Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
İqtisadiyyat
Oxunub: 5
3 Ağu 2026 | 17:42
Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb


Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar sözügedən ali təhsil müəssisəsinin tələbələri ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, universitetin təhsil fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tələbə qəbulu yerləri müəyyən edilməyib.

Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, habelə digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulub.

Bununla yanaşı, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış, eləcə də müxtəlif əsaslarla ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər barədə məlumatlar dəqiqləşdiriləcək və onların sonrakı təhsil hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Nazirlik diqqətə çatdırıb ki, Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması bu ali təhsil müəssisəsi tərəfindən əvvəllər verilmiş təhsil haqqında dövlət sənədlərinin (diplomların, arayışların) hüquqi qüvvəsinə heç bir təsir göstərmir. Universitet məzunlarının təhsil haqqında dövlət sənədləri etibarlı və tanınmış olaraq qalır.

Cari tədris ilində Bakı Qızlar Universitetini bitirən məzunlara qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil haqqında dövlət sənədləri təqdim olunacaq.

Bildirilib ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub. Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək.
Dün, 17:42
Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
Dün, 17:05
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Dün, 16:01
Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər
Dün, 14:50
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib
Dün, 14:22
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
Dün, 13:46
Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
Dün, 13:01
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dün, 12:42
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Dün, 12:08
Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
Dün, 11:39
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
Dün, 11:02
Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub
Dün, 10:35
Neft qiymətləri 5 %-dən çox aşağı düşüb
Dün, 10:05
Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
Dün, 09:45
Kolleclərə ixtisas seçimi başlayıb
Dün, 09:21
Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq
1-08-2026, 15:24
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
1-08-2026, 12:38
Bazar gününə olan hava proqnozu açıqlanıb
1-08-2026, 12:04
MİQ üzrə nəticələr açıqlanıb
1-08-2026, 11:34
İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
1-08-2026, 10:55
2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb
1-08-2026, 10:36
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
1-08-2026, 10:13
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb
1-08-2026, 09:44
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
1-08-2026, 09:13
Xalq şairi Nəriman Həsənzadə vəfat edib
31-07-2026, 18:08
Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH
31-07-2026, 17:19
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
31-07-2026, 16:49
Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib