"Təzyiq və təhqirlər başlanıb" – Baş katibdən Rövnəq Abdullayevə şikayət

AFFA Həmkarlar İttifaqının rəhbəri Nazim Süleymanov bir qrup futbol veteranı adından AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
"Yeni Sabah” xəbər verir ki, məktubda federasiya rəhbərinə baş katib Elxan Məmmədovun veteranları üz-üzə qoyduğu bildirilib. R.Abdullayevdən AFFA Həmkarlar İttifaqının fəaliyyəti üçün lazım olan şəraiti yaratması xahiş olunub:
"Hörmətli Rövnəq müəllim!
Öncə təşkilatımız, onun üzvləri və məramı haqqında sizə qısa məlumat vermək istəyirik. Bu ilin yayında bir qrup futbol ictimayyətinin nümayəndəsi təşəbbüs qrupu yaradaraq Azərbaycan futbol ictimaiyyətində çalışan və çalışmış şəxsləri bir amal ətrafında birləşdirməyi qərara aldı. Məqsədimiz Azərbaycanda futbolda xidmətləri olmuş, bu sahəyə ömürlərini vermiş və futbolu sevən insanları bir araya gətirərək onların dərdlərini dinləmək, problemləri ilə maraqlanmaq və bunu ilk ağızdan AFFA rəhbərliyinə çatdıraraq onların operativ həllinə nail olmaqdır. Bu məqsədlə səfər etdiyimiz hər bölgədə çoxsaylı futbol veteranları və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlərdən sonra gördük ki, bu insanların problemləri həddindən artıq çoxdur. İşsizlik, məişət, tibbi, diqqətdən kənar qalmaq və bir çox başqa problemlər mövcuddur. Bunların da bir çox obyektiv və subyektiv səbəbləri var. Ona görə də, bütün bu insanları bir təşkilat altında birləşdirməyə qərar verdik.
AFFA Həmkarlar Təşkilatı. Niyə bu adı seçdik? Bildirmək istəyirik ki, bu insanlar futbolumuzla bilavasitə əlaqəli olduqları üçün və Ulu Öndər Heydər Əliyevin 1994 cü ildə imzaladığı "Həmkarlar İttifaqı” haqqında Azərbaycan Respublikası Qanununa əsasən məhz bu ad altında fəaliyyət göstərmək qərarına gəldik. Və məlumat üçün deyək ki, 1994-cü ildə yaranmış federasiyamızda heç bir zaman Həmkarlar təşkilatı olmamış və bunun yaranması üçün heç bir əməli fəaliyyət həyata keçirilməmişdir. Bildiyiniz kimi, Həmkarlar təşkilatı hər bir işlək qurumun tərkibində olur və olmalıdır. Bu, həmin qurumun normal iş prinsipləri ilə işləməsini təmin edir və orada çalışan hər bir işçinin haqq və hüquqlarını qoruyur. Bu təşkilat adi işçilərlə rəhbərlik arasında körpü rolunu oynayaraq, onların bütün problemlərini operativ olaraq rəhbərliyə çatdırır və ilkin mərhələdə həllinə nail olur”.
Müraciətdə qeyd olunub ki, bu ilin sentyabr ayının 11-də Azərbaycanın bir qrup futbol ictimayyətinin nümayəndələri rəsmi olaraq konfrans keçirərək AFFA Həmkarlar Təşkilatını yaradıblar: "Təşkilata sədr olaraq isə tanınmış futbol veteranı Nazim Süleymanovu seçdilər. Məhz bundan sonra təşkilatımıza qarşı düşünülmüş şəkildə təzyiqlər, qaralama kampaniyaları və təhqirlər başlandı. Və acınacaqlısı da odur ki, bunları həyata keçirən də bəzi futbol veteranları, daha doğrusunu desək, Azərbaycan Futbol Veteranları birliyinin sədri Oqtay Abdullayevin başçılığı ilə bir qrup şəxsdir. Oqtay Abdullayev rəhbəri olduğu qurumu doğru idarə etməkdənsə, veteranlarımızın qədrinə qalmaqdansa və illərdir federasiyanın büdcəsindən ayrılan yüz minlərlə vəsaiti onların problemlərinə yönəltməkdənsə, digər veteran futbolçuları bizim üzərimizə qaldırmaqla məşğuldur. Dəhşətlisi də odur ki, bu şəxs və şəxslər hər yerdə AFFA-nın baş katibi Elxan Məmmədova arxalandıqlarını və onun təlimatlarını icra etdiklərini bildirirlər.
Baş katibdən söz düşmüşkən, nəzərinizə çatdırmaq istəyirik ki, o, bizim 12 nəfərlik təşəbbüs qrupunu AFFA-nın inzibati binasında qəbul edəndə bizimlə çox səmimi danışaraq, fikir və ideyamızı bəyəndiyini və bu yöndə bizə hər bir yardımı göstərməyə hazır olduğunu rəsmi bəyan etmişdi. Biz buna sevinsək də, sevincimiz uzun sürmədi və konfransdan sonra AFFA bəyanat yayaraq bizim qurumu tanımadığını bildirdi. Ən acınacaqlı isə o oldu ki, səbəb olaraq təşkilata üzv olanların federasiya və ümumiyyətlə, futbola heç bir aidiyyatı olmadığını bildirdilər. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Asəf Namazov, Novruz Əzimov, Əfqan Talıbov, Babək Alxasov, Boris Xetaqurov, Naib Abdulla, Əfqan Həmzəyev, Orucəli Durmuşov və futbola həyatlarını vermiş bir çox başqalarının belə bir münasibətə layiq olmadıqlarını və onların məhz Azərbaycan futbolunda böyük xidmətləri olduğunu deməliyik. Bizim fikrimiz, amalımız tutduğumuz yol budur: Azərbaycan futboluna xidmət etmək, AFFA-ya bu yöndə dəstək olmaq, problemləri birlikdə həll etmək, bu sahədə çalışan hər bir şəxsin haqq və hüquqlarını qorumaq.
Və bu amalla bizə qoşulan çoxsaylı üzvlərimizlə yola çıxdıq. Sıralarımız durmadan artır. Artıq bölgələrdə nümayəndəliklərimiz də formalaşır. Hər kəs bu təşkilata bir ümid və bir arzu ilə gəlir: Azərbaycan futbolu naminə birləşib öz dəstəklərini vermək. Və sizi də əmin etmək istəyirik ki, bu yolla da sona qədər addımlayacağıq.
Hörmətli Rövnəq müəllim! Biz ümidvarıq ki, tutduğumuz bu yolda siz bizə dəstək olacaqsınız. Bizi AFFA-nın həqiqi bir üzvü kimi tanıyacaqsınız və bizdən öz dəstəyinizi əsirgəməyəcəksiniz. Xahişimiz odur ki, federasiyanın rəsmi inzibati binasında bizə yer ayrılsın. Bizim tam gücümüzlə işləməyimizə şərait yaradılsın. Bu, ancaq ümumi işin xeyrinə və bütün futbol ictimayyətinin tam ürəyindən olar. Biz sizə inanır və güvənirik. İnanırıq ki, siz bizi dəstəkləyəcək və futbol ictimayyətinin bilik və təcrübəsindən futbolumuzun inkişafı naminə yararlanacaqsınız. Həmkarlar Təşkilatı olaraq bu yöndə sizə hər cür dəstək göstərməyə hazırıq. Bizim məqsədimiz başqaları kimi intriqa aparmaq, şəxsi maraqları güdmək yox, Azərbaycanda futbolun inkişafı naminə çalışmaq, bilik və təcrübəmizi sərf etməkdir. İnanırıq ki, Azərbaycanın adlı-sanlı futbol ictimayyətinin müraciətinə biganə qalmayacaq, futbolumuzun çətin durumunda onların dəstəyindən yararlanacaqsınız. Yararlanacaqsınız ki, futbolumuz inkişaf etsin! Bunu həm siz, həm də biz istəyirik!”
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı