Ucuzlaşan dolların manata təsiri: Neftdən asılı məzənnə
Gündəm / İqtisadiyyat
Oxunub: 685
11 Ock 2019 | 14:30
Ucuzlaşan dolların manata təsiri: Neftdən asılı məzənnə

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir. Bu tendensiya bazar ertəsi ABŞ-ın xidmət sektoru ilə bağlı dərc edilən statistik göstəricilər fonunda daha da sürətlənib. Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

ABŞ-ın bazar təchizatının araşdırılması institutunun (ing.: "İnstitute for Supply Management", "ISM") dekabr ayı üzrə yayımladığı fundamental göstəricilərdə, xidmət sektorunda işgüzar aktivliyi ölçən indeksin 60.7 punktdan 57.6 punkta kimi azalması göstərilib. Bu isə 2018-ci ilin avqust ayından etibarən ən aşağı göstəricidir.

Mütəxəssislər isə yalnız 59.6 punkta kimi azalma proqnozlaşdırırdılar.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14 dollara ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.16 dollara kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. GBP/USD məzənnəsi də bahalaşmaqdadır. Funt 1.28 dollardan da yuxarı istiqamətdə qalxarsa, bahalaşma burada da 1.29 dollara kimi davam edə bilər. Dolların bahalaşması manata təsir edirdi. Maraqlıdır, ucuzlaşma da təsir edəcəkmi?

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, dolların kəskin bahalaşması Amerika üçün sərfəli deyil: “Baxmayaraq ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz artımlarına gedir, amma Amerika dolların kəskin bahalanmasının qarşısını almaq üçün tədbirlər görür. Bunun da əsas səbəbi Amerikanın öz dövlət borcunu ödəməyi nəzərdə tutmasıdır. Trampın dövründə ABŞ-ın dövlət borcu 20 trilyondan 22 trilyona qədər artıb. Buna görə də həmin borcların ödənilməsi üçün daha ucuz dollar lazımdır. ABŞ-ın ticarət balansında mənfi saldo var. ABŞ çalışır ki, daha ucuz dollarla öz ixracını artırsın. Hələ ötən il o qədər diqqət cəlb etməsə də, ABŞ-ın İnvestisiya Fondunun rəhbəri çıxışında dolların 30 faizə qədər ucuzlaşacağını demişdi. Dolların kəskin ucuzlaşmasının heç bir əsası yoxdur. Çünki dollar dünyada öz mövqeyini saxlayacaq, amma kəskin ucuzlaşmayacaq. ABŞ iqtisadiyyatı digər dünya ölkələri ilə müqayisədə daha güclüdür. Dünyada üçüncü ən güclü iqtisadiyyata malik ölkə Yaponiyadır. Çində iqtisadi artım tempi zəifləyib, Avropanın özündə vəziyyət o qədər də ürəkaçan deyil. Bu səbəbdən Amerika valyutası daha bahalı mövqeyini saxlayacaq. Hazırda fond birjalarında təlatümlərin şahidi oluruq, istiqrazlarla bağlı müəyyən problemlər var”.

Ekspert hesab edir ki, dünyada dolların kəskin ucuzlaşması ehtimalı azdır: “Dolların ucuzlaşması neftin qiymətinin artması ilə əlaqəlidir. Azərbaycan manatı dünyada sərbəst dönərli valyuta deyil. Buna görə də dolların kursu Azərbaycanda Mərkəzi Bank tərəfindən müəyyən olunur. Dünyada dolların məzənnəsi sərbəst bazar şəraitində formalaşır. Manatın məzənnəsi isə neftin qiymətləri ilə qorunur. Dolların kəskin ucuzlaşması neftin bahalaşması deməkdir. Neftin qiymətində kəskin artımın baş vermə ehtimalı çox azdır. Çünki ABŞ-da şist neft istehsalı günbəgün artır və bu məhsulun maya dəyəri aşağı düşür. Bu səbəbdən ABŞ nefti dünyada azalan bazar payını aktiv şəkildə tutub. Artıq neftin qiymətlərinin 80-100 dolları keçməsi inandırıcı deyil və proqnozlaşdırılmır da. Çünki hazırda dünyada alternativ enerji mənbələri də inkişaf edib. Əgər neftin qiymətləri 80-100 dollara qədər artsaydı, o zaman manata müsbət təsirlərdən danışmaq olardı. Təbii ki, manatın məzənnəsinin yüksəlməsi tədiyyə və ticarət balansında müsbət saldonun yaranmasına təkan verər”.

Elman Sadıqovun qəanətincə, dolların kəskin ucuzlaşması istiqamətində Amerikanın təzyiqli istəkləri var: “Rusiya, Azərbaycan kimi neft ixrac edən ölkələrin milli valyutaları daha çox neftin qiymətindən asılıdır. Gözləmirəm ki, dollar nə qədər də ucuzlaşsa, manat 1.70 kursundan daha da baha olsun. Çünki bu, ölkəmiz üçün effektiv deyil, təlatümlər yarada bilər. Ona görə də 2019-cu ildə dolların kəskin ucuzlaşmasından söhbət gedə bilməz, amma ucuzlaşması gündəmdədir. Bütün bu amillər fonunda dollar nə qədər ucuzlaşsa da, manata birbaşa təsiri yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan milli valyutasının kursu hər hansı birjada deyil, Mərkəzi Bankda müəyyən olunur. Hətta dollar kəskin ucuzlaşsa belə, manatın kəskin bahalaşması ölkə iqtisadiyyatı üçün o qədər də effektiv deyil. Düşünmürəm ki, Mərkəzi Bank da buna imkan versin. Bunun üçün fundamental əsaslar yoxdur”.

Analitik dünyada müəyyən investisiya şirkətləri müəyyən istiqamətlərə müəyyən vəsaitlər yatırdığını da vurğulayıb: “Həmin şirkətlər daha çox pul qazanmaq üçün bəzən bilərəkdən bazara şayiələr buraxırlar. Yaxınlarda məlum olub ki, “Brexit” amilindən Amerikada bir neçə investor milyardlarla pul qazanıb. Onlar biliblər ki, “Brexit”lə bağlı referendum elan olunacaq və səsvermənin nəticələrini araşdırıb müəyyən proqnozlar irəli sürüblər. Analoji faktı qızıl alışı ilə məşğul olan investorlar üçün də şamil etmək olar. Onlar bazara ucuz qiymətə aldıqları qızılın kəskin şəkildə bahalaşacağı barədə şayiə buraxırlar. Bu zaman bazarda canlanma yaranır, tələb artır, qızılın qiyməti də qalxır. Bu məqamda həmin investorlar öz aldıqları qızılı bazara buraxırlar. Burada söhbət xırda investorlardan yox, milyardlarla vəsaiti bu sahəyə yatıran iri sahibkarlardan gedir. Ola bilər ki, dolların məzənnəsi dünyada nə vaxtsa düşəcək, amma yaxın 5-10 ildə dolların öz dominantlığını itirəcəyinə inanmıram. Çünki onu əvəz edən alternativ valyuta yoxdur”.
Dün, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Dün, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Dün, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
Dün, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Dün, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Dün, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Dün, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
Dün, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Dün, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Dün, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Dün, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
Dün, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
Dün, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Dün, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31-08-2026, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
31-08-2026, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
31-08-2026, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
31-08-2026, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
31-08-2026, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
31-08-2026, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
31-08-2026, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
31-08-2026, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
31-08-2026, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
31-08-2026, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
31-08-2026, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib