Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 133
15 Eyl 2025 | 17:03
Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH

Ermənistan rəhbərliyi ilə kilsə arasındakı münaqişə geriyədönüşü mümkün olmayan mübarizəyə çevrilir. Artıq tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər bütün əndazələri keçib. Baş nazir Nikol Paşinyan faktiki olaraq hər açıqlamalarında bütün ermənilərin katolikosu İkinci Qareginin istefasına çağırış edir, qarşı tərəf də onu təslimçilikdə ittiham etməkdədir.

Hakimiyyətə yaxın mediada yayılan son xəbərlərdə katolikosun tezliklə istefa verəcəyi vurğulanıb. Məlumatda Qareginin başqa çıxış yolunun olmadığı, Nikol Paşinyana təslim olmaq məcburiyyətində olduğu vurğulanır. Lakin kilsə də bu çağırış və ittihamların qarşısında sakit durmaq, ittihamları cavabsız qoymaq fikrində deyil. Qarşıdurma fonunda "əbədi və əzəli müttəfiqi" erməni lobbisinə müraciət edib. Onlarla İrəvanda görüş keçirib. Erməni mediası II Qareginin Eçmiadzində (Üçkilsə) Amerika Erməni Assambleyasının (AAA) həmsədri Oskar Tatosyanı, keçmiş həmsədr Entoni Barsamyanı və icraçı direktor Brayan Ardunu qəbul etdiyini yazıb. Yaxınlarda digər ölkələrdən də diaspora ilə də analoji görüşlərin olacağı gözlənilir. Bu gün isə Qaregin Vatikana yola düşüb. Səfər çərçivəsində onu Roma Papası XIV Lev qəbul edəcək.

Üçkilsədə keçən müzakirələrə gəldikdə, mediada yer alan xəbərlərdə bildirilib ki, danışıqlarda "erməni xalqı və vətəni qarşısında duran daxili və xarici çağırışlar, Qarabağdan könüllü çıxan ermənilərinin qanuni hüquqlarının müdafiəsi məsələləri" müzakirə edilib. "Bu çətin dövrdə çətinliklərin aradan qaldırılması üçün milli birliyin gücləndirilməsi və bütün dünyada erməni xalqının potensialının birləşdirilməsinin zəruriliyi vurğulanıb", - xəbərdə vurğulanıb. Əlavə edilib ki, "katolikos  erməni kilsəsinin xalqın maraqlarının müdafiəsi və Ermənistan-diaspor əlaqələrinin gücləndirilməsi istiqamətində ardıcıl səylərini yüksək qiymətləndirib".
Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH

Görüşün reallaşması ondan xəbər ki, kilsə həbslərə və cəmiyyətdən dəstəyin irimiqyaslı olmamasına baxmayaraq hakimiyyətə qarşı total mübarizəni davam etdirməkdə israrlıdır. Ən əsası 2026-cı il seçkilərinə qədər Paşinyana qarşı total mübarizə elan edən İkinci Qaregin lobbinin maliyyəsindən yararlanmağa çalışır. Avqustun 9-da Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannaməyə qarşı sərt mövqeyi ilə seçilən kilsə sənədi sərt tənqid etməkdədir. Güman ki, lobbi ilə də müzakirələrdə bu məsəə diqqət mərkəzində olub.

Toplantıdan əvvəl erməni mediasında belə bir xəbər yayılıb ki, II Qaregin Baş nazir Nikol Paşinyanla bağlı komandasına müvafiq təlimat da verib. Məlumatlara görə, Paşinyanla açıq mübarizə aparmaq qərarına gələn katalikos bu məqsədlə Ermənistan rəhbərinə qarşı komanda yaradıb. "Zarkerak.am" nəşr yazıb ki, Eçmiədzin kafedralında baş tutan gizli görüşdə katolikos Ermənistandakı bütün yeparxiyaların rəhbərlərinə bu təlimatı verib: "Erməni kilsəsi Nikol Paşinyan və onun ailə üzvləri, hökumət nümayəndələri və onların ailə üzvləri, o cümlədən Ktriç Nersisyanın (II Qaregin) barəsində sərəncam verə biləcək bütün şəxslər haqqında yalan xəbərlər yaymaq üçün bütün imkanlarından istifadə etməlidir". Mənbənin fikrincə, katolikosun məqsədi onu vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyanı bu fikrindən daşındırmaq, əgər mümkün olarsa, bu kampaniyanın sonunda ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqdır.
Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH

Toplantıda çox güman ki, Paşinyana qarşı seçki ərəfəsində vahid cəbhədən çıxış etmək barədə razılıq əldə olunub. "Qarabağ" şüarı adı altında Paşinyan iqtidarına qarşı mübarizə daha da genişlənə bilər. Əsas dəstəkçiləri isə şübhəsiz ki, Rusiya, bu ölkədəki anti-Paşinyan qüvvələr olacaq. Kreml bəllidir ki, hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh prosesinə qarşı çıxır. Türkiyə mediasıdan ötən gün ortaya atılan bir fikir deyilənləri təsdiqləyir. Qardaş ölkənin "Sabah" qəzeti yazır ki, "Rusiya Azərbaycan-Ermənistan sülhünün müzakirə olunduğu bu günlərdə Paşinyan iqtidarına qarşı Rusiyanın qəsdi mümkündür. "Paşinyana qarşı xüsusilə kilsə və xaricdəki erməni diasporası gizlicə təşkilatlanır, açıq şəkildə nümayişlər təşkil edir". Bütün bunlar ehtimal olsa da, Kremlin Nikol Paşinyan iqtidarını devirməkdə israrlı olduğu gün kimi aydındır.

Yeri gəlmişkən, Rusiya Ermənistan rəsmilərinin son günlərdə səsləndirdiyi daha bir bəyanatdan ciddi narazılıq ifadə ediblər. Söhbət Rusiyanın uzun illər Ermənistana yapışdırdığı "forpost" "kiçik qardaş" ifadəsinə olan etirazlardan gedir. Rusiyada qıcıq yaradan odur ki, vaxtilə ermənilər bu ifadələri az qala qürur kimi qəbul edirdilərsə, indi artıq buna qarşı çıxırlar. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, indi Rusiya ilə tamamilə fərqli münasibətlər var. Rusiyanın Ermənistana münasibəti - böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə həqiqətən nəyə nail olmağa çalışırdıq", - Xaçaturyan bildirib. Prezidentin sözlərinə görə, İrəvan "rus həmkarlarının erməni hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını" istəyir.
Kilsə və lobbi Paşinyana qarşı - Qaregin gözünü diaspora dikib - ŞƏRH

Onun ardınca Baş nazir Nikol Paşinyan isə bügünki açıqlaması ilə Kremlə növbəti zərbə endirib. Bildirib ki, Ermənistan heç vaxt bu gün olduğu qədər təhlükəsizlikdə olmayıb. "Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqildir, heç vaxt olmadığı qədər suverendir, heç vaxt olmadığı qədər dövlətdir və heç vaxt olmadığı qədər təhlükəsizlikdədir". Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və bu gün qarşıda duran vəzifə təkcə indiki məqamda deyil, yüz il üçün təhlükəsizliyi təmin edəcək qərarlar qəbul etməkdir.

Gətirilən faktlar, fikirlər onu deməyə əsas verir ki, Ermənistan öz tarixinin ən gərgin dövrünə qədəm qoyur. Gələn il keçiriləcək seçkilərə qədər bu gərginlik də pik həddə çata bilər. Kilsə-lobbi və Rusiya iqtidarının Paşinyan iqtidarına qarşı hücumlarının artacağı, hətta yuxarıda iddia edildiyi kimi, Paşinyanın fiziki cəhətdən aradan götürülməsi də mümkün ola bilər. Məxfi görüşlər keçirir, hakimiyyəti devirmək üçün yeni-yeni planlar cızırlar. Bu səbəbdən də qarşıdakı günlərin, ayların Paşinyan hakimiyyəti üçün gərgin keçəcəyini güman etmək olar.(Report)
Bugün, 09:55
Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub
Bugün, 09:20
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
22-08-2026, 16:35
Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
22-08-2026, 15:55
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
22-08-2026, 15:11
Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı
22-08-2026, 14:20
Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır
22-08-2026, 13:36
Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
22-08-2026, 12:56
M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
22-08-2026, 12:07
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
22-08-2026, 11:55
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
22-08-2026, 10:59
DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb
22-08-2026, 10:19
Xəzər dənizində zəlzələ olub
22-08-2026, 09:51
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
21-08-2026, 18:19
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
21-08-2026, 17:45
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
21-08-2026, 17:12
"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb
21-08-2026, 14:31
İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir
21-08-2026, 14:19
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
21-08-2026, 13:39
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
21-08-2026, 12:36
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
21-08-2026, 11:40
Kəlbəcərə dolu düşüb
21-08-2026, 10:59
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
21-08-2026, 10:17
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
21-08-2026, 09:34
BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
20-08-2026, 18:00
Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
20-08-2026, 17:26
TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
20-08-2026, 17:14
Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq