Bankda əmanəti olanlar, bu xəbəri oxuyun!
Gündəm / İqtisadiyyat
Oxunub: 707
15 Ock 2019 | 17:03
Bankda əmanəti olanlar, bu xəbəri oxuyun!

Azərbaycanda əmanətlərin tam sığortalanmasının vaxtı 4 mart 2019-cu ildə bitir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə yazan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov xatırladıb ki, göstərilən tarixdən 3 il müddətinə əmanətlərin tam sığortalanması sistemi mövcuddur: “Yəni fiziki şəxslərin əmanətləri tam məbləğdə sığortalıdır, bu şərtlə ki, milli valyutadakı əmanətin illik faiz dərəcəsi 15%-dən, xarici valyutadakı əmanətin illik faiz dərəcəsi isə 3%-dən çox deyil.

Bu sistemin cəmi 50 günlük ömrü qalıb. Bu tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək?

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən 4 mart 2019-cu il tarixdən sonra bağlanmış hər bir bankda sığortalanmış əmanət yalnız 30 000 manatdan çox olmamaq şərtilə kompensasiya ediləcək.

Məlum olduğu kimi, ölkə başçısı tərəfindən 2016-cı ilin dekabr ayında təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s. vasitələrlə) prosesini bitirməli idi. Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalı idi.

Lakin Palata digər vəzifələrinin icrasında olduğu kimi bu işin də öhdəsindən gəlmədi, prosesi bitirə bilmədi. Deməli, problemli bankların bağlanması bu ilə qaldı. Bu isə o deməkdir ki, əmanətlərin tam sığortalanmasının müddətinin uzadılmadığı təqdirdə 4 martdan sonra bağlanacaq bankda 30 000 manatdan çox əmanət saxlayanlar faktiki olaraq həmin məbləğdən çox olan hissəni itirəcəklər”.



Ə. Həsənov qeyd edib ki, vəziyyətdən hali olan bəzi əmanətçilər artıq ötən ilin payız aylarından başlayaraq banklardan əmanətlərini geri götürməyə başlayıb: “Belə ki, əgər 1 oktyabr tarixinə banklarda 8,1991 mlrd. manat əmanət var idisə, 1 noyabrda 8,14 mlrd. manat, 1 dekabrda isə 8,0735 mlrd. manat qalmışdı. Yəni təkcə 2 ay ərzində banklardan 125,6 mln. manat çıxarılıb. Digər əmanətçilər vəsaitlərini daha etibarlı, yəni zənnlərinə görə bağlanma ehtimalı olmayan banklara yerləşdirməyə üstünlük verir. Həmin banklarda əmanətlər üzrə faiz dərəcələri nisbətən aşağıdır, bu da onların daha təhlükəsiz olmasından irəli gəlir. Bəziləri sadəcə əmanətlərinin məbləğini bölüşdürür. Yəni elə edirlər ki, bir nəfərin adına bir bankda 30 000 manatdan çox pul qalmasın. Bunun üçün ya əmanəti bir neçə bank arasında bölürlər (hər bankda maksimum 30 000 manat), ya da bir bankda qohumları arasında bölürlər (hər qohumun adına maksimum 30 000 manat). Əlbəttə, istisna deyil ki, son anda əmanətlərin tam sığortalanmasının müddəti uzadılacaq. Lakin getdikcə bu ehtimal azalır. Bu istək varsa, bunu mümkün qədər tez etmək lazımdır ki, əmanətçilər sakitləşsin. Buna görə də böyük ehtimalla ya hələlik yekun qərar yoxdur, ya da əmanətlərin tam sığortalanması sisteminin ləğvi qərara alınıb”.

“Qafqazinfo” məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edib.

Fonddan bildirilib ki, “Əmanətlərin tam sığortalanması haqqında” 2016-ci ildə Milli Məclisdə müzakirə edildikdən sonra prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Məlumdur ki, qanunun qüvvədə olma müddəti 2019-cu ilin 4 martında bitir. Bu qanun qüvvədən düşdükdən sonra əmanətlərin sığortalanması məsələsi “Əmanətlərin sığortalanması haqqında” qanunla tənzimlənəcək. Ancaq bir məsələni vurğulamaq lazımdır ki, əmanətlərin sığortalanması məsələsi hökumətin ciddi nəzarəti altındadır”.

“Qafqazinfo” məsələ ilə bağlı Milli Məclis üzvlərinə də müraciət edib. Məlumdur ki, parlament payız tətilindən bu gün qayıdıb. Bir qədər sonra Milli Məclisin komitələrinin iclası başlayacaq. Bu zaman yaz sessiyasında hansı qanunlara dəyişikliklərin ediləcəyi məsələsi bilinəcək.

Günel Türksoy
Dün, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Dün, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
Dün, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
Dün, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
Dün, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Dün, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Dün, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
Dün, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
Dün, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
Dün, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
Dün, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
Dün, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
Dün, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
Dün, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Dün, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31-08-2026, 18:13
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub
31-08-2026, 16:55
Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir
31-08-2026, 16:25
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB
31-08-2026, 15:50
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
31-08-2026, 15:12
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
31-08-2026, 14:37
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
31-08-2026, 14:16
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
31-08-2026, 13:52
Əli Əsədov Oljas Bektenovu təbrik edib
31-08-2026, 13:16
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
31-08-2026, 12:55
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər
31-08-2026, 12:06
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib