Yanvarın 1-dən qüvvəyə minən cərimələr - 600 AZN-dək -SİYAHI

Yanvarın 1-dən qüvvəyə minən cərimələr - 600 AZN-dək -SİYAHI
346-1.3. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə - on manat məbləğində cərimə edilir.
346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə -on manat məbləğində cərimə edilir.
346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə -
iyirmi manat məbləğində cərimə edilir.
- Torpaq Məcəlləsinin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:
Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
Qanun layihəsində deyilir ki, bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
- Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamında dəyişiklik edib.
Sərəncamla Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulublar.
Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
- Şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar cərimə edilməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
566-cı maddənin mövcud mətnində isə deyilirdi ki, şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat məbləğində cərimə edilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib və cərimə ləğv olunub. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
- Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə Azərbaycanda əkin sahələrinin yandırılmasına görə cəzaların müəyyənləşdirilməsinə dair qanun layihəsi təqdim olunub. İnzibati Xətalar Məcəlləsinə yeni maddə — 244-1 (Əkin yerlərinin yandırılması) əlavə edilib.
Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.BAKU.WS
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı