BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

21 avqust 1915-ci ildə türk sərkərdəsi Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı birlikləri Çanaqqalada İkinci Anafartalar Zəfərini qazandı.
Bəs, avqustun 21-də dünyada daha hansı hadisələr baş verib?
1. 1911-ci il 21 avqustda "Mona Liza" şəkli Luvr Muzeyindən oğurlandı. Bu məşhur şəkil 2 il sonra Floransada tapıldı.
2. 1922-ci ilin 21 avqust tarixində Mustafa Kamal ordu komandirləriylə Akşehirdə etdiyi son yığıncaqda Böyük Hücum əmrini verdi.
3. 1966-cı il avqustun 21-də Çində mədəni inqilab başlandı. 10 ildən artıq - Mao Tsedun vəfat edən günədək davam edən bu dəhşətli tarixi eksperiment milyonlarla çinli ziyalının əks-inqilabçı ittihamı ilə qətlə yetirilməsi, yaxud sürgün olunmasına səbəb oldu. O dövrdə ölkədə siyasi vəziyyətə nəzarət “qırmızı milislər”ə - xunveynbinlərə tapşırılmışdı.
4. 1968-ci ildə sovet qoşunları Praqaya daxil oldu. Bununla da o vaxtkı Çexoslavakiyada həyata keçirilən “Praqa baharı” adlı islahatlara son qoyuldu. Sovet qoşunlarının bu müdaxiləsi zamanı Praqada onlarca insan həlak oldu.
5. 21 avqust 1982-ci ildə Fələstin Qurtuluş Təşkilatı Beyrutu boşaltmağa başladı. Təşkilat öz mərkəzini Livandan Tunisə daşıdı.
6. 1986-cı ilin 21 avqustunda Kamerunda Nyos vulkan gölündən çıxan zəhərli qazlar 1746 adamın ölümünə səbəb oldu.
7. 21 avqust 2017-ci ildə tarixin ən böyük günəş tutulması baş verdi. 90 dəqiqə sürən tutulmada 2 dəqiqə 40 saniyə boyu günəş tamamilə bağlandı.
21 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin xatirə günüdür. 1921-ci il 19 dekabrda Bakıda anadan olanMikayıl Abdullayev Azərbaycan milli təsviri sənətinin inkişafında əvəzsiz rol oynayıb. Rəssamın müxtəlif janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri Azərbaycanın keçdiyi böyük bir dövrün sənət səlnaməsi kimi rəssamlıq tarixinə əbədi həkk olunub. Gənc rəssamlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olan M.Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib. (1921 – 2002)
2. 21 avqust 1930-cu ildə görkəmli ədəbiyyatşünas, Azərbaycan SSR Əməkdar Elm Xadimi, akademik Bəkir Nəbiyev anadan olub(1930-2012). Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Fəxri diplomu (2010), SSRİ-nin "Xalqlar dostluğu" (1986) və Azərbaycanın "Şöhrət" (2000) ordenləri ilə təltif edilib.
3. 1997-ci ilin bu günündə məşhur rus aktyoru, kloun Yuri Nikulin ürək əməliyyatından sonra vəfat edib (1921-1997). Yuri Vladimiroviç Nikulin bir çox sevilən filmlərdə maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilən "Brilyant əl", "12 stul", "Quldur qocalar", "Qafqaz əsiri", "I" əməliyyatı və “Şurikin başqa macəraları" və digər kinokomediyalar məşhurluq qazanıb.
4. 1983-cü ilin 21 avqustunda sürgündən dönən Filipinin müxalifət lideri Benino Akino hava limanında təyyarədən enərkən öldürülüb.
5. 100 metrdə dünya rekordlarını alt-üst edən atlet Usain Bolt 1986-cı ilin bu günü Yamaykada dünyaya gəlib.(Bizim.Media)
Bugün, 10:59
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
Bugün, 10:17
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
Bugün, 09:34
BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
Dün, 18:00
Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
Dün, 17:26
TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
Dün, 17:14
Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
Dün, 17:01
Azərbaycanda turistlər üçün dəmiryol bileti paketləri tətbiq ediləcək
Dün, 16:18
Paşinyan: Yerasx-Naxçıvan dəmir yolu sahəsinin təmiri dövlət hesabına aparılacaq
Dün, 15:37
Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
Dün, 14:52
Rusiya başladığı müharibəni uduzur
Dün, 13:43
Azərbaycan və Qırğızıstanın məhkəmə-hüquq sahəsində əməkdaşlığı müzakirə edilib
Dün, 12:48
Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
Dün, 12:28
ABŞ-də təyyarə polis helikopterinə çırpılıb, ölən və yaralananlar var
Dün, 10:39
İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır
Dün, 10:06
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Dün, 09:41
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Dün, 09:08
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək
19-08-2026, 18:49
Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB
19-08-2026, 18:16
DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib
19-08-2026, 17:39
"Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır
19-08-2026, 17:10
Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb
19-08-2026, 16:31
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
19-08-2026, 14:17
Sabah bəzi rayonlarda leysan olacaq
19-08-2026, 13:39
Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib
19-08-2026, 12:22
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
19-08-2026, 10:22
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır
19-08-2026, 09:15
UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq