BDU-da nə baş verir? - Ekspert səbəbləri AÇIQLADI

“BDU ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılır”.
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı Dövlət Universiteti (BDU) ilə bağlı son günlər mediada yayılan informasiyalara aydınlıq gətirən zaman bildirib.
Onun sözlərinə görə, bunu BDU-nun son 6 ay ərzində əldə etdiyi uğurları, inkişafı gözü götürməyənlər edir:
“İlk növbədə qeyd edim ki, Bakı Dövlət Universitetində hazırda 24 mindən çox tələbə təhsil alır. Gün ərzində əyani təhsil alan 20 mindən çox tələbə, 4 minə yaxın əməkdaş BDU-da olur. Onların 16 mini hər gün BDU-nun yeməkxanasından istifadə edir. Onlar arasında 500 dən çox xarici ölkələrdən gəlmiş tələbələr var ki, BDU-nun yeməkxanalarından davamlı olaraq istifadə edirlər və razılıqlarını bildirirlər.
Təəssüflər olsun ki, son 1 ay ərzində Bakı Dövlət Universitetində dövlət başçısının siyasətinə uyğun olaraq həyata keçirilən islahatlardan narahat olan qüvvələr, BDU-nun son 6 ay ərzində əldə etdiyi uğurları, inkişafı gözü götürməyənlər, tədrisdə, idarəetmədə müasir tələblərə cavab verən strukturun formalaşdığını görənlər həqiqəti əks etdirməyən informasiyaları yayırlar.
BDU-da təhsil alan hər bir tələbə bizim üçün əzizdir, doğmadır. Onların təkcə bizim universitetdə təhsil almasında yox, eyni zamanda şəxsiyyət kimi formalaşmağında, sağlam həyat şəraitində yaşamalarında maraqlıyıq.
BDU-nun yeməkxanalarının hər biri 2019-2020-ci tədris ili başlayana qədər yenidən qurulub, tələbələrin zövqünü oxşayacaq şərait qurulub. Hər gün səhər saatlarında gigiyenik sanitar qaydalara uyğun yeni ərzaqlardan yeməkxana üçün yeməklər, şirniyatlar hazırlanır. BDU-nun bufetində satılan, yeməkxanalarında istifadə olunan bütün məhsulların uyğunluq, təmizlik sertifikartı vardır.
Əlbətdə ki, heç bir tələbənin fiziki, psixoloji naraharlığını arzu etməzdik. Amma baş verən hadisələrin BDU-nun yeməkxanası və ya BDU-da tələbələrin qidalanması ilə bağlılığı yoxdur.
Ölkəmizdə Prezident tərəfindən sosial tədbirlər həyata keçirilir. BDU rəhbərliyi də bu siyasəyə uyğun olaraq ehtiyacı olan, aztəminatlı tələbələrə dəstək məqsədi ilə onlara BDU-nun yeməkxanalarından istifadə etmələri üçün pulsuz kuponlar verir. Bəziləri məhz onların qidadan zəhərləndiyini deməsi qərəzli məlymatdır. Belə ki, hər həftə ərzində BDU-nun 4 minə yaxın tələbəsi pulsuz kupon əldə edir. Həqiqətən də qidalarla bağlı bir problem olsa idi, bu kütləvi şəkildə baş verərdi.
Bildiyiniz kimi mövsüm dəyişir. Payız həm də qida zəhərlənməsi mövsümüdür. BDU rəhbərliyi bununla bağlı davamlı olaraq tələbələrə tövsiyələrini verir. Bu mövsümdə tələbələr qida məhsulları alarkən ehtiyatlı olmalı və qidaların saxlanma qaydalarına riayət etməlidirlər.
Əbətdə ki, BDU-nun 24 mindən çox tələbəsinin fərdi qidalanmasına nəzarət etmək mümkün deyil. Çünki onlar bir yerdə yox, ayrı – ayrı yerlərdə yaşayırlar. BDU-nun tələbə yataqxanalarında isə yeməkxana yoxdur və yemək verilmir. Hər bir tələbə fərdi qaydada bu məsələni özü həll edir. Buna baxmayaraq, bütün BDU kollektivi, tələbələri universitet rəhbərlioyinin nəzarətindədir. Harda olmalarından asılı olmayaraq onların həyat və sağlamlığı bizim üçün önəmlidir”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmə olub.
Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib.
Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı noyabrın 27-də evə buraxılıb.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
5-09-2026, 16:26
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
5-09-2026, 15:45
Fransanın Ermənistandakı səfiri dəyişib
5-09-2026, 14:54
Rusiya Donetskdə bir kəndi ələ keçirib
5-09-2026, 13:54
"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
5-09-2026, 13:03
İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
5-09-2026, 12:10
Media: İranın Xark adasında partlayış olub
5-09-2026, 09:25
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
4-09-2026, 18:36
Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
4-09-2026, 18:17
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
4-09-2026, 17:06
M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
4-09-2026, 16:33
Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 15:47
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
4-09-2026, 15:15
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
4-09-2026, 14:44
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 14:15
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
4-09-2026, 13:09
Şənbə günü 35 dərəcə isti olacaq
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 11:14
Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb
4-09-2026, 10:29
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
3-09-2026, 18:08
ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı
3-09-2026, 17:45
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
3-09-2026, 17:14
AFFA 4 klubu cərimələdi