Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib.Bu barədə Əvəz Zeynallı özü məlumat verib. Baş redaktor bildirib ki, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyərkən, bu qadağadan xəbər tutub. Jurnalis hadisəni belə təsvir edib:
“Tələbələrin yanına gedirdik Məlahət xanımla. Son keçid xidmətindən buraxmadılar məni. Vergilər Nazirliyi məhdudiyyət qoyubmuş. Niyə? Borcum varmış. 2011-ci ildə məni şərləyib həbs etdirəndən sonra mənə qarşı saxta cərimələr də elan etdilər. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma Vergilər Nazirliyi məndən əl çəkmədi. Məhkəmə hakimləri ilə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Prezidentin əfv etdiyi adamdan Vergilər Nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?! Budur, nəhayət, Mikayıl Cabbarov tələb etdi”.
İstanbuldan ay yarım öncə qayıdan Ə.Zeynallı iddia edir ki, ona qarşı məhdudiyyət nazir Mikayıl Cabbarovu tənqid etməsindən qaynaqlanır.
Ə.Zeynallının vəkili Elçin Sadıqov da jurnalistə 5 ildən sonra tətbiq edilən mədudiyyəti qeyri-qanuni sayır. E.Sadıqov bildirib ki, məhkəmə qərarı olmadan Vergilər Nazirliyinin bu tip qərarlar verməsi qanuna ziddir. “Əvəz Zeynallının ölkədən çıxışına İqtisadiyyat Nazirliyi qadağa qoyub. Səbəb 2011-ci ildəki saxta ittiham üzrə hesablanmış uydurma məbləğin ödənilməməsidir. Vergi Məcəlləsinə görə vergi orqanlarının hesablanmış vergini 5 il ərzində tələb etmək hüququ var. Bu müddətin keçməsinə görə və DSX-nin bizə bildirməsinə görə məhkəmə qərarı olmadan borclunun ölkədən çıxışına qadağa qoyulması tamamilə qanunsuzdur”.
Bugün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı