Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
Artıq bir müddətdir Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkədə təhlükəli şprislərin tüğyan etdiyi barədə açıqlamalar verir. Rəsmi qurum Səhiyyə Nazirliyi isə Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şiprislərlə bağlı şikayət daxil olmadığını bildirib.
Qeyd edək ki, Azərbaycanda şprisə olan illik tələbat 140 milyon ədəddir. Bu il mayın 16-da Prezident İlham Əliyevin iştirakı ilə Pirallahı Sənaye Parkında açılışı edilən “Diamed Co” şpris istehsalı zavodunun illik istehsal gücü 140 milyon ədəd şprisdir. Bəs zavod tam gücü ilə fəaliyyət göstərə bilirmi?
Bununla bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ölkədə iqtisadi sahədə xeyli irəliləyişlər var, yeni zavodlar tikilir, amma bəziləri səmərəli fəaliyyət göstərmir:
“Cənab Prezidentin qarşıya qoyduğu iqtisadi hədəflərindən biri ölkədə qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Son vaxtlar müəyyən işlər görülüb, artımlar var, amma cənab Prezidentin də bildirdiyi kimi bunlar yetərli deyil. Çünki yeni açılan müəssiələrin effektivliyində problemlər var, o cümlədən də “Diamed Co” şpris zavodu ilə əlaqədar. Prezdent mayda zavodun açlışını etdi və zavod istehsala başladı.
Mətbuatda ölkəyə gətirilən şprislərlə əlaqədar yazılar gedəndən sonra sahibkarı dəvət edib, vəziyyətlə maraqlandım. Zavodun istehsal gücü ildə 150 milyon şprisdir. Amma bu vaxtdək cəmi 5 milyon şpris istehsal ediblər ki, onu da hələ satışa çıxara bilmirlər. Çünki şprislərin satışa çıxması üçün müəyyən laborator müayinələr aparılmalıdır, sertifikat verilməlidir. Hazırlıqlar vaxtında aparılmadığından belə problem yaranıb”.
V.Əhmədov qeyd edib ki, Azərbaycanın bazarında xaricdən, xüsusilə Çindən gətirilən şprislər üstünlük təşkil edir:
“Bu şprisləri gətirlənlər yerli şprislərin bazara çıxmasının və zavodun istehsal gücünün tam həyata keçirilməsinin qarşısını alırlar. Yerli istehsalda olan şprislərin əsas hissəsi olan iynə İsveçrədən gətirilir. Həmin iynələr daha keyfiyyətlidir. Çindən gətirilən şprislərin ədədi 3 qəpiyədir, yerli istehsalda olan şprislər isə 6 qəpiyə başa gəlir. Keyfiyyəti nəzarətdə olmayan şprisləri bazara buraxıblar. Daha keyfiyyətli şpris istehsal edən zavod isə tam gücü ilə işləyə bilmir. Zavod bütün gücü ilə işləyə bilsə, illik 140 milyon şprisə olan tələbat tam ödənilər və xaricdən şpris almağa ehtiyac qalmaz”.
O qeyd edib ki, dünənki büdcə müzakirələrində problemi nazirin də diqqətinə çatdırıb:
“Büdcə müzakirələrində İqtisadiyyat naziri Mikayıl Cabbarovdan bu məsələnin diqqətdə saxlanılmasını xahiş etdim. İnanıram ki, cənab nazir problemin tez bir zamanda həll olunması üçün tapşırıqlarını verəcək”.
Parlamentarinin sözlərinə görə, keyfiyyətsiz şprislərin Azərbaycan bazarına daxil olmasında, Səhiyyə Nazirliyilə yanaşı digər qurumların da məsuliyyəti var:
“Burada hamı məsuliyyət daşıyır. Zavod cənab Prezidentin qarşıya qoyduğu qeyri-neft sektorunun inkişafına mühüm töhfə ola bilər. Çalışmaq lazımdır ki, zavod tam gücü ilə işləsinlər. Buna mane olanları araşdırıb tapmaq lazımdır”.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı