Ermənistanın internet təminatı Azərbaycanın nəzarətinə keçə bilər

Ermənistanın internetlə təminatı Azərbaycanın nəzarətinə keçə bilər. "AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında bu məsələ ciddi şəkildə müzakirə edilməyə başlayıb.
Ermənilərin təşvişə düşməsinə səbəb Gürcüstanın ən iri internet-rabitə magistral kanalının sahibi olan "Caucasus Online” şirkətinin səhmlərinin satışa çıxarılacağına dair yayılan məlumatlardır.
Ermənistan qorxur ki, sözügedən şirkətin səhmlərini Azərbaycanı təmsil edən hansısa müəssisə, şirkət ala bilər. Və bu zaman Ermənistanın internetlə təminatı, ümumilikdə bu sahəyə nəzarət Azərbaycanın əlinə keçər.
Qeyd edək ki, Ermənistanın internet trafikinin 80 faizi Gürcüstan vasitəsilə həyata keçirilir. Qara Dənizin dibi ilə çəkilən optik kabelin sahibi olan "Caucasus Online” şirkətinin əsas səhmdarları isə Avropada qeydiyyatda olan gürcü əsilli iş adamlarıdır. Ermənistan tərəfi bu şəxslərin asanlıqla Azərbaycan tərəfi ilə razılaşacağından ehtiyat edir.
Ermənistanın internet trafikinin 20 faizi isə İranla əlaqədardır. Lakin İran istiqamətində Ermənistan sadəcə tranzit ölkə rolunu oynayır. Bu baxımdan Gürcüstandan keçən və Ermənistanı internetlə təmin edən əsas optik kabel strateji əhəmiyyət kəsb edir.
Ermənistan tərəfinin narahatlığına Gürcüstanın İqtisadiyyat nazirinin müavini Nikoloz Alavidze cavab verib. Nazir müavini regionun həssaslığı nəzərə alınaraq, sözügedən şirkətin səhmlərinin satışının hökumət tərəfindən nəzarətdə saxlanılacağını, bu prosesin şəffaflığının təmin ediləcəyini bildirib.
O, qeyd edib ki, "Caucasus Online” hökumətin razılığı olmadan səhmlərinin 5 faizindən artığını ikinci tərəfə sata bilməz. Yəni alıcı seçimi zamanı hökumətin mövqeyi mütləq nəzərə alınmalıdır. Hökumət isə regiondakı bütün prosesləri, həssaslığı nəzərə alaraq, yalnız geniş ictimai müzakirələrdən sonra qərar qəbul edəcək.
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi