Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...
Bir də parlamentdə qaranlıq dosyeli xeyli deputat var. Ağdaş rayon seçki dairəsindən YAP-ın namizədi olaraq mandat alan Cavid Osmanov kimi. Keçən parlament seçkilərində onun adı hakim partiyanın əsas namizədi kimi gündəmə gələndə, YAP-çıların özləri belə şoka düşüb. Hətta qocaman YAP-çılar Osmanovun namizədliyini dəstəkləməkdən imtina ediblər. Onun qutudan qalib çıxması isə rayonda çoxlarını heyrətə salıb.
Osmanov 1991-1995- ci illərdə hərbi mükəlləfiyyətli olsa da, imtina edib xaricə qaçıb. Azərbaycana qayıtdıqdan sonra isə şübhəli yollarla hərbi bilet alıb məsələni qapadıb. O, YAP-ın Ağdaş təşkilatına sədr seçildiyi vaxt da veteranlar bu "seçimə” qarşı olublar və onlar "seçimi” bilinməyən fiqurun sifarişi kimi qarşılayıblar. Çoxları indi də onu Fətulla Gülənin gizli müridlərindən biri hesab edir.
Sosial şəbəkələrdə ağır problemlərdən qan ağlayan Ağdaş sakinlərinin çoxlu sayda video-müraciətləri var. Onlardan birində evi qəzalı vəziyyətdə olan Hicran Musayeva adlı şikayətçi əlaqədar qurumlara belə səslənir: "Rayon rəhbərliyi mənə deyir get, kimə istəyirsən şikayət elə. Hər yerə də müraciət etmişəm. Ağdaş icra hakimiyyətinə şikayətə gedəndə məni təhqir edirlər. Tofiq İbrahimov deyir ki, baxa bilmirsən ver uşaqlarını uşaq evinə. Cavid Osmanov kimisi deputat seçilsə mən intihar edəcəm. Deyir qorxmuram, get hara şikayət edirsən, elə.” Ortada önəmli bir səbəb yoxdursa, sadə insanlar bu adamın əlindən niyə belə qəzəbli olsun ki?
Saytların birində də Cavid Osmanovla bağlı belə bir yazı da gedib: "Cavid Osmanov öz əxlaqi və mənəvi dəyərləri ilə YAP-ı və Ağdaş sakinlərini Milli Məclisdə təmsil edə bilməz. Bildirilir ki, hətta sakinlərlə, həmçinin YAP üzvləri ilə eyni fikri rayon rəhbərliyi də paylaşır. Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov da Cavid Osmanovun onun birinci müavini olmasına və YAP-a rəhbərlik etməsinə ilk gündən qarşı çıxıb. Amma hansısa görünməz güc daim Cavid Osmanovu müdafiə edir və onu irəli çəkir.”
Doğrudan, Cavid Osmanovun arxasında dayanan gizli əl kimdir görəsən? Adamın lap gənc yaşlarından başlayaraq, 10 il icra başçısının birinci müavini vəzifəsində çalışması və sonra YAP xətti ilə iri addımlarla yüksəlməsi, həqiqətən, təsadüfə bənzəmir. Hazırda 44 yaşında olan deputatın işi göz qabağında. Rayonda onun fəaliyyətindən razılıq edən bir nəfər belə tapa bilməzsiniz. //7news.az//
Bugün, 09:54
Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
Bugün, 09:30
Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı