Sahibkarları əliboş qoyan sığorta bazarı: - ““EuroHome” da “Binə” Ticarət Mərkəzi kimi sığortalanmağa uyğun deyil”
Gündəm / Sosial
Oxunub: 627
12 Ara 2019 | 12:45
Sahibkarları əliboş qoyan sığorta bazarı: - ““EuroHome” da “Binə” Ticarət Mərkəzi kimi sığortalanmağa uyğun deyil”

Dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğında ənənəvi olaraq çoxsaylı sahibkarlar zərər gördü.

Hadisədən sonra sözügedən bazarın icraçı direktoru Kərimə xanım bildirib ki, bazarda olan obyektlərin hamısı sığortalanıb. Amma mağazaları yanan sahibkarların etiraz aksiyası keçirərək Bakı-Sumqayıt yolunu bağlamaq cəhdləri xanım icraçı direktorun açıqlamasının həqiqətə uyğun olmadığını ortaya çıxarır.

Sahibkarlar yanğın nəticəsində ağır maddi itkilər verdiklərindən və banka olan kredit borclarını ödəyə bilmədiklərindən şikayətlənib. Yanğın nəticəsində bazarın əsas hissəsi yararsız hala düşüb. Sahibkarların sözlərinə görə, mağazaların heç də hamısının yox, çoxunun sığortası yoxdur. Sığortası olan sahibkarlar isə başlarına nəyin gələcəyindən xəbərsizdir. Məlumata görə, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Hadisə zamanı azı 9 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin açıqladığı rəqəmlərə görə, 17500 kvadrat metr ərazi yanıb, 24700 kvadrat metr ərazi isə yanğından mühafizə olunub. Yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi də başlanıb.

“Kasko.az” online sığorta platformasının təsisçisi Nizami Mənsimov “Cümhuriyət” qəzetinə açıqlamasında təəssüf hissə ilə bildirib ki, sığorta məsələsi sığorta hadisəsi baş verəndən sonra 1-2 ay ərzində gündəmdə olur:

“Oxşar hadisələr bundan əvvəl də “Binə”, “Sədərək”, “Diqlas” və digər ticarət mərkəzlərində və iaşə obyektlərində başa vermişdi. Həmin ərəfələrdə də daşınar və daşınmaz əmlakın sığorta məsələsi aktuallaşmışdı. Ümumiyyətlə, bu cür bazarların tikintisi müəyyən norma və standartlara cavab vermir. Sözügedən tikinti bazarında bir neçə dəfə olmuşam. Apardığım müşahidələr bunu deməyə əsas verir ki, “EuroHome”da “Binə” Ticarət Mərkəzi kimi sığortalanmağa uyğun deyil. Sığortanı gələcəkdə baş verə bilən hər hansı fövqəladə bir hadisənin qarşısını almaq üçün edirik. Amma Azərbaycanda fəaliyyət göstərən bütün ticarət mərkəzlərində fövqəladə halın baş verməsi qaçılmazdır.

Çünki həmin layihələr tikilərkən fövqəladə halların baş verməsi nəzərə alınmayıb. Bu barədə sığorta şirkətlərinin qarşısında məsələ qaldıranda onlar bu cür tikililərin potensial təhlükə mənbəyi olduğunu bildirir. Bu ticarət mərkəzlərində xırda fövqəladə halların ağır nəticələri ola bilər. Bu baxımdan hansısa obyektlərin sığortalanması, sahibkarların maariflənməsi heç nəyi dəyişməyəcək. Həmin obyektlər sökülüb yenidən tikilməlidir ki, sığorta şirkətləri də həmin əmlakların tikintisində bütün normalara riayət olunduğuna şahid olsun. İstər “EuroHome”da, istərsə də digər ticarət mərkəzlərində baş verən yanğın hadisələri göstərdi ki, burada heç bir tikinti normativlərinə əməl olunmayıb. Bazar yanır, ancaq yanğınsöndürən briqadası yanğının axırına gedib çata bilir. Çünki bazar tikiləndə yanğın baş versə, yanğınsöndürən necə gələcəyi, təxliyə planının necə həyata keçiriləcəyi nəzərə alınmayıb. Bu səhlənkarlıq da sahibkarlara böyük zərər vurur”.

“Azərbaycanda sığortalı kənd təsərrüfatı ilə məşğul olmaq potensial təhlükə mənbəyidir”

Ekspert onu da vurğulayıb ki, sığorta şirkətləri standartlara cavab verməyən obyekt və ya iaşə müəssisələrini sığortalamaqda maraqlı görünmür:

“Nümunə olaraq bildirim ki, Azərbaycanda kənd təsərrüfatı sektoru sığortalanma istiqamətində həmişə geri qalır. Bunun sadə səbəbləri var. Avropada əkinlə məşğul olan sahibkar fikirləşir ki, onun sahəsinə dolu düşər və yaxud sel apara bilər. Yəni təbiət hadisəsi baş verməsə, bu əkin bitəcək. Amma Azərbaycanda təəssüflər olsun ki, suvarma sistemləri normal deyil, savadlı aqronomlar yoxdur və.s. Bir sözlə, Azərbaycanda sığortalı kənd təsərrüfatı sahəsi ilə məşğul olmaq potensial təhlükə mənbəyi hesab olunur. Yəni təbiət hadisəsi baş verməsə belə, fermerin əkin sahəsinin bitməməsi üçün 100 faiz qarantı var. Yüksək məhsuldarlıq təsadüfən əldə oluna bilər. Oxşar situasiyanı heyvandarlığa da şamil etmək olar. Fakt ölkəmizdə sığorta sahəsində nizamsızlıq var”.
Dün, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
Dün, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Dün, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
Dün, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
Dün, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
Dün, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
Dün, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
Dün, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı