Dönərə sabun yağı qatırlar? – Dəhşətli fakt

Türkiyədə dönərxanalarla bağlı yeni fırıldaq ortaya çıxıb. Belə ki, ucuz baş gəlsin deyə dönərə quyruq yağı əvəzinə sabun istehsalında istifadə olunan yağ qoyulur. Bu isə əhali arasında böyük təlaşa səbəb olub. Hətta istehlakçılar dönərin keyfiyyətini və tərkibini əks etdirən sənəd tətbiq olunmasını tələb ediblər.
Bəs Azərbaycanda vəziyyət necədir? Fizdə də belə fırıldağa əl atanlıar varmı?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bildirib ki, Azərbaycanda nəinki beləsi, hətta bundan təhlükəli versiyalarda ola bilər:
“Konkret olaraq şikayət olmayıb. Lakin istisna olunmur ki, bu Azərbaycanda da ola bilər. Bir yerdə ki, nəzarət yoxdursa, dönərlər hardan, necə gəldiyi bilinməyən ətlərdən istifadə olunursa və Qida Təhlükəsizliyi Agentliyində fəaliyyət göstərən bu dönərxanaların 80 faizini qeydiyyatdan keçməyibsə, nəinki Türkiyədəki hadisə, hətta ondan betəri də baş verə bilər.
Ölkədə dönərləri qanuni hazırlayan iki müəssisə var. Bu şirkətlər əti mənfi 40 dərəcə dondururlar. Səbəb də bütün heyvan xəstəliklərinin ətlərin içərisində ölməsidir. Şişə taxılmış və dondurulmuş şəkildə dönərxanlara gətilir. Dönərxanların da heç bir faizi də ordan ət almır. Bu şirkətlərdə həm quş dönəri, həm də iribuynuzluların dönərini hazırlamağa icazə var. Dönərxanaların bu şirkətlərdən ət almamasının səbəbi də daha ucuz ət axtarışında olmalarıdır. Biz dönərxanalara getsək, orada sertifikat asıldığını görərik. Bu sertifikatın o dönərə aidiyyatı yoxdur. Hansısa firmadan bir az ət alıb, sertifikatı tələb edilər.
3 il öncə dövlət orqanları dönərxanların standartlarını hazırlayıb. Bu sənədlərdə də hərşey əks olunub. Ancaq bu tələblərin 90 faizinə əməl olunmur. Yəni nəzarət zəifdir, istehlakçı nəzarəti də zəifdir”.
O dönər yeyənlərə məsləhət də verib:
“İstehlakçılara tövsiyyə edərdim ki, dönərxanalara gedəndə təhlükəsiz dönər almaq istəyirlərsə, adını çəkdiyim şirkətlərin sertifikatlarını tələb etsinlər. O müəssisədən gələn dönərlər xüsusi yeşiklərə qablaşdırılır. Buraxılma tarixi və son yararlı olma müddəti göstərilir. Əgər hansısa problemlə üzləşsələr, 1003 telefon xətti ilə AQTA-ya müraciət edə bilərlər”.
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi