“Azəristiliktəchizat”DAN BÖYÜK TƏXRİBAT - İTTİHAM

İlin əvvəlindən prezident İlham Əliyevin təşəbbüsü ilə start götürən islahatlar prosesinin əslində yekun hədəfi insanların həyat şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsidir. Bu mənada, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətin mərkəzi xəttini təşkil edir və məhz bu məqsədlə mütəmadi olaraq Dövlət Proqramları qəbul olunaraq icra edilir. Prezident demək olar bütün görüşlərdə, qəbullarda vətəndaşların sosial rifahının yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirləri görmələrini tələb və tövsiyyə edib. Ölkə rəhbəri bu presesdə ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayıb və bir sıra xoşagəlməz halların aradan qaldırılmasında medianın rolundan bəhs edib.
Regionlarda vəziyyət necədir, bölgələrdə insanların həyat şəraitinin yaxşılaşdırılması üçün təyin olunan məmurlar lazımi tədbirləri görürlərmi? 7NEWS.az redaksiyası olaraq bu məsələlərin araşdırılması üçün regionlara yollandıq və ilkin olaraq ölkənin 4-cü sənaye şəhəri olan Mingəçevirdən başlamaq qərarına gəldik.
Mingəçevir şəhərində apardığımız araşdırmalar, keçirdiyimiz sorğular və ayrı-ayrı sakinlərin müraciətindən belə qənaətə gəldik ki, şəhərdə əhalini narahat edən əsas problem yaşayış binalarının istiliklə təchiz olunmamasıdır. Havaların soyuması bu problemin xüsusilə qabarıq özünü biruzə verməsi sakinlərin haqlı narazılığına səbəb olmuşdur.
İcra Hakimiyyətinin başçısı əhaliylə keçirdiyi görüşlərdə sakinlərin hər dəfə istilik təchizatının təmin olunması ilə bağlı şikayətlərinə cavab olaraq bildirir ki, "Azəristiliktəchizat”ASC ilə danışıqlar aparılır və yaxın vaxtlarda bu istiqamətdə tədbirlət görüləcək. Lakin icra başçısının vədlərinə baxmayaraq problem həllini tapmır ki, tapmır.
Amma və lakin...
Şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, Mingəçevir şəhərində 453 yaşayış binası mövcuddur və bu binalardan cəmi 22-i istiliklə təmin olunub. Təxminən 60 min əhalinin yaşadığı 431 yaşayış binasına isə ümumiyyətlə istilik verilmir. Bu sadəcə nonsensdir, biabırçılıqdır, ölkə rəhbərinə qarşı təxribat və əhaliyə qarşı, yumşaq desək "soyqırımdır”.
Cəmi 105 min əhalisi olan şəhərin 60 faiz əhalisi istilik üzünə həsrətdir. Maraqlıdır ki, Mingəçevir şəhərində məcburi kökçünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş 4517 nəfərin yaşadığı 21 çoxmərtəbəli yaşayış binaları tam olaraq istiliklə təchiz olunub. Elə bu səbəbdən, Mingəçevirin yerli sakinlərinin köçkün soydaşlarımızın həyat şəraitinə həsəd aparmalarına haqq qazandırmaya bilmirsən.
Bu inanılmaz faktlar qarşısında istər-istəməz belə bir fikir ortaya çıxır: Görəsən, hər 5 ildən bir qəbul olunan Dövlət Proqramında bu məsələ niyə öz əksini tapmayıb?
Sualımıza cavab tapmaq ümidiylə keçmiş beşilliklərin Dövlət Proqramlarını vərəqləyirik və məlum olur ki, 2009-2013-cü illər Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının 4.3.2.19-cu bəndində Mingəçevir şəhərinin istilik təchizatının təmin olunması bəndi yer alıb və işlərin icrası "Azəristiliktəchizat”ASC-yə həvalə olunub. 2013-2018-ci illərə aid olan anoloji proqramın 4.2.2.12-ci bəndində də Mingəçevirdə istilik təchizatı sahəsində müvafiq işlərin davam etdirilməsi yenə də "Azəristiliktəchizat”ASC qarşısında vəzifə kimi qoyulub. Hətta İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış hər iki dövlət Proqramının yekunlarına həsr olunmuş hesabatlarda digər rayon və şəhərlərlə yanaşı Mingəçevir şəhərində də "istilik təchizatının təmin olunması ilə bağlı xətlərin çəkilişi və bərpası, yeni qazanxanaların tikilməsi və modernləşdirilməsi, yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sistemlərinin əsaslı təmiri istiqamətində bir sıra işlər həyata keçirilmişdir” – deyə məlumat yer almaqdadır. Bundan belə bir nəticəyə gəlirik ki, "bir sıra işlər” dedikdə Mingəçevir şəhərində 5 il ərzində bir qazanxananın tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Yəni keçən on il ərzində "Azəristiliktəchizat”ASC tərəfindən Mingəçevirdə cəmi 2 qazanxana tikilib ki, bu da ümumilikdə 22 binanın 5200 nəfər əhalisini istiliklə təmin edir.
Belə çıxır ki, "Azəristiliktəchizat”ASC Dövlət Proqramın icrasına özünəməxsus şəkildə yanaşaraq hər Proqramın icrası dövründə bir qazanxana istifadəyə verib. Mingəçevirdə isidilməyən 431 binanın tam olaraq istiliklə təchizatı üçün 17 qazanxananın tikintisinin tələb olunduğunu nəzərə alsaq, "Azəristiliktəchizat” rəhbərliyinin bu minvalla 85 ilə Mingəçevirin istilik təchizatı problemini həll etməyi planlaşdırırdığını güman etmək olar. Yəqin, "Azəristiliktəchizat” rəhbərliyi ümid edirmiş ki, hər proqramda müvafiq bənd yer alacaq və onlar problemi bu beşillikdən o biri beşilliyə daşıya-daşıya güzəranlarına davam edəcəklər. ASC rəhbərliyinə bir xəbərimiz var: növbəti Dövlət Proqramında Mingəçevirdə istilik təhizatının təmin olunması nəzərdə tutulmayıb. Yəni, hesabla işlər çoxdan yekunlaşmalı, və dövlət vəsaitləri artıq yeni layihələrə sərf olunmalıdır. Hətta bir dəfə Baş nazirin birinci müavini Yaqub Eyyubov Mingəçevir ictimaiyyəti ilə görüşdə maraqlı hadisə yaşanmışdı. Belə ki, Y.Eyyubov ""Zal çox soyuqdur. Mən içəri girəndə çox üşüdüm. Siz qəhrəmansınız ki. bu gün belə bir soyuq yerdə soyuqdan qorxmayaraq mənimlə görüşə gəlmisiniz. Söz verirəm ki, zalın istilik sistemiylə bağlı tədbirlər görüləcək” deyə 3 il qabaq bildirmişdi.
Görünən odur ki, Mingəçevir şəhərinə yeni təyin olunan icra başçısı bu problem, suallar qarşısında, sadəcə olaraq aciz qalıb. İnsanların tələbi haqlıdır. Ölkənin az qala bütün tərəflərini enerji ilə təmin edən Mingəçevirdə insanlar illərdir qışı əzab-əziyyətlə başa vururlar, az qala bina evlərini odunla isidirlər. Məsələ ilə bağlı 7NEWS.az redaksiyası olaraq Nazirlər Kabinetinə və aidiyyatı quruma artıq sorğu göndərmişik. Məsələyə həssas yanaşdığına görə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədliyə təşəkkür edir, veriləcək açıqlamanı tezlikdə oxucularımıza təqdim edəcəyik.
7NEWS.az
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı