Orucluq dövründə intim münasibətlər - Halal və haram olan nələrdi...
Bu gündən İslam aləminin bir parçası olan Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb.
Ramazan ayında oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. Dünya müsəlmanlarının əməl etdiyi bu mərasim min illərdir icra olunur.
Bu ayda insan iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş olur, öz dözümlülüyünü yoxlayır, əxlaqını pisliklərdən qoruyur. Oruc tutmaq təkcə qida qəbul etməmək, siqaret çəkməmək, spirtli içki içməməkdən ibarət deyil. Oruc tutan şəxs eyni zamanda pisliklərdən də çəkinməli, söyüş söyməməli, qeybət, dedi-qodudan uzaq olmalıdır.
Oruc tutan insanlar Ramazan ayının əvvəlindən axırına qədər (bu il 11 martdan 10 aprelə kimi) səhər yeməyini sübh namazından əvvəl, şam yeməyini isə axşam namazından sonra yeməlidirlər. Aradakı müddət ərzində onlar qidadan və sudan imtina edir, siqaret və içkidən nəfslərini qoruyurlar.
Ramazan ayının hökmlərindən bir də insanların cinsi istəyinə hakim ola bilmələrilə bağlıdır.
Ümumiyyətlə, Ramazan ayında cinsi əlaqə barədə məlumat oruc tutanların maraqlandığı mövzulardandır.
İslamın müqəddəs kitabına – Qurana əsasən, Ramazan ayında cinsi əlaqə tamamilə qadağan edilməyib, ancaq oruc tutulan müddətdə ondan uzaq durmaq əsas şərtlərdən biridir.
Ramazanda oruc tutaraq cinsi əlaqəyə girmək orucu pozur. Yəni oruc tutan hər bir şəxs imsakdan iftara qədər (sübhdən axşama qədər) cinsi əlaqədə ola bilməz.
İftardan sonra isə imsak vaxtına qədər (gecə boyu sübhə qədər) ər-arvadın cinsi əlaqədə olmağı azaddır.
Quranın “Əl-Bəqərə” surəsinin 187-ci ayəsi məhz bu mövzuyla bağldır.
Həmin ayədə deyilir:
“Orucluq gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah öz nəfsinizə xəyanət edəcəyinizi bilib tövbələrinizi qəbul edərək, sizi bağışladı: artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin”.
Bu ayədə bildirilir ki, imsakdan iftara qədər (sühbdən axşama qədər) qadınlarınızla yaxınlıq etməyin, bunlar Allahın sərhədləridir, bunları aşmayın.
Öpmək və qucaqlamaya gəlincə, bunların orucu pozmadığına dair hədislər mövcuddur.
Cinsi əlaqə ilə orucu pozmağın cəzası da fərqlıidir. Bu halda orucun qəzası (təkrar) tutulmalı və ya kəffarəsi ödənilməlidir. Əgər hər hansı digər günahla orucu pozan şəxs bunun əvəzinə yalnız 1 gün oruc tutmalıdırsa, cinsi əlaqəyə görə orucunu pozan 60 gün qəza orucu tutmalıdır.
Bu günahı işləyənlərin hər ikisi həm tövbə etməli, həm kəffarə olaraq ya qul azad etməli, ya 60 gün ardıcıl oruc tutmalı, ya da 60 kasıbı bir dəfə yedirtməlidir. Orucu pozanlar bunlardan birini seçməkdə ixtiyar sahibidir.(Modern.az)
Dün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Dün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Dün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Dün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Dün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Dün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Dün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Dün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Dün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Dün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Dün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Dün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
18-06-2026, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
18-06-2026, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
18-06-2026, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
18-06-2026, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
18-06-2026, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib
