Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...

Sumqayıt şəhərində yaşayan Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısı Sabir Ağagülov sosial rifahının aşağı olmasından şikayətçidir. KONKRET.az xəbər verir ki, o, müharibə iştirakçısı olmasına baxmayaraq, çox az təqaüd aldığını deyir. Müsahibim bildirir ki, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi iştirakçısı kimi təqaüd almaq istəsə də, ona bunun mümkün olmadığını deyiblər.
Şəhərin Corat qəsəbəsi, ev 62 K ünvanında yaşayan müsahibim 1987-1989-cu illərdə Əfqanıstan müharibəsində iştirak edib və kontuziya alıb.
Sabir Ağagülov deyir ki, Əfqanıstandan qayıtdıqdan bir neçə il sonra Qarabağ müharibəsi başlayıb. Doğma torpaqlarımızın işğalına dözə bilməyən müsahibim 1991-ci ildə könüllü olaraq döyüş bölgəsinə yollanıb. Ağdam, Füzuli, Cəbrayıl və digər bölgələrdə ağır döyüş yolu keçib və 1995-ci ilə – yəni sülh müqaviləsi imzalanana qədər ön xətdə olub. Sabir deyir ki, övladı da 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Əməkdaşımızla söhbət zamanı Sabir Ağagülov qeyd edib ki, onu təxminən 2 ay öncə müharibə iştirakçısı kimi qeydiyyata alıblar. Bundan sonra o, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinə müraciət edərək, sosial rifahının aşağı olduğunu, 5 nəfər ailə üzvü ilə şəraitsiz mənzildə yaşadığını bildirib.
Müsahibim deyir ki, müharibə iştirakçıları dövlət tərəfindən mənzil, avtomobil və digər tələbat vasitələri ilə təmin olunduğundan, o da bu cür diqqətdən kənarda qalmaq istəməyib. Ev, yaxud torpaq sahəsi, eləcə də avtomobillə təminatında yardım göstərilməsini xahiş etdikdə, ona verilən cavab belə olub: “Hökumət əsasən müharibədə əlil olan şəxslərin avtomobil təminatını həyata keçirir”. Bu cavabdan sonra 50 yaşlı Ağagülov Sabir Ağagül oğlu son ümidini ölkə prezidenti İlham Əliyevə müraciət etməkdə görür. Prezidentin hər zaman müharibə veteranlarına, Qarabağ əlillərinə, şəhid ailələrinə xüsusi qayğı ilə yanaşdığını deyən Sabir Ağagülov bu diqqətdən kənarda qalmayacağına ümid etdiyini bildirir.
Mövcud problemlə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsinin sədri Teymuraz Mənsurovla telefon əlaqəsi saxladıq. KONKRET.az-a açıqlama verən Teymuraz Mansurov bildirdi ki, Sabir Ağagülov onun rəhbərlik etdiyi qurumun üzvüdür: “Müharibə iştirakçılarının avtomobillə təminatı, Azərbaycan Respublikası prezidentinin 20 iyun 1995-ci il tarixli 841 , 26 avqust 1994-cü il tarixli 842 nömrəli fərmanlarına əsasən tənzimlənir. Bu qərarlarda göstərilir ki, nəqliyyat vasitəsi yalnız müharibə əlillərinə verilə bilər. Lakin bu da bütün əlillərə deyil, xüsusi həkim ekspertizasının verdiyi rəyə əsasən, ayağı ambutasiya olunanlara şamil edilir. Ev növbəsi ilə bağlı deyə bilərəm ki, lazımı dövlət orqanlarından müəyyən sənədlər ( özünün və həyat yoldaşının adına ev olmaması haqda Dövlət Reyster Xidmətindən arayış, özünün və həyat yoldaşının adına fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmaması haqda Bələdiyyədən arayış, nigah kağızının təsdiqlənən surəti, uşaqların və özlərinin şəxsiyyət vəsiqələrinin surəti, veteran olduğunu təsdiq edən sənədin təsdiqlənən surəti və şəhər rəhbərliyinin adına ərizə) toplayıb müvafiq icra hakimiyyətinə təqdim edən müharibə iştirakçıları növbəyə dayana bilərlər”.
Teymuraz Mansurov qeyd edib ki, Sabir Ağagülov ona şifahi şəkildə müraciət edib: “Mən də onu izah etdim ki, avtomobillə müharibə iştirakçıları yox, əlilləri təmin olunurlar. Bu dövlətin qəbul etdiyi bir qərardır”.
Sonda Teymuraz Mansurov bildirib ki, hər bir müharibə iştirakçısına, əlilinə və şəhid ailəsinə əlindən gələn köməyi etməyə hazırdır.
Biz də ümid edək ki, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı olan Sabir Ağagülovun sosial təminatının yaxşılaşdırılması istiqamətində aidiyyatı dövlət strukturları müvafiq addımlar atacaqlar.(KONKRET.az)
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı