Yeni doğulan qız uşaqlarına niyə bu adlar qoyulur: Yetər, Bəsti, Kifayət...
Azərbaycanda doğulan uşaqlara cinsə görə fərq qoyulması halları həmişə olub, indi də var. Bir çox ailələrdə belə bir tendensiya hökm sürür: ilk dünyaya gələn uşaq mütləq oğlan olsun, sonra qız da doğula bilər.
Təsadüfi deyil ki, ailələrdə oğlan uşaqlarının üstün tutulması bir çox hallarda hamiləliyin süni şəkildə pozulmasına gətirib çıxarır. Yəni ailədə əsasən kişinin, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi halları yaşanıb, yaşanmaqdadır. Məhz bu səbəbdən BMT-nin Əhali Fondu Azərbaycan Respublikasını cins nisbətinin pozulduğu ölkələr siyasına daxil edib.
Dövlət Ststistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 180 770 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Rəsmi məlumata görə, son 1 ildə doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib.
Müşahidələr göstərir ki, Azərbaycanda qız uşağı istəməyən ailərdə ya aborta əl atırlar, ya da Allaha əl açırlar.
Keçmiş zamanlarda qız uşağı doğulanda, onlara belə adlar qoyulurdu: Yetər, Qızyetər, Tamam, Qıztamam, Qızbəs, Kifayət, Bəsti, Qızqayıt və s.
Yəni qız uşaqlarına bu adları verən valideynlər dolayısı ilə Allahdan oğan istəyir, arzu edirdilər ki, bir, iki qız bəsdir, kifayətdir...
Bu tendensiya indi də davam edir.
Belə ki, Ədliyyə Nazirliyindən adlarla bağlı əldə etdiyimiz statistika da bunu təsdiqləyir.
Rəsmi statistikaya görə, son 5 ildə yeni doğulan 14 qız uşağına Tamam adı qoyulub.
Dünyaya yeni gələn 55 körpə qız isə valideynləri tərəfindən Bəsti adlandırılıb.
Son 5 ildə yeni doğulan 13 qız uşağına Yetər adı verilib.
Doğum haqqında şəhadətnaməsinə Kifayət adı yazılan körpələrin sayı isə daha çoxdur - 57 nəfər.
Qızyetər, Qızbəs, Qıztamam adları isə görünür daha köhnə olduğundan və müasir dövrlə uzlaşmadığından onlardan istifadə olunmayıb.(Modern)
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib
