Seks, toy, meyxana, şou-biznes...
Şou
Oxunub: 870
21 May 2019 | 22:47
Seks, toy, meyxana, şou-biznes...

xeber.info "Kulis"ə istinadən Azərbaycan oxucusunun maraqlandığı mövzuların siyahısını təqdim edir:

Seks

Hamı buna ağız büzsə də, interneti açan kimi ilk axtardığı şey məhz seksdir. Hərdən o cür adamların gileylərini də eşidirik: seks söhbəti nə qədər eləyirsiniz e? Ayıb deyil? Bəlkə də bu bizim seks aclığı çəkməyimizdəndir. Necə deyirlər? Adamlar olmayan şeylərindən danışarlar...

Toy

Xalqımın toy kimi adəti var. Təbii, buna etiraz edənlər də tapılır. Modern düşüncəli gənclər. Hər iki tərəf toy söhbətlərinə həssasdırlar. Harda toyla bağlı yazı görsələr ya təqdir edərlər, ya ələ salarlar. Toysuz keçən mediamızda oxucu sükut bayrağını sancmaqdadır.

Din

Bu mövzu ümumiyyətlə, hər kəs üçün maraqlıdır. Hardasa bir din xadimi nəsə dedi, məktəblərdə dini tədris başladı və s. Din adı altında istənilən mövzu diqqəti çəkir. Bəzən dinin əleyhinə gedən yazılarda tez-tez bu cür adamlar ortaya çıxır: "Əsl din bu deyil". Sonra əsl dini izah edirlər. Başqa bir tərəf isə əsl din bu deyil söhbətinə gülməkdə. İki tərəf bir-birini qırmaqda olsun, xeyir İP-yə gəlsin.

Təkamül

İnsanın yaradılışı hər kəs üçün maraqlı və eyni zamanda sual doğuran mövzudur. Bu mövzunun içindən səsli-küylü keçən din onun əhatə dairəsini daha da genişləndirir. İki tərəf çıxır ortaya: meymunu müdafiə edənlər, Adəmin tərəfdarları. Sonra meymun tərəfdarlarıyla Adəm tərəfdarları savaşmağa başlayır...

Falçılar

Ən görkəmli nümayəndəsini deyək – Bayram Nurlu. Harda Bayram varsa, orda İP-i var. Necə ki Borxes dünyaya çıxaraq Latın Amerikası ədəbiyyatını öz arxasıyca apardı, Bayram Nurlu da falçıları təzədən ayrı bir mərtəbəyə qaldırdı. Təbii ki, söyənlər, deyinənlər, kitabsızlıqdan gileylənənlər, şəriət əldən getdi deyənlər də var. Amma neyləyək? Falnan da olmur, falsız da olmur...

Kriminal

Cinayət həmişə maraq doğurub. Son vaxtlar yazılan bədii nümunələrdə də, çəkilən seriallarda da əsas xətt cinayətdir. Bu xəbərlərdən bir film doğulur, hansısa Elxan Elatlının Allahı verir, saysız-hesabsız detektivlər yazılır və satış rekordu qırır.

Sentimentallıq

"Mənim göz yaşımı görməyəcəksən", "Əlindən tutduğum günlərin qüssəsi"... Sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz və ürəyimizi bulandıran bu səhnələr başqaları üçün çox əhəmiyyətlidir. Dərdə aşiq olan bu tiplər hər dəfə sentimental sicilləmə görəndə gözlərinə təpirlər. Onlara elə gəlir ki, yazı mütləq və mütləq sentimental olmalı, oxuyanı göz yaşlarına boğmalıdır. Elə göz yaşları ki... tərifsiz...

Meyxana

Onsuz bir günümüz olmasın. Qafiyəni sevən xalqıq. Harda bir qafiyə tapsaq, orda məskən salacağıq. Hələ bu qafiyələrin ustaları varsa və onların söhbətləri qabağımıza çıxırsa. İP-inin gücü çatmır bu sevginin qabağında...

Oğru dünyası

Vuran-tutan, söhbət həll eləyən oğlanların həyat hekayəti bizim hamımız üçün çox maraqlıdır. Görən, keçmiş həyatında necə olub? Niyə əlinə silah alıb? Niyə haqsızlıqla mübarizə aparmağı seçib? Bəli, bu söhbətlərin pərəstişkarları əli təsbehli gənc "vor-zakon"luğa namizədlər telefonda oğru dünyasından nəsə axtarmaqda.

Namus-qeyrət söhbəti

Xalqımız bu mövzuya da çox həssasdı. Kimsə kiməsə xəyanət etdi, kişi arvadının saçını kəsdi, başqa birisi ərini bıçaqladı. Düzü, bu xəbərlərin içində kriminal nüanslar da olmamış deyil. Ancaq fokus məhz namus üzərinədir.

Şou-biznes

Yəqin ki, bunu izah etməyə dəyməz. Damla xanımın 10 milyon izləyicisi varsa, demək ki, bu punktdan nəsə danışmağımız yersiz olar.
Bugün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Bugün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Bugün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Bugün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Bugün, 11:13
Milli Məclisin iclası başlayıb
Bugün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Bugün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Bugün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bugün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Dün, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
Dün, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Dün, 17:57
Bu il 116 550 şagird məzun olur
Dün, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
Dün, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
Dün, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
Dün, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
Dün, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
Dün, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
Dün, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
Dün, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
Dün, 11:27
Bakıda obyektdə yanğın başlayıb
Dün, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Dün, 10:12
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
Dün, 09:39
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
Dün, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
10-06-2026, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
10-06-2026, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib