Səhiyyə naziri bu yeyintidən xəbərdar deyilmi? - İTTİHAM
Gündəm / Səhiyyə
Oxunub: 860
29 Ekm 2019 | 16:44
Səhiyyə naziri bu yeyintidən xəbərdar deyilmi? - İTTİHAM

“Azərbaycanda satınalmalarla bağlı yeyinti yüksək səviyyədədir və qanunda nəzərdə tutulan hallar həyata keçirilmir”.

Bunu bir müddət əvvəl mediaya açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, qanunda nəzərdə tutulan hallar həyata keçirilərsə, tenderlər şəffaf olarsa, bu sahədə olan yeyintinin səviyyəsini xeyli aşağı salmaq mümkündür. Hüquqşünas deyir ki, ilk olaraq elektron satınlalma sistemini həyata keçirmək lazımdır.

“Elektron satınalma odur ki, bütün satınalmalar e-tender.gov.az saytında yerləşdirilir. İndi qısa məlumat verilir ki, tenderi kim keçirir və nə haqqındadır. Amma təfsilatlı heç bir məlumat mövcud deyil”.

Tenderlərlə bağlı ictimai rəyin də yumşaq desək birmənalı olmaması hər kəsə bəllidir… Mütəxəssislərin, müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir.

Bir müddət əvvəl Milli Məclisin üzvü Vahid Əhmədov da dövlət satınalmaları ilə bağlı narahatlığını bildirdi: “Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur”.

Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.

“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.

Dövlət başçısı 9 ayın yekunlarına həsr olunan iqtisadi müşavirədə də dövlət vəsaitlərinin xərclənməsi istiqamətində problemlər olduğunu, xərclərin şişirdildiyini vurğuladı. Bu və bu kimi narahatlıqlar, həyəcan dolu yanaşmalar başadüşüləndir. Söhbət büdcə vəsaitindən, dövlətin pulunun necə xərclənməsindən gedir.

Dövlətin 30338 manatı nizamnamə kapitalı 30 manat olan şirkətə etibar olunub

Yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Məlumatlarda Salyan Rayon Mərkəzi Xəstəxanası ilə “SİZ HFM” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında ötən il imzalanmış müqavilədən bəhs olunur. Daha doğrusu bir sıra suallara yol açan detallar sadalanır. Salyan rayonundan yenixeber.org-a daxil olan məlumata görə “SİZ HFM” MMC-nin nəinki lazımı baza və maddi-texniki imkanları yoxdur, ümumiyyətlə bu şirkəti rayonda barmaqla sayılacaq qədər tanıyanlar ya olar, ya olmaz. Xatırladım ki, sözügedən müqavilədə Salyan Rayon Mərkəzi Xəstəxanasına Tibbi Avadanlıqların alınması məqsədi ilə xəstəxana tərəfindən “SİZ HFM” MMC-nə 30338 manat dövlət vəsaitinin köçürülməsi əks olunub.

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.

Biz də müəyyən suallara cavab almaq səbəbindən “SİZ HFM” MMC ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olan şirkət haqqında internet üzərində axtarış cəhdlərimiz nəticəsiz oldu. Nə bir əlaqə vasitəsinə, nə bir “izinə-tozuna” rast ola bilmədik.

Bildiyimiz bircə bu oldu ki, ““SİZ HFM” MMC 7 Aprel 2016-cı il tarixdə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Salyan rayonu Qarabağlı kəndi, Nizamnamə kapitalı 30 m., Qanuni təmsilçi isə Məhərrəmov Ülvi İlham oğludur.

Nizamnamə kapitalı 30 manat olan və internet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirməsi istəyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş sorğuya da cavab verilməyib.
GUNDEMXEBER.AZ
Bugün, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Bugün, 15:43
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
Bugün, 14:52
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
Bugün, 14:18
Moldovanın hava sahəsində 5 dron müşahidə olunub
Bugün, 12:24
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib
Bugün, 11:47
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Bugün, 11:14
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
Bugün, 10:39
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Bugün, 09:35
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
Bugün, 08:57
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Dün, 18:05
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
Dün, 17:42
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Dün, 17:14
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Dün, 16:49
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Dün, 16:12
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Dün, 15:42
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Dün, 15:23
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Dün, 14:50
Gəncədə bəzi mağazalarda kart ödənişindən imtina: Vətəndaşlar niyə nağda yönləndirilir?
Dün, 14:24
Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
Dün, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Dün, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Dün, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Dün, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Dün, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
Dün, 09:28
Bu gün Mehriban Əliyevanın doğum günüdür
25-08-2026, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
25-08-2026, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib