Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?
Gündəm / Cəmiyyət
Oxunub: 0
13 Mrt 2024 | 09:35
Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?


Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda isə bu, qanın qatılaşmasına səbəb ola bilər. Ona görə imsakda və iftarda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın və qan qatılaşmasın. Bəs, oruc tutduğumuz dövrdə susama hissini necə azalda bilərik?

Mövzu ilə bağlı məqaləni təqdim edirik:

Ramazan ayında elə qidalanmalıyıq ki, susuz qaldığımız vaxtda özümüzü yaxşı hiss edək. Bu, həm də növbəti günlərdə oruc tuta bilməyimiz üçün çox vacibdir.  

Yayda iftarla imsak arasında ən azından 3 litr, qışda isə 1 litr çiy su içilməsi məsləhət görülür. Bu, çay və meyvə şirələrinə aid deyil. Çünki onlar bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir.

İftardan sonra çox su içməyin. Gündəlik su ehtiyacımızı 8-10 stəkan suyu iftar və imsak arasında bölün. Sahurda ən çox 3 stəkan, iftardan sonra da hər saatbaşı 1-2 stəkan su içmək lazımdır.

Sahurda:

Yağlı və duzlu yeməkləri azaldın. Belə pendirlərdən də az istifadə edin. Qızartma yeməklərdən isə mütləq uzaq dayanın. Bu yeməklər su içmə ehtiyacını daha çox artırır. Mütləq sahura oyanın və yavaş-yavaş yeyərək ən az yarım saata bitirin. Tərkibində su nisbəti yüksək olan qidalara üstünlük verin. Bu qidaların həzmi yavaş olacağı üçün gün ərzində su ehtiyacınızı aradan qaldıracaq. Hədsiz çay və ya qəhvə içmək olmaz. Bir çoxları çayın susuzluğu aradan qaldırdığını düşünür. Bu, yanlış düşüncədir. Sahurda 4-5 zeytun yeməyiniz kifayətdir, daha artığı lazım deyil. Çox zeytun yemək susamağınıza səbəb olacaq.

İftarda:

İftar yeməyinə şorba, yaxud dovğa ilə başlamalı və sonra ən azı yarım saata qədər gözlənilməlidir. Uzun müddət boş olan mədəni birdən-birə yormaq olmaz. Bu, tez susama və müxtəlif narahatlıqların meydana gəlməsinə səbəb ola bilər. İftar yeməyindən sonra şirniyyatlardan çəkinin. Bunun əvəzinə bol sulu meyvələrdən istifadə edin. (Qafqazinfo)
Bugün, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
Bugün, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
Bugün, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
Bugün, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
Bugün, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
Bugün, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
Bugün, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
Bugün, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
Bugün, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Bugün, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
Bugün, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
Bugün, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
Dün, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
Dün, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
Dün, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
Dün, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
Dün, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
Dün, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub
Dün, 11:08
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dün, 10:17
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dün, 10:05
Lamiyə Əliqızı: 18 İyun – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü
Dün, 09:14
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir
Dün, 08:49
ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib
17-06-2026, 19:46
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub
17-06-2026, 19:06
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
17-06-2026, 11:11
I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır
17-06-2026, 10:52
Azərbaycan XİN İslandiyanı təbrik edib