Bu kanalların rəhbərləri PA-ya çağırıldı
Gündəm / Cəmiyyət
Oxunub: 0
11 Mrt 2024 | 15:22
Bu kanalların rəhbərləri PA-ya çağırıldı

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Adminisyrasiyasına dəvət olunublar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki,  ictimai narazılıq və narahatlıq doğuran  “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, Yaxşılığa doğru” kimi verilişlər son illər  teleradio məkanının inkişafı sahəsində əldə  olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və  bayağı verilişlərin  çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər  qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdən təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar. 

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılmasınilə bağlı tədbirlər qaçılmaz olacaq.
Bugün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Bugün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Bugün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Bugün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Bugün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Bugün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Bugün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Bugün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Bugün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Bugün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Bugün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Bugün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Dün, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
Dün, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
Dün, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Dün, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
Dün, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
Dün, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
Dün, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dün, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dün, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
Dün, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
Dün, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib