Akademiki müdafiə etməyə cəhd edən dosentə cavabımız
Gündəm / Sosial
Oxunub: 582
29 Haz 2019 | 12:30
Akademiki müdafiə etməyə cəhd edən dosentə cavabımız

Nə qədər çalışırsan ki, münaqişələrdən kənar olasan, xeyri yoxdur. Kimsə peyda olur və əlcək atır. Məşhur bir lətifədə deyildiyi kimi: “Sağa getsən, heç nə tapmayacaqsan, sola getsən, heç nə tapmayacaqsan, qabağa getsən, heç nə tapacaqsan, yerində dayansan, heç nə özü gəlib səni tapacaq… Dünən “Feysbuk” səhifəmdə bir status yazmışdım: “AMEA-nın həqiqi üzvü, FİLOLOQ: “15 iyunda Azərbaycan xalqı vətəndaş müharibəsindən, qarşıdurmalardan, xaosdan, az qala VAR OLMAQDAN, parçalanmaqdan xilas olmuşdu…“”.

Bu status Mübariz Ağalarlı adlı bir arkadaşın xoşuna gəlməyib. M.Ağalarlı dosentdir, AMEA Tarix İnstitutunda işləyir. Hansı mülahizələrləsə qeyzlənib (əlbəttə, region təəssübü olmaz, onlarda elə şakər yoxdur) və belə bir şərh yazıb: “Mən qeyd olunan verilişə baxmışam. Bir sözə görə deyilən fikri konteksdən çıxarmaq doğru deyil. Akademik sözünə bəzi jurnalistlər sayağı yanaşmaq doğru deyil. Bir də ki 15 iyun qurtuluş gününə akademiklər qədər sadiq olası deyilsiniz ki…“. Ədalət naminə, mədəni yazmağa çalışıb və qismən alınıb.

Hörmətli Mübariz bəy:

1.Qeyd edilən verilişə baxmağınız elə deyilməyib anlamına gəlməz. Faktlar yaman tərs şeydir. O verilişə biz də baxmışıq. Üstəlik, video material əlimizin altındadır.

2. Fikri kontekstdən çıxarmaq deyərkən sanki baltanı daşa vurmusunuz. Konkret bir nümunə ilə izah edim. Tutalım, mən mətbuata müsahibəmdə deyirəm: “Sərkisyan pis adam deyil. Çünki adam deyil. Pis adam olmaq üçün əvvəlcə adam olmaq lazımdır”. Sizin dediyiniz bəziləri “Sərkisyan pis adam deyil” cümləsini ayrıca paylamaqla guya məzkur şoğəribə rəğbət göstərməyim barədə təsəvvür yaradır. Bu olur kontekstdən çıxarmaq. Amma akademik deyir: “15 iyunda Azərbaycan xalqı vətəndaş müharibəsindən, qarşıdurmalardan, xaosdan, az qala VAR OLMAQDAN, parçalanmaqdan xilas olmuşdu.. “. Burada fikir kontekstdən çıxarılmayıb, səhv cümlənin öz içindədir. Akademik “var olmaqdan” yox, “yox olmaqdan xilas edib” deməliydi. Amma deyə bilməyib. Günah yanlış deyəndədir, yoxsa yanlışı görəndə? Bir alim kimi Sizə bu səhvi iqrar etmək daha çox yaraşmırmı?

3. Mənim qurtuluş gününə sədaqətli olub-olmamağımın, sədaqətliyəmsə, sədaqətimin, sədaqətsizəmsə, sədaqətsizliyimin əndazəsi və parametrinin akademikin fikrini səlis ifadə edə bilməməsinə nə dəxli var? Və Siz məni görmədən, tanımadan “sədaqət renkinqi”ndə akademikin məndən daha yüksək göstəriciyə malik olduğunu hansı cihazla, indikatorla ölçdünüz? Mənim üçün çox maraqlıdır.

4. Niyə hər zaman bir yanlışa yol verəndə kiməsə və ya nəyəsə “sədaqət”in arxasında gizlənirsiniz? Düzgün cümlə qurmağı öyrənin, kimsə sizə irad tutmasın… Keçən il biabırçı orfoqrafiya qaydaları layihəsi fiaskoya uğrayanda müdafiə etdiyiniz şəxs iddia etmişdi ki, guya bilərəkdən güzəştə gedib, əks təqdirdə qoşa “y” samitinin birinin ixtisarına etiraz edənlər “ölkədə sabitliyi pozacaqmış”. Gülünc deyilmi? Vallah, ayıbdı, billah, ayıbdı, tallah, ayıbdı…

5. Biz kimdəsə səhv tutmağın təşnəsi deyilik. Nəzərinizə çatdırım ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2018-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Fərmanda göstərilir ki, məzkur Mərkəzin yaradılmasında məqsəd “televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi…” və s neqativ halların qarışısını almaqdır. Biz hazırda ədəbi dil normalarının pozulması hallarını müəyyən etmək üçün monitorinq aparırıq və bu səhvləri aşkarlamaq vəzifəmizdir.

6. Sizi anlayıram, görünür, hansısa mülahizələrlə akademikə qahmar çıxmaq istəyirsiniz… Amma Siz də bizi anlayın, lütfən. Azərbaycan ədəbi dilinə gözümüzün qarşısında işgəncə veriləndə sizin qədər etinasız və susqun ola bilmirik. Bu zaman ədəbi dil normalarını pozanların titulları, vəzifələri, neçə kabineti, neçə katibəsi, neçə cangüdəninin olması fərq etmir. Elə haralı olması, kiminlə oturub-durması, ətrafının biznes imkanları da onun kimi.

7. Deyəsən, Tarix İnstitutunda bekarçılıqdır. Əgər işsiz darıxırsınızsa, Sizə “pas” verə bilərəm. Gürcüstan Respublikasının himnində faktiki olaraq Azərbaycana ərazi iddiası irəli sürülüb. Himnin mətnində gürcü şairi Qalaktion Tabidzenin şeirindən iqtibasla “iki dəniz arasında bərq vuran dan ulduzu”ndan bəhs edilir. Meşşaninov deyirdi ki, erməni tarixi qədimliyinə görə tarixdən daha çox tarixçilərə borcludur. Siz də tariximiz üçün nəsə iş görün. Məsələn, Gürcüstan səfirliyindən bu “iki dəniz” məsələsinə aydınlıq gətirməyi tələb edin. Lütfən…

Xeyirli cümələr…
Bugün, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ