Köhnə direktor əvəzi Çinarə Atayevanın unudulmayan sərgüzəştləri- FOTO

Çinarə Atayeva – bu adla xəbər portallarında, saytlarda tez-tez rastlaşmışıq. Demək olar ki, bu insanı artıq tanıyırıq. Amma yaxşı əməlləri ilə deyil pis əməlləri ilə tanıyırıq. Bu xanım Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə direktor əvəzi olaraq çalışıb. Lakin Çinarə Ateyava həmin məktəbin 9-cu sinif şagirdi Məmmədli Gülnar İlqar qızını döyməsi və telefonunu sındırması hadisəsindən sonra işdən çıxarılıb. Buna baxmayaraq həmin hadisə barədə uzun müddət sonra tədbir görülüb. Zərərçəkənin atası İlqar Məmmədov bildirib ki, hadisədən bir aya yaxın vaxt keçsə də, nə Abşeron Rayon Polis İdarəsi, nə də Təhsil Nazirliyi direktor barəsində heç bir tədbir görməyib.
İlqar Məmmədovun sözlərinə görə, “Hadisə araşdırılması üçün bir aya yaxındır ki, Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinə verilib. Amma istintaqın gedişatıyla bağlı heç bir məlumat verilməyib. Təhsil Nazirliyi də bu məsələnin araşdırıldığını və həll olunacağını desə də, direktor barəsində heç bir tədbir görülməyib.
Həmçinin baş vermiş hadisəni müvafiq dövlət orqanlarından gizlətmək məqsədilə həmin sinfin şagirdlərinə təlimat keçirilməsi barədə Çinarə Atayeva tərəfindən sinif rəhbəri Şəfaqət Balcanovaya tapşırıq verilmişdir. Şəfaqət Balcanova tərəfindən sinfin vatsap qrupuna atdığı səs vasitəsilə şagirdlərə baş vermiş hadisəylə bağlı məlumat verməmək tapşırığı verilmişdir.
Qeyd edək ki, bu, Ç.Atayevanın direktorluğu müddətində baş verən ilk belə hadisə deyil. O, bundan əvvəl bir neçə şagirdə də qarşı fiziki güc tətbiq edərək xəsarət yetirib. Hadisəylə bağlı Ç. Atayeva bir neçə dəfə Abşeron Rayon Polis İdarəsinə çağırılsa da, getməyib. Hadisənin baş verdiyi gün sinif otağında kameralar işlək vəziyyətdə olsa da, istintaqa təqdim olunmayıb.
Məktəb rəhbərliyi kamera görüntülərinin silindiyini bəhanə gətirərək, görüntüləri gizlədib.
Maraqlı məqam odur ki, reketliklə məşğul olan məktəb direktoru kimə güvənərək bu hərəkətləri edib?
Atayeva, Ceyranbatan məktəbinə direktor əvəzi kimi gəlmədən əvvəl də keşməkeşli yollardan keçib. Keçmiş Təhsil Şöbəsinin müdiri Nadir Ağayevin rəğbətini qazanmaq üçün onun qoltuğuna sığınıb.
Bu dünyanın bütün ləzzətlərini dadmaq üçün hər yola əl atıb. Ondan ötrü qanunauyğun olmayan, mədəniyyətimizə, mənəviyyatımıza zidd olan hərəkətlər etmək ayıb sayılmayıb. Onun üçün qanunsuzluq ilə aldığı maşınında oturub əcnəbi musiqinin sədaları altında oturub video çəkərək Youtube-da nümayiş etdirmək, rəfiqələri ilə kef-damaq məclisindən şəkil paylaşmaq ayıb deyil.
Bundan əlavə Ç.Atayeva şagirdlərə fiziki şiddət göstərdiyi azmış kimi, şagirdlərə məcburən təmizlik işləri gördürüb. Valideynlərin biri şikayətində bildirib ki, həmin təmizlikdən sonra övladının bədəni səpib və allergiya olub. Bu qadının şagirdlərin üzərində qurduğu psixoloji təzyiq nəticəsində şagirdlər intihar etməyi belə düşünüblər.
Ç.Atayevanın etdikləri azmış kimi hətta o, insanların səbəbsiz yerə işdən çıxarılmasına səbəb olub.
Belə ki, Abşeron rayon Ceyranbatan qəsəbə sakini, ehtiyatda olan kəşfiyyatçı Şirinov Zaur Arzuman oğlu rayonun 1 saylı orta məktəbinin direktoru Çinarə Atayeva tərəfindən kiçik xidmətedici vəzifəsindən azad edilib.
O bildirib ki, məsələ ilə bağlı müraciətinə aidiyyəti qurumlar laqeyd yanaşıb:
“Mən keçmiş döyüşçüyəm, illərlə ordumuzda kəşfiyyatçı kimi şərəflə xidmət etmişəm. Sonra qəfil aşkarlanan onkoloji xəstəliyə görə ehtiyata buraxılmışam. Ağır xəstəliyə görə hər işdə çalışa bilməzdim. Ona görə də yaşadığım evin yaxınlığındakı 1 saylı məktəbdə kiçik xidmətedici vəzifəsinə düzəldim. Himayəmdə üç azyaşlı övladım var. Məktəbdən aldığım 250 manat məvaciblə onların müəyyən problemlərini yoluna qoyurdum. Lakin Çinarə Atayeva məktəbə direktor təyin olunandan sonra koronavirusla bağlı vəziyyətə baxmayaraq, Əmək Məcəlləsini kobud şəkildə pozaraq, heç bir əsas olmadan məni iyun ayının 18-də işdən azad etdi. Maraqlıdır ki, möhtərəm Prezidentimiz və İqtisadiyyat Nazirliyi pandemiya dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı tapşırıq versə də, Çinarə Atayeva öz şəxsi maraqlarına, həmin postu başqasına satmaq ehtirasına görə işdən uzaqlaşdırılmağım barədə əmr imzalayıb”.
Bundan əlavə qeyd edək ki, Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin informatika müəllimi Rəsmiyyə İmanlı Təhsil naziri Emin Əmrullayevə açıq məktub ünvanlayıb.
Məktubda bildirilib ki, Ruhiyyə Tağıyeva Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbinə cari ilin fevral ayında direktor təyin edilib. Ancaq Təhsil şöbəsi tərəfindən təqiblərə məruz qaldığına görə, səlahiyyətlərini icra edə bilməyib.
"Əvəzinə qeyri-qanuni olaraq Çinarə Atayeva direktorun "səlahiyyətlərini icra edir". Hansı ki, direktorun buna razılığı olmalıdır, amma bu razılıq da alınmayıb. İnsan haqları pozulur. Təhsilimizi bu bürokratiyadan Siz qurtara bilərsiniz. Ümidlərimizi doğruldun, cənab nazir!"
R.İmanlı onu da vurğulayıb ki, "səlahiyyətləri icra edir" dedikdə, əslində Çinarə Atayevanın özünə məxsus olmayan vəzifədən sui-istifadə edərək korrupsiya ilə məşğul olduğunu nəzərdə tutub.
Çinarə Atayevanın adı müxtəlif qanunsuz əməllərdə, rüşvət, şagirdlərə qarşı zorakılıq, müəllimlərə saxta dərslər verərək pul vəsaitlərini mənimsəyib.
Amma nədənsə direktorun bu əməlləri həmişə cəzasız qalıb və indiyə qədər ona gözün üstdə qaşın var deyən olmayıb. Əvvəllər Ç. Ateyavanın Abşeronun sabiq İcra başçısı İradə Gülməmmədova tərəfindən himayə olunduğu məlumdur.
Həmçinin o etdiyi əməllərdən peşman olmaq əvəzinə onun haqqında yazı verən xəbər saytlarını da məhkəməyə vermişdir.
Digər maraqlı məqam odur ki, bu qədər qanunsuzluğa yol verən və korrupsiyayla məşğul olan bir şəxs üçün tədbir niyə görülmür?
Ümid edirik ki, bu yazımızdan sonra bu şəxsin layiqli cəzasına çatması üçün tədbir görülər.
capar.org
Dün, 16:19
London və Tehran razılığa gəldi
Dün, 15:38
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib
Dün, 15:04
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb
Dün, 14:41
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Dün, 11:59
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Dün, 11:28
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
Dün, 10:59
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb
Dün, 09:54
Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib
26-06-2026, 12:35
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək
26-06-2026, 11:23
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb
26-06-2026, 10:48
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
26-06-2026, 09:41
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2026, 09:16
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
26-06-2026, 08:58
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
25-06-2026, 17:45
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
25-06-2026, 17:14
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
25-06-2026, 16:45
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib
25-06-2026, 16:25
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
25-06-2026, 12:52
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb
25-06-2026, 12:32
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
25-06-2026, 11:48
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB
25-06-2026, 11:09
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib
25-06-2026, 10:33
600 bal toplayanların ən çoxu I qrupdadır
25-06-2026, 09:51
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb
25-06-2026, 09:07
Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib
24-06-2026, 17:51
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb
24-06-2026, 17:17
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib