"Nazir qəbuluna qədər getmişik, faydası olmayıb, bizə yardım edin!" - Kəndlilər Prezidentə yazdı
Xaçmaz rayonunun Tikanoba kənd sakinləri ölkə başçısına müraciət edib. Müraciətdə deyilir:
“Cənab prezident, bizə yardım edin!
Nə yolumuz, nə suyumuz, nə də qazımız. İşıqlarımız da məhdudiyyətlə verilir. Torpağlarımız da əlimizdən alınıb başqa şəxslərə satılır. Əvvəllər tez-tez müraciət edirdik, nazir qəbullarına gedirdik, artıq yorulmuşuq. Çünki qapısını döydüyümüz hər məmur bizə boş vədlərdən başqa heç bir kömək etməyib. İndi ölkə başçısı İlham Əliyevdən kömək istəyirik”.
KONKRET.AZ bildirir ki, Xaçmaz rayonunun Tikanoba kənd sakinləri uzun illərdir yuxarıda sadalanan ağır sosial problemlərlə birlikdə yaşayırlar. Bu kənddə əsas məşğuliyyət əkinçilik və maldarlığ olmasına baxmayaraq nə əkin əkib becərmək üçün su var, nə də mal-qara saxlamağ üçün yer. Rayon mərkəzindən 12 km kənarda yerləşən Tikanoba kəndi ele uzun illərdir ki, diqqət və qayğıdan da kənar qalıb.
“Bizim kəndimiz ən fəal seçici aktivliyinə sahib olan bir kənddir. Bu kəndin sakinləri prezident seçkilərində təbliğatsız və təşviqatsız, könüllü olaraq gedib cənab prezidentə səs verir”.
Tikanoba kənd sakinlərini narahat edən ən başçıla problemlərdən biridə kəndin elektrik xətləri və dirəklərinin vəziyyətidir. Sovet vaxtından qalan xətlər və direklər artıq acınacaqlı durumdadır. Bu sahədə yaranan problemləri də sakinlər özləri kustar üsullarla həll edirlər.
“Külək olanda xətlər qırılır, dirəklər aşır. İşıq idarəsinə zəng etsək də heç kim bura gəlib təmir etmir. Bununla çoxdan barışmışıq.Onsuz da düzəltməyə gələn deyillər. Ona görədə özümüz bir təhər təmir edirik”.
Kəndin içməli su probleminin həlli üçün ölkə başçısı İlham Əliyevin 2016-cı ilg sərəncamına müvafiq olaraq 120 metr dərinliydə artezian quyusunun qazılmasına başlanılıb. Amma bu iş kortəbii formada natamam həyata keçirilib. Bir müddət sonra qazılan su quyusu və texniki vasitələr çökərək quyunun dibinə düşüb. O vaxtdan indiyədək vəziyyətə müdaxilə edən olmayıb.
“Toy-bayram idi o gün. Prezident sərəncam vermişdi. Hamımız sevinirdik ki, artıq içməki su problemimiz olmayacaq. Amma o su quyusunu qazan şəxslər ölkə başçısının sərəncamını icra etdiklərinin məsuliyyətini hiss etmədilər. O quyudan bir qurtdum su da içə bilmədik”.
Bu kənddin rayon mərkəzi ilə məsafəsi 12 km olduğuna görə təcili yardım və digər operativ nəqliyyat vasitələri kəndə 1 saata gəlib çata bilir. Vay o günə ki bədbəxt bir hadisə olsun və ya bir ev yansın, bir qadının doğuş sancıları başlasın…
“Yollar bərbad olduğuna görə sanki rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Buna görə də rayona ayda bir dəfə gedib gəlirik. Biz Xaçmazın bir kəndiyik, amma uşaqlarımız şəhərin mərkəzini yalnız xəstəxanının doğuş şöbəsində dünyaya göz açarkən görmüş olur”.
Sakinlər mövcud problemlər üçün aidiyyatı olan bütün strukturların qapısını döyüblər. Nazir qəbullarına qədər gedib dərdlərini deyiblər. Amma bir faydası olmayıb. İndi onların ən böyük ümüdü ölkə başçısı İlham Əliyevdir.
“Bu bir ümüddür. Bu bizim üçün bir arzudur. Ümüd edirik ki, səsimiz Prezidentimizə çatar. İstəyimiz tək budur. İlham Əliyev bizi eşitsə, əlbəttə ki, bütün bu problemlərimiz həllini tapacaq. Sizdən də xahişimiz odur ki, bu kənd haqqında çox yazasınız”.
xeber.info KONKRET.AZ-a istinadən sözügedən şikayətlə bağlı videoraportajı təqdim edir:
Bugün, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Bugün, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Bugün, 17:20
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bugün, 17:02
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Bugün, 16:40
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Bugün, 16:08
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bugün, 15:53
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Bugün, 15:16
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
Bugün, 14:48
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Bugün, 14:06
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Bugün, 12:44
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Bugün, 12:12
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Bugün, 11:10
Azərbaycan XİN Uruqvayı təbrik edib
Bugün, 10:22
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
Bugün, 09:43
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Dün, 18:53
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
Dün, 18:11
Ukrayna Hikmət Hacıyevi təltif etdi
Dün, 17:38
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
Dün, 16:14
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
Dün, 15:23
"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
Dün, 14:47
UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
Dün, 13:43
Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
Dün, 12:47
Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb
Dün, 12:02
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
Dün, 11:28
Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
Dün, 10:55
Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib
Dün, 09:55
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub