Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Gündəm / Təhsil
Oxunub: 29
8 Eyl 2026 | 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə əldə etmək olar.
Dün, 18:38
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
Dün, 18:08
Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib
Dün, 17:24
Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Dün, 17:03
Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
Dün, 16:06
Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Dün, 15:31
Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
Dün, 14:46
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Dün, 13:16
Sabah Bakıya və rayonlara yağış yağacaq
Dün, 12:55
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub
Dün, 12:24
Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib
Dün, 11:42
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
Dün, 11:00
Ermənistanda sərxoş sürücü polislərə atəş açıb
Dün, 10:29
Lamiyə Əliqızı: Gələcəyin memarları: Müəllimlər Günü – bilik və fədakarlıq bayramı
Dün, 10:17
İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək
Dün, 09:36
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Dün, 09:16
Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq
3-10-2026, 16:49
Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
3-10-2026, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
3-10-2026, 15:35
Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
3-10-2026, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
3-10-2026, 14:01
Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ
3-10-2026, 13:20
Sabah da Bakıya yağış yağacaq
3-10-2026, 12:31
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
3-10-2026, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
3-10-2026, 10:49
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
3-10-2026, 10:32
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb