Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

Fransa Milli Assambleyası 2027-ci il dövlət büdcəsi layihəsinin birinci hissəsini yekdilliklə rədd edib. Bu, parlamentdə çoxluğa malik olmayan və xərclərin 43 milyard avro azaldılmasına nail olmağı hədəfləyən Baş nazir Sebastyan Lekornyunun hökumətinə təzyiqi artırıb.
Büdcənin gəlirlər hissəsinin əleyhinə 458 deputat səs verib, iki deputat isə bitərəf qalıb.
Nəticədə deputatlar xərclər bölməsinin müzakirəsinə keçə bilməyiblər. Sənəd noyabrın 20-də müzakirələrin keçiriləcəyi Senata göndərilib.
Hökumət Fransanın büdcə kəsirini 2027-ci ildə ÜDM-in 5 %-nə endirməyi planlaşdırır. Cari ildə bu göstəricinin 5,4 % olacağı gözlənilir.
Lakin deputatların daxil etdiyi, pensiyaçılara və yerli hakimiyyət orqanlarına təsir edən bir sıra qənaət tədbirlərini, eləcə də iri şirkətlərin mənfəətinə tətbiq edilən əlavə vergini ləğv edən düzəlişlər kəsiri ÜDM-in 5,9 %-nə qədər artıra bilər. Bu barədə dövlət hesabları naziri David Amiel bildirib.
Büdcəyə Senatda baxıldıqdan sonra qanun layihəsi yenidən parlamentin aşağı palatasına göndəriləcək. Hökumət ilin sonuna qədər onun qəbul edilməsinə nail olmaq niyyətindədir, lakin parlamentdə çoxluğun olmaması danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirir.
Vəziyyətin daha da çıxılmaz hal alacağı təqdirdə, Lekornyu hökumətə etimadsızlıq votumunun irəli sürülməsi riski ilə yanaşı, büdcəni deputatların səsverməsi olmadan qəbul etməyə imkan verən Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edə bilər.
Digər bir variant kimi büdcənin ordonans vasitəsilə qəbul edilməsi nəzərdən keçirilir - bu, ölkənin müasir siyasi praktikasında müəyyən konstitusion şərtlər daxilində parlament prosedurundan yan keçməyə imkan verən misli görünməmiş bir addımdır.
Büdcə layihəsinin rədd edilməsi, hökumətin zəif iqtisadi artım və dövlət borcunun artması fonunda fiskal konsolidasiya həyata keçirməkdə çətinliklərlə üzləşdiyi Fransadakı siyasi böhranın növbəti təzahürü olub.
Bugün, 18:00
Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
Bugün, 17:28
Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
Bugün, 17:06
Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
Bugün, 16:32
İran Ermənistana xəbərdarlıq edib
Bugün, 16:06
Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
Bugün, 15:34
Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
Bugün, 15:08
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
Bugün, 14:30
Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
Bugün, 13:08
Sabah yağış yağacaq - Proqnoz
Bugün, 12:43
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
Bugün, 12:05
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
Bugün, 11:25
FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
Bugün, 10:43
Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
Bugün, 09:59
Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
Bugün, 09:07
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Dün, 17:50
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Dün, 17:20
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
Dün, 16:49
Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək
Dün, 16:16
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
Dün, 15:38
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
Dün, 15:06
Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
Dün, 13:12
Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
Dün, 13:00
İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
Dün, 12:43
Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib
Dün, 12:10
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
Dün, 11:42
Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
Dün, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb