Zaqatala sakinləri Xəqani Psixoloji Reabilitasiya Mərkəzini müdafiəyə qalxdılar - VİDEO
Bir neçə gün bundan öncə Zaqatalada fəaliyyət göstərən Xəqani Psixoloji Reabilitasiya Mərkəzində 3 yaşlı uşağın döyülməsi ilə bağlı ölkə mətbuatında video yayılmışdı. Həmin video yayılarkən məqsədli şəkildə montaj edilmiş və mərkəzin fəaliyyətini sual altında qoymaq məqsədi daşıyırdı. Məsələ ilə bağlı mərkəzdə müalicə alan bir qrup valideynlərlə görüş keçirmişik. Valideynlərin sözlərinə görə, görüntülər sürətləndirilmiş şəkildə yayımlanıb: “Hadisə iyul ayında baş verib. Bura şəhidin adını daşıyan mərkəzdir. 6 il ərzində əsla belə bir halla qarşılaşmamışıq. Uşaq bizim mərkəzdə 8 ay müalicə alıb. Daha sonra evdə yanıq xəsarətləri aldığı üçün mərkəzimizdə müalicəyə davam etmədi. Amma onu da deyək ki, uşaq artıq sağalmışdı. Valideynin təşəkkür videoları da var. İndi belə bir addım atmasına səbəb isə bizdən tələb etdiyi pulu ala bilməməsidir. Uşağını sağaltdığımız halda mərkəzimizdən pul tələb edir. Video sürətləndirilib. O görüntülərin əsli bizim əlimizdədir və ölkə mətbuatında yayımlanıb. Müəllimə kameranın altında oturub necə belə bir şey edə bilər axı? Biz heç məsələni araşdırmadan şiddət məsələsini eşidən kimi o müəllimi işdən uzaqlaşdırdıq. Lakin daha sonra 21 valideyn mərkəzimizə gəlib bizdən tələb etdi ki, müəllimi işə qaytaraq. Buna səbəb isə onun həmin valideynlərin övladlarını müalicə edib sağaltması olub. Bütün bunlar şər-böhtandır”.
Xəqani Nitq Reabilitasiya Mərkəzi qəhrəman şəhid leytenant Xəqani Məmmədovun bacısı psixoloq Sevinc Məmmədova tərəfindən xeyriyyə və şəfa vermək həmçinin şəhidin adını yaşatmaq üçün təssis olunub. Xatırladaq ki, qəhrəman şəhidimizin şəhadətindən sonra valideyinləri infakt, bacısı isə insuld keçirib və Sevinc xanım məhz həmin dönəmdə qəhrəman qardaşının adını uca tutmaq məqsədi ilə 50 təhsilli gənci mükəmməl mütəxəssis kimi yetişdirib, çörək verəcəyinə and içib. Sevinc xanım bu əhdini hal-hazırda həyata keçirir. İkinci Qarabağ müharibəsindən sonra isə onlarla qazi və veterana tam təmənnasız yardım göstərib. Bunu isə heç bir mətbu orqanda yayımlamayıb. Sevinc Məmmədova bu xidməti öz bacılıq borcu adlandırır və daim şəhid, veteran, qazi ailələrinə maddi, mənəvi yardımda iştirak edir. Hal-hazırda isə Şəhid qardaşının adına olan mərkəz xidməti göstəricilərinə görə, öndə gedən ən güclü müəssisələrdən biridir!
Ona görə də əsassız və qərəzli məlumatlarla ictimai fikri çaşdırmaq yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Ona görə də haqqımızda əsassız informasiyalar yayan belə mətbu orqanlarla bağlı tərəfimizdən lazımi ciddi hüquqi tədbirlər həyata keçirilir və onların ciddi cəzalanması üçün hüquq-mühafizə orqanlarına və müvafiq məhkəməyə müraciət prosesi artıq başlamışdır.
Hesab edirik ki, bu mətbuat orqanları saxta reytinq toplamaq məqsədilə ölkəmizin tanınmış şirkəti haqqında əsassız məlumatlar yaymaqdansa, səmərəli fəaliyyət göstərib obyektiv və qərəzsiz informasiya yaymaqla ölkəmizin inkişafına xidmət etməlidirlər. Mərkəzimizə onlara bu cür xəbərləri sifariş verənlər də məlumdur. Unutmasınlar ki, onlar da bu fəaliyyətləri ilə heç də dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmirlər və qanuna zidd hərəkətlərinə görə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə söz, fikir və mətbuat azadlığı üçün bütün lazımi şəraiti yaradıb. Bu gün Azərbaycanda mətbuat tam azaddır. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri bu azadlıqdan sui-istifadə edir, öz çirkin məqsədlərinə nail olmağa, yalan, qərəzli və əsassız məlumatlarla ayrı-ayrı şəxslərin və şirkətlərin nüfuzuna ziyan vurmağa çalışır və bununla, əslində, söz və fikir azadlığına böyük zərbə vururlar.
Bu cür "mətbu orqanların" ölkəmizin tanınmış və uğurla inkişaf edən mərkəzinin nüfuzunu aşağı salmağa göstərdikləri uğursuz cəhdlərin heç bir əsası yoxdur və bütün bu addımlar "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa tam ziddir. Hesab edirik ki, hüquq-mühafizə orqanları və digər müvafiq qurumlar şirkətin və onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirən bu cür cızma-qaraların müəllifləri barədə müvafiq ölçü götürməli, onları qanunun tələblərinə uyğun olaraq ciddi şəkildə cəzalandırmalıdırlar. Bu cür hallara qarşı vaxtında mübarizə aparılmaması isə onunla nəticələnir ki, milli sahibkarlığımızın simalarından olan tanınmış şirkətlərin uzun illərlə böyük əziyyətlə nail olduğu işgüzar nüfuz bir qrup mətbu orqanlarda çalışan bəzi cızma-qara müəlliflərinin qərəzli fəaliyyətləri sayəsində zədələnir.
Xüsusilə qeyd edək ki, mərkəzdə müalicə alan uşaqların valideynləri rəhbərliyin qəbuluna gələrək etiraz ediblər və müəllimənin işə bərpasını Sevinc xanımdan xahiş ediblər. Hətta qəbulda olarkən mərkəzin rəhbərliyinin diqqətinə çatdırıblar ki, şər və böhtan xarakterli video paylaşmış valideynlə bağlı məhkəməyə müraciət edəcəklər.
Bugün, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
Bugün, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
Bugün, 15:55
Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb
Bugün, 15:27
Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bugün, 14:40
Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
Bugün, 14:20
Fransanın ikiüzlü siyasəti - Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları - ŞƏRH
Bugün, 12:31
İranda 20 min nəfər susuz qalıb
Bugün, 12:05
Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib
Bugün, 10:59
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var
Bugün, 10:11
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
Bugün, 09:34
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:12
BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr
Dün, 17:53
Pensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Dün, 16:45
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Dün, 15:31
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Dün, 12:40
Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək
Dün, 11:58
Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb
Dün, 11:19
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Dün, 10:44
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT
Dün, 09:59
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Dün, 09:28
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Dün, 09:02
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
8-06-2026, 18:33
Hacıqabuldakı yanğın söndürülüb
8-06-2026, 17:59
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
8-06-2026, 17:28
Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
8-06-2026, 16:57
Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
8-06-2026, 16:07
İran İsrailə zərbələri dayandırıb
