Səfər Mehdiyevin çıxışı etirazlara rəvac verdi - Baş redaktor "od püsgürdü"..
Teref.az yazır ki, avtomabil sferasında ixtisaslaşmış baş redaktor Elməddin Muradlı Dövlət Gömrük Komitəsinə "od püsgürdü". DGK-nın sədrinin məlum çıxışını ilişdirən ünlü baş redaktor öz statusunda yazır:
-Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyir ki, rüsumların artırılması, depozit məsələsi, ölkəyə gətirilən avtomobillərin ilinin 7 ildən az olmaması barədə məsələlər bizlik deyil, hökumat nə qərar versə, biz də onu icra edirik. Sonra da deyir ki, biz həmin məsələlərlə bağlı hökumətə təklif veririk, onlar nə qərar qəbul etsə, biz də onu icra edirik. Səfər müəllim, daha denən ki, hökuməti aldadıb camaatı incidən qərarlar qəbul edib sonra da başlayırıq icra etməyə də. Daha niyə sağ qulağı sol əllə qaşıyırsız ki? Həm deyirsiz, bizlik deyil, həm də deyirsiz, təkliflər veririk))
And olsun müqəddəs Papanın avtomobilinin zirehli şüşələrinə ki, siz bu addımları əhalinin ekoloji cəhətdən qorunması və sağlamlığı baxımdan atmırsız. Siz sadəcə, baxıb görürsünüz ki, camaat Gürcüstan nömrəli, Rusiya nömrəli maşınlar sürür, rüsum baha olduğu üçün qeydiyyata aldırmırlar, o üzdən də gömrüyə pul zəif gəlir, ona görə belə edirsiniz. Siz əhalini düşünən olsaydınız niyə gömrüyə işi düşən hamə sizdən narazı qalır?
DGK-nın sədri Səfər Mehdiyevin çıxışına münasibət bildirən Elməddin bəy daha sonra DGK-ya sual ünvanlayır:
Biz təkıif edirik ki, gömrük, ƏDV və aksiz vergilərini avtomobillər üçün 2017-ci ildəki qiymətə salın, hibrid avtomobillərə güzəşt edin, ondan sonra ili təzə maşınlardan danışarıq. Dövlət çalışır ki, köhnə maşınları istismardan yığışdırsın, bunun üçün insanların yeni avtomobil almasına imkan yaratmaq lazımdır. Məsələn, 90-cı ilin avtomobilini satıb, çıxdaş edib 2000-ci illərin maşınını almaq mümkün olsun. Amma adam gedib Gürcüstanda 3 min manata maşın alır, siz də ona 6 min rüsum tələb edirsiniz. Adam gedib Amerikadan 5 minə maşın alır, siz dirəşirsiniz ki, bu maşın Azərbaycanda 15 mindir və rüsumu da 5 minə yox, 15 minə uyğun hesablayıb alırsız. Gömrük boğaza kimi bataqlığın içindədir, camaatı incitməklə məşğuldur. Atdığı bütün addımlar insanların ziyanına olur və ciddi etirazlar yaradır. Bu həssas dövrdə sizin məqsədiniz nədir hörmətli Gömrük Komitəsi?
Bu gün həqiqətən gömrüklə vətəndaşlar arasında böyük narazıqlıqlar olduğunu teref.az olaaq bizdə dəfələrlə səhifələrimizdə dilə gətirmişdik
Teref.az olaraq Aftosfer.az saytının baş redaktoru Elməddin Muradlının sosial şəbəkədə DGK-nə xitabən paylaşdığı statusunu təqdim edirik:
Elmeddin Muradli
38 мин. ·
Gömrük Komitəsinə suallar və lazımsız qərarlar
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyir ki, rüsumların artırılması, depozit məsələsi, ölkəyə gətirilən avtomobillərin ilinin 7 ildən az olmaması barədə məsələlər bizlik deyil, hökumat nə qərar versə, biz də onu icra edirik. Sonra da deyir ki, biz həmin məsələlərlə bağlı hökumətə təklif veririk, onlar nə qərar qəbul etsə, biz də onu icra edirik. Səfər müəllim, daha denən ki, hökuməti aldadıb camaatı incidən qərarlar qəbul edib sonra da başlayırıq icra etməyə də. Daha niyə sağ qulağı sol əllə qaşıyırsız ki? Həm deyirsiz, bizlik deyil, həm də deyirsiz, təkliflər veririk))
And olsun müqəddəs Papanın avtomobilinin zirehli şüşələrinə ki, siz bu addımları əhalinin ekoloji cəhətdən qorunması və sağlamlığı baxımdan atmırsız. Siz sadəcə, baxıb görürsünüz ki, camaat Gürcüstan nömrəli, Rusiya nömrəli maşınlar sürür, rüsum baha olduğu üçün qeydiyyata aldırmırlar, o üzdən də gömrüyə pul zəif gəlir, ona görə belə edirsiniz. Siz əhalini düşünən olsaydınız niyə gömrüyə işi düşən hamə sizdən narazı qalır?
Biz təkıif edirik ki, gömrük, ƏDV və aksiz vergilərini avtomobillər üçün 2017-ci ildəki qiymətə salın, hibrid avtomobillərə güzəşt edin, ondan sonra ili təzə maşınlardan danışarıq. Dövlət çalışır ki, köhnə maşınları istismardan yığışdırsın, bunun üçün insanların yeni avtomobil almasına imkan yaratmaq lazımdır. Məsələn, 90-cı ilin avtomobilini satıb, çıxdaş edib 2000-ci illərin maşınını almaq mümkün olsun. Amma adam gedib Gürcüstanda 3 min manata maşın alır, siz də ona 6 min rüsum tələb edirsiniz. Adam gedib Amerikadan 5 minə maşın alır, siz dirəşirsiniz ki, bu maşın Azərbaycanda 15 mindir və rüsumu da 5 minə yox, 15 minə uyğun hesablayıb alırsız. Gömrük boğaza kimi bataqlığın içindədir, camaatı incitməklə məşğuldur. Atdığı bütün addımlar insanların ziyanına olur və ciddi etirazlar yaradır. Bu həssas dövrdə sizin məqsədiniz nədir hörmətli Gömrük Komitəsi?
Gürcüstan hibrid avtomobillərə güzəşt edib - 60 faiz. İran edib, başqa dövlətlər isə çoxillik planlar işləyir, hətta, hibrid və elektromobil gətirənlərə dövlət özü dəstək olur, pul ayırır. Siz deyirsiz ki, hibrid üçün güzəşt məqəsədəuyğun deyil. Çünki o maşınlardan çox pul qazana bilmirsiz, eləmi?
Bu gün Azərbaycanın şimal rayonlarında Rusiya, qərb rayonlarında və Bakı da daxil olmaqla hər yerdə Gürcüstan nömrəli avtomobillər sürülür. Niyə? Çünki siz rüsumları artırıb avtomobilin real qiymətindən 2-10 dəfə çox tələb edirsiniz. Sizin sayənizdə avtomobil bazarı çöküb. Adam küçəyə çıxanda gürcü nömrələrini görüb özünü Gürcüstanda hiss edir. Bütün bunlar sizin "xidmətinizin" nəticəsidir. Gürcüstana Almaniyadan, Yaponiyadan, Amerikadan gömrük rüsumları daxil 5 minə gətiriən avtomobil nə üçün Azərbaycanda keçəndə 15 min olur? Olmaya siz o maşına qızıl disklər, brilyant şüşələr qoyursuz? Nə üçün imkan vermirsiz ki, Azərbaycan avtomobil bazarı sahəsində Gürcüstanın asılılığından xilas olsun?
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!
Teref.az
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı