Jurnalistin Prezidentə növbəti müraciətində söhbət hansı "Bermud üçbucağı"ndan gedir?

Bu ilin yayında Masallı "İstisu" sanatoriyasında ailəsi ilə birgə dincələrkən avtomobili qarət olunmuş "Mediatv.az" informasiya portalının baş redaktoru Əfqan Bəhluloğlu özünün feyzbuk səhifəsində ölkə başçısına növbəti açıq müraciətini paylaşıb.Avtomobili qarət olunan jurnalist yeni təfərrüatlar söyləyib.Sayt rəhbəri bu dəfəki müraciətində oğurlanmış zinət əşyalarının tapılmamasında rayon polisinin maraqlı olmadığına şübhələrini əsaslandıran daha bir tutarlı arqument açıqlayıb:
Möhtərəm Prezident!
Siz noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən verdiyiniz önəmli mesajlardan birində vətəndaşlara bir çox hallarda neqativ hallarla üzləşdikdə müvafiq orqanlara məlumat verdiklərinə görə minnətdarlıq ifadə etdiniz. Həmçinin, qeyd etdiniz ki, bu, ictimai nəzarətin mövcudluğu deməkdir. Əgər vətəndaş xalqın və dövlətin mənafeyi naminə ictimai nəzarət prosesində iştirak etməlidirsə, jurnalist bunu etməyə ikiqat borcludur. Şəxsən mən özüm və baş redaktoru olduğum "Mediatv.az" informasiya portalının kollektivi daim Sizin çağırışınıza səs verərək, müşahidə etdiyimiz qanunsuzluqlara rəvac verən vəzifəli şəxsləri haqlı tənqid etmişik. Və çox təəssüflər olsun, iş elə gətirib ki, hazırda qanunla qorunmalı olan mənafeyim, hüquqlarım məhz tənqid etdiyim şəxslərdən asılı vəziyyətə düşüb. Odur ki, məni - daim Sizi, Sizin şəxsinizdə dövləti, dövlətçiliyi dəstəkləyən jurnalisti meydanda tək qoymayacağınız ümidilə təkrar müraciət edirəm.
Sizə ünvanladığım əvvəlki müraciətimdə bildirdiyim kimi, bu il iyul ayının 28-də ailəmlə birgə Masallıda - İstisu istirahət mərkəzində dincəldiyim vaxt orada avtomobilim günün günorta çağı, izdihamlı bir yerdə qarət olunmuş, şüşəsi qırılaraq salonundan oğurluq edilmiş, mənə və ailə üzvlərimə məxsus, hazırki qiymətlərlə 20000 (iyirmi min) manat dəyərindən yuxarı qızıl zinət əşyaları və sənədlər götürülmüşdür.Sürətlə "aparılaraq" təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut tapılmadan aparılmışdır. Xeyli uyğunsuzluqlar ortada olsa da, mənim və ailə üzvlərimin cinayət işinin materialları və maddi sübutlarla vaxtında tanış olmaq hüququmuzdan istifadə edə bilməməyimiz üçün, istintaqın gedişindəki qanun pozuntularını aşkar etməməyimiz və istintaqın sürətlə yekunlaşdırılmasına mane olmamağımız üçün Masallı polisi yayındırıcı bütün mümkün tədbirləri görüb. Polis cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmış, hansısa maraq naminə günahsız adamı təqsirkar çıxarmaqdan belə çəkinməmişdir.
Cinayət işinin obyektiv araşdırılmasından ötrü onun yenidən istintaqa qaytarılması üçün məhkəmə qarşısında vəsadət qaldırdım.Ortada kifayət qədər qanun pozuntusu olsada məhkəmə cinayət işini ibtidai istintaqa qaytarmadı.Bununla hakim reputasiyasına xələl gətirmək istəməyib.Əks halda polis rəisi,prokuror və müstəntiqlə üz-üzə gəlməli idi.
Xatırladım ki, hadisədən az müddət öncə Masallı rayonunda sahibkarın polis rəisi tərəfindən incidilməsi barədə faktlara söykənən tənqidi məqalələr yazmış, Mediatv.az saytında dərc etmişdim. Bunu özümə həm vətəndaş, həm də jurnalist kimi borc bilmişəm. Mənim əslində həmin ərəfələr tənqid etdiyim yerli polis tərəfindən izlənildiyini hiss etdiyim avtomobilimdən edilən oğurluğun tamamilə başqa şəxs tərəfindən törədilməsi ehtimalını qətiyyən nəzərə almayan Masallı polisinin ortada heç bir maddi sübut olmadan, ola bilsin başqa oğurluq üstündə yaxalanmış Nurlan Səmədovun boynuna qoyması şübhələnməyimə ciddi əsas verir ki, istintaqın mənə sərf edən nəticəni verməməsi məhz peşə fəaliyyətimlə bağlıdır və polis rəisinin tənqidə dözümsüzlüyünün, jurnalistdən qisas almasının təzahürüdür.Təbii, sual oluna bilər ki, Masallı Rayon Polis Şöbəsinin rəisinin barəsində tənqidi məqalə yazmağım onu qarət işini obyektiv araşdırmamaqda suçlamağıma yetərlidirmi? Məsələ burasındadır ki, qarət barədə "102" xidmətinə xəbər verdiyimdən dərhal sonra hadisə yerinə gələn 20-30 nəfər polis əməkdaşlarının arasındakı zabitlərin bir neçəsi məni və qohumlarımı tanıdıqları, hətta hansı nəsildən olduğumu bildikləri məlum oldu. Mənə belə yəqin hasil olur ki, çoxdan, yəni, rəisləri barədə tənqidi məqalə yazandan bəri polislərin nəzarətində olmuşam.Avtomobilimdən hansısa öyrədilmiş şəxs sənədlərimi götürməklə arasında toplamış ola biləcəyim faktları (məsələn, polisdən incik düşmüş digər sahibkarların şikayətlərini), materialları da aparacağına ümid edibmiş. Lakin, zinət əşyalarını görüncə, ya nəfsini cilovlaya bilməyib, ya da əməlinə qarət donu geyindirmək üçün fürsət tapıb.
Cənab Prezident, çağırışınıza hay verərək gördüyüm neqativ halları işıqlandırdığım üçün başıma gələn bu oyunlar barədə müraciət etmədiyim ünvan qalmayıb. İndiyədək yuxarı instansiyalara - Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ombudsmana 25-dən çox teleqram vurmuş, məktublar yazmışam, problemimi mətbuatda ictimailəşdirmişəm. Görünən odur ki, dövlət qanunlarına "reket" kimi meydan oxuyan Masallının polis rəisi məhkəməyə də təsir göstərmək, özünün istədiyi kimi qərar çıxarılmasına nail olmaq istəyir. Masallı polisindən, rayon prokurorluğundan, rayon məhkəməsindən ibarət "Bermud üçbucağı" bu gün sanki mərdi qova-qova namərd etməyə çalışır. Əminəm ki, müraciətnamələrim Sizə yetişməyib, yoxsa, problemimə biganə qalmaz, həllinə köməkliyinizi əsirgəməzsiniz.Şikayətlərimin Sizə çatması yolunda əngəllər qalmaqda davam edir.
Sizə güvənir, arxalanır və müraciətimin müsbət həlli üçün edəcəyiniz köməkliyə görə qabaqcadan minnətdarlığımı bildirirəm.
Əfqan Bəhluloğlu
Mediatv.az İnformasiya Portalının Baş redaktoru
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı