Məsuliyyətsiz informasiya medianın etibarına zərbə vurur
Gündəm / Cəmiyyət
Oxunub: 101
25 Eyl 2025 | 18:30
Məsuliyyətsiz informasiya medianın etibarına zərbə vurur

Medianın əsas missiyalarından biri də ölkənin ən müxtəlif sahələrin hadisələri doğru-düzgün şəkildə ictimaiyyətə çatdırmaqdır. Amma bir çox hallarda isə biz bunun tam əksinin şahidi olmaqdayıq. Belə ki, bəziləri ya qeyri-peşəkarlıqdan, ya hansıasa korprotavim maraqlar səbəbindən həqiqətə uyğun olmayan xəbərlər yaymaqla ictimaiyyəti çaşdırırlar. Bununla da məqsədyönlü şəkildə məsələyə aidiyyatı olmayan şəxslərin şərəf və ləyaqətinə, işgüzar imicinə zərbə vururlar.

Axı medianın vəzifəsi hər hansısa neqativ hadisədə birbaşa və dolayı iştirakı olan şəxslər barəsində məlumat yayanda ilk növbədə hər hansı bir şəxsin şərəf və layəqətinə, insanın işgüzar nüfuzuna xələl gətirmədən peşə və etik davranış qayadalarına uyğun olaraq ictimaiyyətə çatdırmaqdır. Bununla da həmin şəxslər bütövlükdə medianın fəaliyyətinə kölgə salmış olurlar.
Konkret fakta gəldikdə, cari ilin iyul ayında işğaldan sonra yenidən bərpa olan Ağdam rayonunun Xıdırlı kəndinin güclü yağışlar nəticəsində su basması zamanı bəzi media orqanı belə qeyri-peşəkarlığa yol verib. Adı çəkilən media orqanı heç bir araşdırma aparmadan hadisə ilə bağlı tamamilə qərəzli məlumat yayıb. Media orqanı Xıdırlı kəndinin su basmasında "Körpü Bina Tikinti” MMC və onun direktoru Xəlil Göyüşovu hədəf seçməklə “fantaziyalarını” işə salıb. “Yaradıcılıq qabliyyətlərini” ortaya qoyan media orqanı Xıdırlı kəndinin su-kanalizasiya xəttini çəkdiyini və baş verən hadisənin də "Körpü Bina Tikinti” MMC düzgün tikinti işləri aparmaması nəticəsində baş verdiyini iddia edir. Media orqanı daha uzağa gedərək "Körpü Bina Tikinti” MMC-ni 2023-cü ilin oktyabr ayında Bakı və Abşerona yağan güclü yağış nəticəsidə Sabunçu iki nəfərin ölümü ilə nəticələnən tunelin tikintisində də ittiham edib.
Amma onu qeyd etmək laızmdır ki, nə həmin tuneldə baş verən ölüm hadisə ilə, nə Xıdırlı da baş verənlə heç bir əlaqəsi yoxdur.
Burada məqsəd nə “Körpü Bina Tikinti” MMC-ni, nə də onun rəhbəri Xəlil Göyüşovu müdafiə etməkdir. Niyyətimiz məsələyə və problemə obyektiv yanaşmanı təmin etməkdir.
Birincisi onu qeyd edək ki, dünyanın heç bir ölkəsi təbbi fəlakətdən sığortalanmayıb. Təbii fəlakətlər, güclü yağışların yaratdığı fəlakətlər təkcə Bakıda və ya Azərbaycanın müxtəlif bölgələrində deyil, dünyanın ən inkişaf etmiş ölkələrin də qeydə alınır. Bununla bağlı yetərincə faktlar sadalamaq olar.
Təbii ki, bununla görülən işlər zamanı baş verən hansısa nöqsanları ört-basdır etmək niyyətimiz də yoxdur. İstənilən layihənin tikinti zamanı nösanlara yol verilə bilər, o cümlədən belə bir nöqsan “Körpü Bina Tikinti” MMC-nin tikdiyi hansısa layihənin icrası zamanı baş verə bilər. Amma məsələ orasındadır ki, “Körpü Bina Tikinti” MMC-nin Xıdırlıdakı tikinti ilə heç bir əlaqəsi yoxdur və layihə bur quurm tərəfindən icra olunmayıb.
Media orqanı TV” məsələnin obyektiv şəkidə təqdim etmək istəyirdisə, o zaman “Körpü Bina Tikinti” MMC və onun rəhbəri haqqında ittihamı səsləndirməzdən öncə məsələni daha dəqiq obyektiv şəkildə araşdırmalı, ondan sonra ictimaiyyətə çatdırılmalı idi. Yoxsa, Xıdırlı kəndinin kanalizasiya xəttinin çəkilməsi ilə bağlı keçirilən tenderdə və layihənin icarsında iştirak etməyən “Körpü Bina Tikinti” MMC-nin ittiham etmək absurddur.

Layihə icra olunduqdan sonra həmin layihə dövlətin müvafiq qurumları tərəfindən yoxlanılaraq istifadəyə götürülür. Əgər zamanında tikinti ilə bağlı “Körpü Bina Tikinti” MMC-yə belə bir irad bildirilməyibsə, deməli bu gün səslənən ittihamlar yersiz, qərəzli və absurddur. Ən azından həmin tunelin istifadəyə verilməsində bir neçə il keçir və bu müddət ərzində Bakıda dəfələrlə güclü yağışlar olub. Amma həmin tuneldə hər hansı problem yaşanmayıb. Bu isə onu deməyə əsas verir ki, son hadisədən sonra "Körpü Bina Tikinti” MMC-yə hədəf seçib ittiham etmək ən yumşaq ifadə etsək yersiz və əsassızdır. Bununla da bəzi media orqanlaır və onların əməkdaşları he bir araşdırma aparmadan “babam mən kor dedi, hər yetəni vur dedi” prinsipinə əsaslanaraq fəaliyyət göstərirlər. Amma onlar unudrlar ki, onlar “xoruz başın kola salar, quyruğundan xəbəri olmaz” misalını yaddan çıxarıb çirkin əmələ əl atmaqla əslində bütün medianın fəaliyyətinə kölgə salmış olurlar.
Əgər media orqanın Xıdırlının kanalizasiya layihəsinin icrasında "Körpü Bina Tikinti” MMC-nin iştirakı ilə konkret sübutları varsa ortaya qoysunlar. Axı belə bir fakt yoxdur.
Əksinə bəzi media orqanı belə həqiqətuyğun olmayan, yalan, qərəzli məlumat yaydığına görə, özləri hüquqi məsuliyyət daşıyan əməllərə yol verirlər. Onlar bunun fərqində olsalar daha yaxşı olar. Yoxsa hesab edirlər ki, hay-küy salmaqla nəyəsə nail olmaq olar. Yox, cənablar. Bu yol heç kimə başucalığı gətirən yol deyil.
Bugün, 18:30
Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda "Rus Evi" də var
Bugün, 17:51
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
Bugün, 17:31
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Bugün, 17:15
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
Bugün, 16:06
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib
Bugün, 15:39
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir
Bugün, 14:55
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
Bugün, 14:25
Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir
Bugün, 13:35
UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Bugün, 12:35
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Bugün, 11:47
Oğul anasını traktorla vurub öldürdü
Bugün, 11:08
Bakıdan qlobal çağırış: mənzil böhranı dərinləşir
Bugün, 10:21
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Bugün, 09:48
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bugün, 09:33
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Bugün, 09:03
Prezidentin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb
Dün, 18:25
Deputatlar Tacikistana gedirlər
Dün, 17:57
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Dün, 17:23
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
Dün, 17:01
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dün, 15:22
Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir
Dün, 14:44
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
Dün, 13:07
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik
Dün, 12:39
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Dün, 12:19
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
Dün, 11:47
Kobaxidze Bakıdadır - Foto
Dün, 10:45
Sabirabadda ağır qəza - 3 ölü, 8 yaralı