi ilə təyin olunmuş bələdiyyə sədrləri mümkün olan və olmayan cinayət xarakterli əməl və hərəkətlərlə məşğuldurlar. Onların cinayət xarakterli əməl və hərəkətləri barədə müvafiq dövlət orqanlarına edilən müraciətlər Rafil Hüseynovun göstərdiyi “qayğı” sayəsində ört-basdır edilir. Eyni zamanda bildirilir ki, Rafil Hüseynovu da Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev himayə edir.
Rayonun, xüsusilə, Ərkivan qəsəbəsində və Qəriblər kəndində ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin saxtalaşdırılmış sənədlər əsasında torpaq alqı-satqısı etmələri, Viləş Su Anbarının və Viləş çayının qorunma zolağının torpağını, qum-çınqılını baha qiymətlərlə satmaları barədə həmin ərazidə yaşayan insanların təxminən 3 ilə yaxındır ki, müraciət etmədikləri ünvan qalmayıb. Hətta, Ərkivan qəsəbəsində ərazi nümayəndəsi İsrail Tağıyevin və bələdiyyə sədri Anar Rəcəbovun iştirakları ilə həyata keçirilmiş rüşvət və korrupsiya qalmaqalına dair Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır. 7GUN.az olaraq həmin araşdırmanın detalları barədə daha ətraflı məlumat verməyə çalışacağıq.
Xüsusilə, Qəriblər kənd bələdiyyəsinin sədri Müşfiq Ağayevin kənd stadionunu məhz saxta sənədlərlə ayrı-ayrı şəxslərə həyətyani torpaq sahəsi kimi satması, Viləş Su Anbarının qorunma zolağını dağıtdırıb minlərlə insanın həyatı üçün ekoloji təhlükə yaratması, həmin ərazinin torpağını, qum və çınqılını Ramazan Zeynalova (Hacı Mazan) məxsus karxanaya və digər iş adamlarına satması, həmçinin heç bir qayda-qanuna, etik-əxlaqi normalara riayət etməməsi barədə dövlət orqanlarına sakinlərin etdikləri şikayətlərin qarşısını məhz Rafil Hüseynov alır. Prezident Adminstrasiyası və hüquq-mühafizə orqanları Rafil Hüseynova görə minlərlə rayon sakininin hüquq və azadlıqlarını pozur. Bir rayonun iki kənd ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin törətdikləri cinayət xarakterli əməl və hərəkətlərinə hüquqi qiymət vermək istəməyən hakimiyyət əslində icra başçısı Rafil Hüseynovun timsalında öz mahiyyətini ortaya qoyur. Hesab edirik ki, hakimiyyət Masallı rayonunda Rafil Hüseynovun və himayə etdiyi vəzifəli şəxslərin törətdikləri qanunsuz əməl və hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır. Hakimiyyətin Qanunlara riayət etməməsi nəticəsində ölkənin hər yerində olduğu kimi Masallı rayonunda da dərəbəylik hökum sürür.
Qeyd edək ki, məqalə ictimaiyyətdən əldə edilən məlumatlar əsasında yazılıb.
Arşdırmalarımızı davam etdirəcəyik.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı