Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Daşkənddə "İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər" beynəlxalq mediaforumunun ikinci günündə "Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları" adlı plenar sessiya keçirilib.
"Report"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Özbəkistanın İslam Sivilizasiyası Mərkəzində baş tutub.
Sessiya zamanı iştirakçılar Özbəkistanın tarixi və mədəni irsinin qorunması və populyarlaşdırılması məsələlərini, İslam sivilizasiyası haqqında biliklərin təbliğində müasir medianın rolunu, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər.
Özbəkistan Ali Məclisi Senatının və Yazıçılar İttifaqının üzvü, "İşonç" və "İşonç-Doveriye" qəzetlərinin baş redaktoru Husan Ermatov xaricdəki özbək diasporunun ölkənin inkişafına verdiyi töhfəni qeyd edib. O, həmçinin ABŞ-də "Millətin qüruru" kitabının təqdimatı barədə danışıb və ABŞ, Cənubi Koreya və Çindən onun tərcüməsi ilə bağlı daxil olan sorğular barədə məlumat verib.
"Mueller&Schindler" nəşriyyat evinin vitse-prezidenti Aleksandr Vilhelm müxtəlif tarixi dövrlərdə və İslam dünyasının regionlarında yaradılmış 114 Quran əlyazmasının unikal faksimile nəşrinin hazırlandığını bildirib.
Onun sözlərinə görə, layihəyə orijinalların rəngləri və zərli bəzəklərinin maksimum dəqiqliklə əks olunduğu 400-ə yaxın əlyazma səhifəsi daxil ediləcək.
Rusiya kinostudiyasının nümayəndəsi Özbəkistanın tarixinə və mədəni irsinə həsr olunmuş beynəlxalq kino layihəsinin başa çatdığı barədə danışıb.
Onun sözlərinə görə, filmin ideyası Firdavs Abduxalikovun təşəbbüsü ilə yaranıb, layihə üzərində işdə isə özbək kinematoqrafçıları və "Özbəkfilm"in əməkdaşları iştirak ediblər.
İslam Əməkdaşlıq Təşkilatı nəzdindəki İnformasiya Agentlikləri İttifaqının protokol və ictimaiyyətlə əlaqələr üzrə direktoru Səud Əbdül-Bədi (Səudiyyə Ərəbistanı) İslam irsinin qorunub saxlanılması üçün gənc nəslə sərmayə qoymağın vacibliyini vurğulayıb.
"Biz irsimizin qorunmasına böyük sərmayə yatırırıq. Amma bunu yaşatmağa davam edəcək şəxslərə də sərmayə yatırmaq vacibdir", - o qeyd edib.
İslam Sivilizasiyası Mərkəzinin elmi işçisi Rövşən Xudayberqanov Özbəkistanın ən qədim dövrlərdən günümüzə qədər inkişafını əks etdirən tarixi-mədəni irs atlasını təqdim edib.
Atlas Özbəkistanın tarixi-mədəni xəritələrinə, ölkə şəhərlərinin tarixi obyektlərinə, İslam kartoqrafiya irsinə və Avropanın tarixi xəritələrində Mərkəzi Asiyaya həsr olunmuş dörd fəsildən ibarətdir.
"Oman Observer" qəzetinin baş redaktoru Əl-Şidi Asim bin Salim bin Xamis (Oman) İslam haqqında stereotiplərin dağıdılmasında və onun prinsiplərinin gənc nəslə anlaşılan formada çatdırılmasında medianın rolunu qeyd edib.
Xəttat, İslam Sivilizasiyası Mərkəzinin nəzdindəki xəttatlıq məktəbinin direktoru Həbibullo Solih Özbəkistanın əlyazma irsinin yeni nəsillərə ötürülməsinin zəruriliyini bildirib. O, ən əhəmiyyətli əlyazmaların öyrənilməsi, toplanması və müəyyən edilməsinin vacibliyini qeyd edib.
"Mueller&Schindler" nəşriyyatının prezidenti Şarlotta Kramer (Avstriya) müasir Özbəkistan, onun tarixi, mədəniyyəti və nailiyyətləri haqqında kitabı təqdim edib. Onun sözlərinə görə, özbək və rus dillərində hazırlanmış nəşr ölkənin bir növ vizit kartına çevrilə və onun irsinin xaricdə populyarlaşmasına kömək edə bilər.
Sessiya iştirakçıları həmçinin mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və dünya auditoriyasını Özbəkistanın tarixi və mədəniyyəti ilə tanış etmək üçün müasir media formatlarından istifadənin zəruriliyini qeyd ediblər.
Bugün, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Bugün, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Bugün, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Bugün, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
Bugün, 09:28
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Dün, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Dün, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Dün, 17:20
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Dün, 17:02
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Dün, 16:40
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Dün, 16:08
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dün, 15:53
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Dün, 15:16
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
Dün, 14:48
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Dün, 14:06
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Dün, 12:44
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Dün, 12:12
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Dün, 11:10
Azərbaycan XİN Uruqvayı təbrik edib
Dün, 10:22
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
Dün, 09:43
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
24-08-2026, 18:53
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
24-08-2026, 18:11
Ukrayna Hikmət Hacıyevi təltif etdi
24-08-2026, 17:38
Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar
24-08-2026, 16:14
Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx
24-08-2026, 15:23
"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib
24-08-2026, 14:47
UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək