Azərbaycan Beynəlxalq Bankının “Kitabı dinlə” sosial layihəsinin ilk kitabları səsləndirilib
İqtisadiyyat
Oxunub: 812
8 Ağu 2018 | 14:52

Azərbaycan Beynəlxalq Bankının 21 Fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində start verdiyi "Kitabı dinlə” sosial layihəsi çərçivəsində ilk kitabların səsləndirilməsi başa çatdırılıb.

Audio formatında hazırlanmış əsərlər məxsusi olaraq bu layihə üçün yaradılmış www.kitabidinle.az portalına yerləşdirilib. Bunlar Cəlil Məmmədquluzadənin "Hekayələr”i, Sədi Şirazinin "Gülüstan” əsəri, Andre Moruanın "Yad qadına məktublar” romanı və "Çərşənbə gününün bənövşələri” hekayəsidir. İndi hər bir internet istifadəçisi əsərləri bu portalda onlayn dinləyə, yaxud kitabın faylını yükləyə bilər.

Layihəyə xüsusi dəyər qatan əsas məqamlardan biri isə, təbii ki, kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir. İlk mərhələdə kitabları üç iştirakçı - Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov səsləndirib. Bank bu ideyanın reallaşmasına verdikləri dəstəyə görə "Kitabı dinlə” layihəsinin səslərini mükafatlandırıb.

İştirakçılardan Sevda Səfərəliyeva fiziki məhdudiyyətli insanlarla bağlı indiyə qədər də müxtəlif sosial proqramlarda iştirakçı olduğunu, səsli kitablarla bağlı belə bir layihəyə isə ilk dəfədir ki, qatıldığını deyib: "Azərbaycan Beynəlxalq Bankının bununla bağlı elanını görəndə tərəddüdsüz müraciət etdim. Düşünəndə ki, oxuduğum hekayələri kimlərsə dinləyəcək, səsimlə oxunmuş hekayələr on illər qalacaq, bu, adamda xoş hisslər yaradır”.

 

Orxan Adıgözəl isə çoxdankı arzusunun reallaşmasına dəstək olduğuna görə Azərbaycan Beynəlxalq Bankına təşəkkürünü bildirib: "Andre Moruanın "Yad qadına məktublar” əsərini özüm bir müddət əvvəl oxumuşdum. Kitabı bitirdikdən sonra bu məktubları hər kəsin oxumasını arzulayırdım. "Kitabı dinlə” layihəsinə qatılarkən məhz "Yad qadına məktublar”ı oxumaq istəyimi bildirdim. Təşkilatçılara minnətdaram ki, arzumu nəzərə aldılar. Azərbaycan dinləyiciləri indi mənim səsimdə bu kitabla tanış ola biləcəklər. Mənim üçün bunun mənəvi dəyəri çox böyükdür”.

Murad Məmmədov da"Kitabı dinlə” layihəsinin onun üçün yeni bir təcrübə olduğunu deyib: "Gülüstan” əsərinin mətnində əsərin yazıldığı dövrə aid arxaik sözlər çoxdur. Bu da onun oxunmasını bir qədər çətinləşdirirdi. Amma bütün hallarda bacardım. Sevinirəm ki, belə faydalı layihənin bir parçası oldum”.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova isə layihənin məqsədləri barədə danışıb: "Belə bir layihəni reallaşdırmaqda məqsədimiz qloballaşma şəraitində ana dilimizin inkişafına töhfə vermək, Azərbaycan dilində elektron resursların çoxalmasına kömək göstərmək, eyni zamanda fiziki məhdudiyyətli soydaşlarımızın cəmiyyətə aktiv inteqrasiyasına dəstək olmaqdır”. Onun sözlərinə görə "Kitabı dinlə” layihəsi yeni iştirakçılarla bundan sonra da davam etdiriləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bugün, 09:26
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb
Bugün, 08:58
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Dün, 18:05
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dün, 17:36
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
Dün, 13:29
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Dün, 12:45
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb
Dün, 12:18
İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib
Dün, 11:27
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Dün, 11:04
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
Dün, 10:06
İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ
Dün, 09:43
Putin yenə Qarabağdan danışdı
1-09-2026, 18:03
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
1-09-2026, 17:22
Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb
1-09-2026, 16:40
İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib
1-09-2026, 15:52
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb
1-09-2026, 15:15
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
1-09-2026, 14:45
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
1-09-2026, 14:21
Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək
1-09-2026, 12:57
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
1-09-2026, 12:24
Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib
1-09-2026, 11:46
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
1-09-2026, 11:08
Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib
1-09-2026, 10:34
Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
1-09-2026, 10:15
İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
1-09-2026, 09:50
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
1-09-2026, 09:10
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
31-08-2026, 18:54
Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH